03 Avqust 2024 08:25
1452
SİYASƏT
A- A+
Faydalı və səmərəli

Faydalı və səmərəli

COP29 Azərbaycan üçün yeni imkanlar yaradır

 

Azərbaycanın evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) cəmi bir neçə ay qalır. Noyabr ayında keçiriləcək bu mötəbər beynəlxalq tədbir diqqəti iqlim məsələlərinə yönəltməklə yanaşı, həm də Azərbaycanı bir daha dünyaya tanıdacaq, respublikamızın inkişaf nümunələrinin möhtəşəm təqdimatına çevriləcək.

 

Azərbaycan nümunəsi

 

Öncə onu qeyd edək ki, Azərbaycan uzun illərdir ki, mötəbər qlobal tədbirlərin ünvanı, mərkəzi kimi tanınır. İndiyədək Bakıda və respublikamızın regionlarında çoxsaylı siyasi, iqtisadi tədbirlər, idman yarışları keçirilib. Bu tədbirlərin hər birində dünya Azərbaycanın nümunəvi evsahibliyinə şahidlik edib. Başqa cür desək, respublikamız qlobal tədbirlərə evsahibliyi ilə yeni nümunələr yaradıb.

Ən mühümü həm də odur ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər hər zaman sülhə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa böyük töhfələr verib. Buna görə respublikamızın evsahibliyi etdiyi  tədbirlər dünyada mühüm sülh və tərəfdaşlıq platformaları kimi qəbul olunur. Bütün bunların nəticəsi kimi Azərbaycan uzun müddətdir ki, aktual qlobal  problemlərin həllində aktiv iştirak edən ölkə kimi tanınır. 

Mötəbər tədbirlərə evsahibliyi etmək həm də dövlətin qlobal nüfuzundan xəbər verir. Hər bir dövlətdə beynəlxalq tədbir keçirmək mümkündür. Lakin tədbirdən tədbirə də fərq var. Bu baxımdan nəzər yetirsək görərik ki, indiyədək respublikamızda təşkil olunan tədbirlər öz nüfuzuna və çəkisinə görə əhəmiyyətli dərəcədə fərqlənirlər. Hamı bilir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı dünyanın ən mötəbər tədbirlərindən biridir. COP29-un Azərbaycanda keçirilməsi barədə qərar isə həm də ölkəmizə olan yüksək beynəlxalq etimadın növbəti nümunəsidir.

 

"Yaşıl enerji"yə keçid ölkəmizin prioritetlərindən biridir

 

Ümumiyyətlə isə COP29-un Azərbaycanda keçirilməsinin olduqca vacib əsasları var və bu qərarın verilməsində ölkəmizin öz inkişafında iqlim amillərinə diqqət yetirməsi mühüm əhəmiyyət kəsb edib. Belə ki, respublikamız "yaşıl enerji"yə keçid etməklə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə böyük töhfələr verir.  Məlum olduğu kimi, "yaşıl enerji" istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsində, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Azərbaycan ənənəvi enerjinin əsas ünvanlarından biri kimi tanınsa da, alternativ və bərpaolunan enerjiyə keçidi prioritet məqsədlərdən biri elan edib. Təsadüfi deyil ki, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən olunub. Son illərdə isə Azərbaycan "yaşıl enerji"yə keçidi daha da sürətləndirmək üçün bu istiqamətdə investisiyalarını əhəmiyyətli dərəcədə artırıb. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində "ağıllı şəhər" və "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilməsi, su-elektrik stansiyalarının yaradılması göstərir ki, ətraf mühitin qorunması prioritetdir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı qlobal mübarizənin önündədir. COP29-un Azərbaycanda keçirilməsində də bu amil və ən əsası Azərbaycanın özünün qlobal nüfuzu əsas rolu oynayıb.

Hazırda COP29-la bağlı hazırlıq işləri davam edir.  Bu tədbir iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması ilə bağlı qlobal mübarizəyə yeni töhfə və təkan verəcək.

Eyni zamanda COP29 respublikamız üçün yeni imkanlar deməkdir. Qeyd etdiyimiz kimi, Azərbaycanda bu istiqamətdə yönəldilən investisiyalar əhəmiyyətli dərəcədə artıb. Bu baxımdan, COP29 çərçivəsində təqdim olunacaq layihələr yeni investisiyaların cəlbi baxımından respublikamız üçün faydalı olacaq və böyük dividendlər gətirəcək.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

3000 illik şərab aşkarlanıb

16:54
15 Yanvar

Azərbaycan və Rusiya Hesablama Palataları əməkdaşlığı gücləndirir

16:54
15 Yanvar

Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

15:58
15 Yanvar

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!