28 Yanvar 2025 00:25
772
Qanunlar
A- A+
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin: 

1.1. 12-ci maddənin birinci hissəsinin "a" bəndinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin: 

"Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar.";

1.2. 16-cı maddənin birinci hissəsinin "a" bəndinin üçüncü abzasında "oxumaq" sözü "təhsilini davam etdirmək" sözləri ilə əvəz edilsin;

1.3. 26-cı maddə üzrə:

1.3.1. mətni birinci hissə hesab edilsin;

1.3.2. birinci hissə üzrə:

1.3.2.1. birinci abzasda "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı" sözləri ilə əvəz edilsin;

1.3.2.2. "b" bəndinə hər üç halda "təhsil" sözündən sonra "və ya orta ixtisas təhsili" sözləri əlavə edilsin;

1.3.2.3. "v" bəndində "bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar" sözləri "tam orta təhsilli və bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular" sözləri ilə əvəz edilsin;

1.3.3. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Bu maddənin birinci hissəsinin "b" bəndinə uyğun olaraq hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin - valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır.";

1.4. 32-ci maddə üzrə: 

1.4.1. birinci hissənin "v" bəndində "oxumaq" sözü "təhsilini davam etdirmək" sözləri ilə əvəz edilsin;

1.4.2. altıncı hissədə "oxumaq" sözü "təhsilini davam etdirmək" sözləri ilə, "hərbi məktəb, gizir, miçman məktəbləri (hərbi hissə komandirləri)" sözləri "hərbi təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.5. 38-ci maddənin birinci hissəsi üzrə:

1.5.1. "e" bəndində "tam orta" sözləri "orta ixtisas" sözləri ilə və həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

1.5.2. aşağıdakı məzmunda "j" bəndi əlavə edilsin: 

"j) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla.";

1.6. 53-cü və 54-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"53. "Kiçik gizir" və "kiçik miçman" hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin birinci hissəsinin "a", "b", "q" və "e" bəndlərinə uyğun olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən orta ixtisas təhsilli şəxslərə və bu Əsasnamənin 38-ci maddəsinin birinci hissəsinin "v" bəndinə uyğun olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən tam orta təhsilli şəxslərə verilir; 

54. "Gizir" və "miçman" hərbi rütbələri bu Əsasnamənin 38-ci maddəsinin birinci hissəsinin "a", "q" və "e" bəndlərinə uyğun olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən ali təhsilli şəxslərə, bu Əsasnamənin 38-ci maddəsinin birinci hissəsinin "j" bəndinə uyğun olaraq gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən orta ixtisas təhsilli şəxslərə, həmçinin "gizir", "miçman", "baş gizir", "baş miçman" rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunmuş və növbəti hərbi rütbə verilməsinə layiq olan kiçik gizir və kiçik miçmanlara verilir.";

1.7. 75-ci maddənin ikinci hissəsində "Gizir" sözü "Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini və gizir" sözləri ilə əvəz edilsin;

1.8. 132-ci maddənin birinci hissəsinə "görə" sözündən sonra "gizir (miçman) və ya" sözləri əlavə edilsin;

1.9. aşağıdakı məzmunda 150-1-ci maddə əlavə edilsin:

"150-1. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantlar, habelə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-41.0.8-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və həmin Qanunun 42.0.3-cü və 42.0.5-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlər və gizirlər (miçmanlar) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 42-1-ci maddəsinə uyğun olaraq ödəməlidirlər.".

Maddə 2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 28.4-cü maddə üzrə:

2.1.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.";

2.1.2. ikinci cümləyə "ali təhsil" sözlərindən sonra "və ya orta ixtisas təhsili" sözləri əlavə edilsin;  

2.2. 36-cı maddə üzrə:

2.2.1. 36.1.2-ci maddəyə hər üç halda "təhsil" sözündən sonra "və ya orta ixtisas təhsili" sözləri əlavə edilsin;

2.2.2. 36.1.3-cü maddəyə "çavuşlar," sözündən sonra "hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular," sözləri əlavə edilsin;

2.2.3. "Qeyd" hissənin mətni 2-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 1-ci bənd əlavə edilsin:

"1. Bu Qanunun 36.1.2-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni  nümayəndələrinin - valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır."; 

2.3. aşağıdakı məzmunda 42-1-ci maddə əlavə edilsin:

"Maddə 42-1. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi

42-1.1. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantlar, habelə bu Qanunun 41.0.6-41.0.8-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və bu Qanunun 42.0.3-cü və 42.0.5-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlər və gizirlər (miçmanlar) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəməlidirlər. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

42-1.2. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi bu Qanunun 42-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda bağlaşmada nəzərdə tutulur. 

42-1.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclər bu Qanunun 42-1.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada nəzərdə tutulmuş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.".


İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sağlam dişlərin sirri

09:10
19 Fevral

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir

09:05
19 Fevral

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib

08:25
19 Fevral

Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır

08:20
19 Fevral

Ermənistan militarizasiya siyasəti həyata keçirir

08:15
19 Fevral

Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq

08:10
19 Fevral

Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti

08:05
19 Fevral

Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 

08:00
19 Fevral

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!