28 İyul 2026 08:55
172
İQTİSADİYYAT
A- A+
Hədəf bəlli, məqsəd aydındır

Hədəf bəlli, məqsəd aydındır


Yevlaxın yerləşdiyi coğrafiya ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Ölkə iqtisadiyyatının şah damarları sayılan, qiymətli yeraltı sərvətimizi Avropa bazarına çıxaran boru kəmərləri, eyni zamanda beynəlxalq statuslu dəmir yol xətləri və avtomobil yolları məhz Yevlaxda kəsişir. 

Təbii ki, bu, Yevlaxın sosial-iqtisadi çəkisini əhəmiyyətli dərəcədə artırır, bölgəyə davamlı və yetərli dövlət dəstəyinin olmasını zərurətə çevirir. Bu dəstək  Yevlaxın sosial-iqtisadi inkişafına təkan verir, rayon əhalisinin güzəranını, həyat səviyyəsini aydan-aya, ildən-ilə yaxşılaşdırır.

Yevlax bir kənd təsərrüfatı rayonu olaraq da böyük iqtisadi potensiala, güclü əmək ehtiyatlarına malikdir. Son illər mövcud potensialdan maksimum səmərəli istifadə etmək üçün həyata keçirilən tədbirlər gözlənilən nəticələri verir. Torpaq resurslarından, su ehtiyatlarından, qabaqcıl təcrübədən, mütərəqqi texnologiyadan bacarıqla istifadə edilməsi hesabına rayonun təsərrüfatlarında məhsul istehsalı dinamik artır, torpaq istifadəçilərinin gəliri yüksəlir.

İndi Yevlax kəndlisinin qayğılı günləridir - təsərrüfat işlərinin qızğın çağıdır. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr, dövlət başçısının mayın 25-də keçirilən müşavirədə verdiyi  tapşırıq və tövsiyələr rayon fermerlərinin konkret fəaliyyət proqramına çevrilib. Aqrar sektorun yeni inkişaf istiqamətlərini müəyyən edən dövlət proqramı kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə yeni əmək nailiyyətləri qazanmağı, süfrəmizi maddi nemətlərlə daha bol təmin etməyi zamanın təxirəsalınmaz vəzifəsi kimi qarşıya qoyur. Bu aydın məqsəd uğrunda çalışan Yevlax kəndlisinin ilk addımları uğurludur. Rayonun taxılçıları cari ilin məhsul yığımı kampaniyasını uğurla başa çatdırıblar. Zəmilərin bol məhsulu bir sünbül belə itkiyə verilmədən tədarük olunub. Buğda sahələrinin orta məhsuldarlığı 38 sentner təşkil edib. Ayrı-ayrı fermerlər daha çox məhsuldarlığa nail olublar. Üçüncü dərəcəli "Əmək" ordenli fermerlər Telman Novruzov və Sahib Məmmədov, fermer Asif Mikayılov taxıl zəmilərinin hər hektarından orta hesabla 50-55 sentner taxıl biçiblər. 

İndi rayonun pambıq tarlalarında becərmə işləri aparılır. Fermerlər bu il 2953 hektarda pambıq əkmişlər. Keçən il 11827 ton pambıq istehsal etmiş pambıqçılar hər hektardan 35,8 sentner məhsul toplamışlar. Bu mövsüm isə məqsəd məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaqdır.

Yevlaxda pambıqçılıq, taxılçılıq və heyvandarlıqla yanaşı, intensiv bağçılığın inkişafına da böyük önəm verilir. Artıq bu sahədə etibarlı bünövrə qoyulmuşdur. Yevlax Pilot Aqroparkı çox gəncdir. 2025-ci il iyunun 23-də Prezident İlham Əliyev aqroparkın açılışında iştirak etmiş, burada mütərəqqi texnologiya əsasında yaradılmış yeni təsərrüfat sahəsində görülmüş işləri yüksək dəyərləndirmiş, intensiv bağçılığı daha da genişləndirmək, onun ixrac potensialını gücləndirmək üçün tapşırıq və tövsiyələrini vermişdir. Aqropark Aran qəsəbəsinin ərazisində yerləşir və bütövlükdə 2807,6 hektar sahəni əhatə edir. Təsərrüfatın qurulmasına ümumilikdə 58,3 milyon manatadək özəl investisiya qoyulmuşdur. 160 nəfərin daimi, 519 nəfərin mövsümi işdə çalışdığı aqroparkda artıq meyvə bağlarının xeyli hissəsi bara düşüb. Meyvə tutumları da qənaətbəxşdir. İlk olaraq keçən il bazara 400 ton şaftalı, 600 ton nektarin, 200 ton ərik, 5 ton alça, 5 ton gilas çıxarılmışdır.

Aqroparkın rəhbərliyi intensiv bağ sahələrini genişləndirməyə böyük maraq göstərir. 172 hektarda nar, 65 hektarda badam, 33 hektarda xurma, 28 hektarda zeytun, 4 hektarda yeni mavigilə bağları salınmışdır. Yayın bu isti günlərində ağaclar su sarıdan korluq çəkmir. Ərazidə inşa olunmuş tutumu 40 min kubmetr olan su anbarı ağacların suya olan tələbatını yüksək səviyyədə ödəyir, həm də mütərəqqi texnologiya olan damcı suvarma üsulu ilə.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" hər bir regionun, hər bir rayonun spesifik xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilir. Son illər kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımında əhəmiyyətli irəliləyişə nail olan yevlaxlılar qarşıdakı 5 ildə nailiyyətlərini daha da artırmaq əzmindədirlər. Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev söhbət zamanı yeni proqramın ölkə, o cümlədən Yevlaxın iqtisadiyyatı üçün əhəmiyyətini vurğuladı. Bildirdi ki, qarşıdakı beş ilin vəzifələri aydın və şərəflidir: "Mövcud torpaq və su resurslarından, əmək ehtiyatlarından maksimum səmərəli istifadə etməklə, eyni zamanda qabaqcıl təcrübədən, mütərəqqi texnologiyalardan bacarıqla bəhrələnməklə yüksək nəticəni təmin etməliyik. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin mayasında qeyri-neft sektorunun dinamik inkişafını təmin etməklə ölkə iqtisadiyyatını daha da gücləndirmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, ixracını genişləndirmək və buna paralel olaraq xalqın həyat firavanlığına, xoş güzaranına nail olmaq istəyi dayanır. Qarşıdakı dövr ərzində görüləcək işlərimiz çoxdur. Hədəflərimiz də məlumdur. Torpaq xalqımızın əvəzolunmaz sərvətidir. Onun qorunması və ondan səmərəli istifadə olunması hər zaman diqqət mərkəzində olmalıdır. Suvarma suyundan daha səmərəli istifadə mexanizimini inkişaf etdirmək əzmindəyik. İntensiv meyvə bağlarının genişləndirilməsi, yeni istixana komplekslərinin yaradılması, taxıl və pambıq  əkinlərində yüksək məhsuldarlığa nail olunması hədəflərimiz sırasındadır. Heyvandarlıq məhsulları istehsalının artırılması, emal sahəsinin inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də fəaliyyət proqramımızın tərkibinə daxildir. Heç şübhəsiz, dövlətin dəstəyindən güc alan yevlaxlılar yeni dövlət proqramında qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün əllərindən gələni əsirgəməyəcəklər.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!