Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü maddənin 1-ci hissəsində "səfirliklərində," sözü "diplomatik nümayəndəliklərində və" sözləri ilə əvəz edilsin;
1.2. 69-cu maddəyə aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
"3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.";
1.3. 77-ci maddəyə aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:
"10. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda, yaxud xaricdə beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunur.".
Maddə 2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 11, maddə 1182; Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 45-VIIQD nömrəli və 22 oktyabr tarixli 58-VIIQD nömrəli qanunları) 102.1.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"102.1.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və Azərbaycan Respublikasının vətəndaşı olmayan işçinin əməkhaqqı.".
Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 366) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2-ci maddədən "Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin konsul şöbələrindən," sözləri çıxarılsın;
3.2. 3-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Konsulluqlar öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.";
3.3. 5-ci maddənin birinci və ikinci cümlələri çıxarılsın;
3.4. 12-ci maddənin birinci hissəsi üzrə:
3.4.1. üçüncü - beşinci abzaslar müvafiq olaraq dördüncü - altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"konsulluqlar" - qəbul edən dövlətdə müvafiq konsul dairəsində Azərbaycan Respublikasının adından konsul funksiyalarını həyata keçirən diplomatik xidmət orqanları;";
3.4.2. dördüncü abzasdan ", habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün konsulluğa ezam olunmuş şəxs (stajkeçən)" sözləri çıxarılsın;
3.5. 18-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Qəbul edən dövlətin ərazisinin konsulluğun konsul dairəsinə aid olmayan hissəsində, həmçinin konsulluğun olmadığı xarici dövlətdə konsul funksiyalarını həmin dövlətdə akkreditə olunan Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi həyata keçirir.";
3.6. XIII fəslin adında "ŞTATDANKƏNAR" sözü "FƏXRİ" sözü ilə əvəz edilsin;
3.7. 95-ci maddədə "ştatdankənar" sözü "fəxri" sözü ilə əvəz edilsin;
3.8. 96-cı və 97-ci maddələrdə "Ştatdankənar" sözü "Fəxri" sözü ilə əvəz edilsin.
Maddə 4. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182) 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzası aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər;".
Maddə 5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934) 21.6-cı maddəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), təminat və kompensasiyaların verilməsi "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.5-ci və 13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.".
Maddə 6. "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 506 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. adında və 1-ci maddədə "əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin" sözləri "orqanı əməkdaşlarının" sözləri ilə əvəz edilsin;
6.2. 7.1-ci maddədə "başçısı" sözü "rəhbəri" sözü ilə, "vəzifə tutan şəxslər" sözləri "xidmət əməkdaşları" sözləri ilə, "xidməti həyata keçirən şəxslər" sözləri "xidmət əməkdaşları" sözləri ilə əvəz edilsin.
Maddə 7. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644) aşağıdakı məzmunda 3.5-ci maddə əlavə edilsin:
"3.5. Bu Qanunun 20.1.7-ci və 20.1.8-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar diplomatik xidmət əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2024-cü il
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb
Ukrayna ordusunda kosmik qüvvələr yaradılır
Azərbaycanda Ramazan bayramıdır
ABŞ-da təyyarə yaşayış binasına düşüb
Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!