28 Fevral 2025 09:17
1978
Oxucu məktubları
A- A+
Fotofakt

Fotofakt


Piyada keçidləri nəqliyyat axınını tənzimləmək və insanların təhlükəsizliyini təmin etmək üçün vacib infrastruktur obyektləridir. Lakin bu keçidlərin bəzilərinin baxımsız və bərbad vəziyyətdə olması vətəndaşlarda ciddi narahatlıq yaradır. Səliqəsiz, dağılmış döşəmə örtükləri, sınıq məhəccərlər və çirkli şüşələr bu keçidlərin estetik görünüşünü korlamaqla yanaşı, piyadaların hərəkətini də çətinləşdirir.

Baxımsızlıqdan bərbad vəziyyətə düşən yerüstü piyada keçidlərindən biri  Abşeron Gənclər şəhərciyi ərazisindədir. İstifadəyə veriləndən bəri bura sanki təmizlik görməyib. Döşəmələr çirk içində, hər tərəf zibillə dolu, şüşələr günlərlə silinmədiyindən ətrafı görmək mümkün deyil, pilləkənlər uçuq-sökük... Hündürlüyü kifayət qədər yüksək olan yerüstü keçiddə eskalatorun və ya lift sisteminin olmaması sakinləri daha böyük problemlə üz-üzə qoyur. Magistral yoldan keçməyin həm qadağan, həm də təhlükəli olduğunu nəzərə alsaq, uşaqlı valideynlər, xəstələr, yaşlılar, fiziki məhdudiyyətli vətəndaşlar nə etməlidirlər? Onlar üçün belə hündür pilləkənləri qalxıb-düşməyin nə qədər çətin olacağı nəzərə alınmayıbsa, onda böyük vəsaitlər hesabına başa gələn və biganəlik qurbanı olan bu keçidə nə ehtiyac var?! Axı keçidlər piyadaların yolu təhlükəsiz və rahat keçməsi üçün nəzərdə tutulur. Bu halda isə heç bir rahatlıqdan söhbət gedə bilməz. Uşaq arabaları ilə yolu keçmək istəyən analar kənardan kiminsə köməyi olmadan  keçiddən istifadə edə bilmirlər. Elə yaşlı insanların da necə çətinliklə pilləkənləri qalxması adamın ürəyini ağrıdır. Keçiddə lift sistemi və ya eskalatorun quraşdırılmaması keçidə qalxa bilməyən vətəndaşları bəzən yolu qadağan olunmuş ərazilərdən keçmək məcburiyyətində qoyur ki,  bu da avtomobil qəzalarını qaçılmaz edir. Keçidin ətrafındakı antisanitar vəziyyət, baş çatladan üfunət isə başqa mövzudur...

Bu cür baxımsız keçidləri həm də əlaqədar qurumun piyadalara olan münasibəti kimi qəbul etmək olar. Halbuki piyada keçidləri sakinlərin gündəlik həyatının ayrılmaz hissəsidir və onların təmiz, işıqlı və təhlükəsiz olması vacibdir.  Müvafiq qurumların bu sahəyə nəzarəti gücləndirməsi və keçidlərin mütəmadi təmir edilməsi, heç olmasa, vaxtlı-vaxtında təmizlənməsi piyadaların xeyrinə olardı. 

Ümidvarıq ki, beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında inşa edilən yerüstü piyada keçidləri ilə vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçmələrini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq tədbir görəcək.


N.ƏSGƏROVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!