18 Fevral 2025 00:56
1842
Qanunlar
A- A+
"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Valyuta tənzimi haqqında", "Xidməti və mülki silah haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Lotereyalar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Valyuta tənzimi haqqında", "Xidməti və mülki silah haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Lotereyalar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı, 10-cu, 11-ci, 13-cü,  15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 2, maddə 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 9-cu maddəsinin birinci hissəsində "daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə "Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını" sözləri "elektron üsulla təqdim olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hüquq sahibinin həmin çıxarışı əldə etməsini" sözləri ilə əvəz edilsin.

Maddə 2. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138, № 3, maddə 250) 13-13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 13-13.3.1-ci maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 13-13.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 13-13.7-ci maddə əlavə edilsin:

"13-13.7. Bu Qanunun 13-13.2-ci maddəsində qeyd edilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iştirak payını əldə etmək istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.".

Maddə 3. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137 (Cild I); 2024, № 5 (I kitab), maddə 488) 9-cu maddəsinə aşağıdakı məzmunda II-I hissə əlavə edilsin:

"II-I. Bu Qanunun 9-cu maddəsinin II hissəsində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.".

Maddə 4. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485 (Cild I) 9-cu maddəsinin beşinci hissəsinin ikinci abzası və altıncı hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

"iddiaçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), ünvanı, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə patent müvəkkilinin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, ünvanı və imzası);".

Maddə 5. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10 (Cild I); 2024, № 2, maddə 138) 32-ci maddəsinin onuncu hissəsində "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.

Maddə 6. "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I) 7-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.

Maddə 7. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114  (Cild I); 2024, № 4, maddə 365) 45.7-1-ci maddəsində "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.

Maddə 8. "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 309   (Cild I); 2024, № 2, maddə 138) 8.2.1-ci maddəsinin ikinci cümləsinə birinci halda "adı," sözündən sonra "vergi ödəyicisinin eyniləşdirmə nömrəsi," sözləri əlavə edilsin.

Maddə 9. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603 (Cild I) 12.1-ci maddəsinin üçüncü cümləsində "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.

Maddə 10. "Media haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I); 2024, № 5 (I kitab), maddələr 488, 494, № 7, maddə 775) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 52-ci maddə üzrə:

10.1.1. 52.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"52.3. Bu Qanunun 52.2-ci maddəsində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";

10.1.2. 52.5-ci maddəyə "məsələlərə" sözündən sonra "(bu Qanunun   52.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

10.2. 55.1-ci maddəyə "təqdim edilir" sözlərindən sonra "(bu Qanunun 52.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!