28 İyul 2026 08:50
189
SİYASƏT
A- A+
Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib


Geosiyasi qeyri-müəyyənlik və texnoloji transformasiya fonunda beynəlxalq dialoqa ciddi ehtiyac duyulduğu bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev əməkdaşlığı, qarşılıqlı əlaqələri və strateji sabitliyi ardıcıl şəkildə təşviq edən dövlət xadimi kimi ön plana çıxır. Onun IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı təkcə Azərbaycanın artan diplomatik nüfuzunu deyil, həm də konstruktiv qlobal əməkdaşlığa yönəlmiş daha geniş baxışını nümayiş etdirir. Prezident İlham Əliyevin liderliyi dünyanın bir sıra mürəkkəb problemlər olan regional münaqişələr, enerji təhlükəsizliyi, dezinformasiya və süni intellektin yaratdığı çağırışlarla üzləşdiyi bir vaxtda daha da əhəmiyyət qazanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın beynəlxalq münasibətlər üzrə eksperti, "Gulf Observer Research Forum"un sədri Məhəmməd Əli Paşa deyib.

Onun sözlərinə görə, beynəlxalq media forumunun keçirilməsi üçün Şuşa şəhərinin seçilməsi dərin rəmzi məna daşıyır. Vaxtilə münaqişənin izlərini daşıyan şəhər bu gün mədəni dirçəlişin, intellektual mübadilənin və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilir. Bu dəyişiklik Prezident İlham Əliyevin daha geniş inkişaf fəlsəfəsini əks etdirir. Bu, yalnız infrastrukturun deyil, həm də etimadın, milli kimliyin və beynəlxalq tərəfdaşlıqların bərpasıdır.

"Prezident İlham Əliyev süni intellekt dövründə etimadın əhəmiyyətinə xüsusi önəm verdiyini açıqladı. Süni intellekt iqtisadiyyatları, media mühitini və ictimai müzakirələri sürətlə dəyişdirdiyi bir vaxtda beynəlxalq ictimaiyyət mühüm sualla üz-üzədir: texnoloji inkişaf etik məsuliyyət və sosial həmrəyliklə necə uzlaşdırılmalıdır? Prezident İlham Əliyevin şəffaflıq, məsuliyyətli idarəetmə və beynəlxalq əməkdaşlıq yolu ilə etimadın möhkəmləndirilməsinə çağırışı həm aktual, həm də gələcəyə hesablanmış yanaşmadır. Bu yanaşma onu göstərir ki, təkcə texnologiya bəşəriyyətin gələcəyini təmin edə bilməz; hökumətlər, media qurumları və cəmiyyətlər arasında qarşılıqlı etimad həlledici əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycanın enerji diplomatiyasındakı rolu da xüsusi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə Avropa və digər regionlar üçün etibarlı enerji tərəfdaşına çevrilərək qlobal qeyri-sabitlik dövründə enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verib. Bu etibarlılıq Azərbaycanın beynəlxalq münasibətlərdə məsuliyyətli tərəfdaş kimi nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət nəqliyyat dəhlizlərinə, rəqəmsal infrastruktura, bərpaolunan enerji layihələrinə və dar milli maraqlardan kənara çıxan regional əməkdaşlıq mexanizmlərinə mühüm investisiyalar yatırıb", - deyə Məhəmməd Əli Paşa qeyd edib.

Ekspertin sözlərinə görə, Şuşa Qlobal Media Forumu jurnalistlər, siyasətçilər, alimlər və texnologiya mütəxəssisləri arasında açıq dialoqdur. İnformasiya məkanının getdikcə daha çox qütbləşdiyi bir dövrdə dərin müzakirələr üçün platformaların yaradılması qlobal qarşılıqlı anlaşmaya dəyərli töhfədir. Prezident İlham Əliyevin bu cür təşəbbüslərə verdiyi dəstək medianın beynəlxalq ictimai rəyin formalaşmasında və demokratik dayanıqlığın gücləndirilməsində artan rolundan xəbər verir.

"Nəticə etibarilə Prezident İlham Əliyevin son beynəlxalq təşəbbüsləri hadisələrə strateji yanaşması və konstruktiv istiqaməti baxımından diqqətəlayiqdir. Dialoqu təşviq etməsi, Şuşanın yenidən qurulmasını yenilənmə rəmzinə çevirməsi, süni intellekt dövründə etimadın vacibliyini vurğulaması və beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr daha əməkdaşlıqyönümlü və gələcəyə hesablanmış qlobal müzakirələrin formalaşmasına xidmət edir. Dünyanın parçalanmalarla üzləşdiyi bir zamanda qarşıdurmadan çox, körpülər qurmağa üstünlük verən liderlərin yanaşması yüksək qiymətləndirməyə layiqdir", - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!