28 Noyabr 2024 09:15
335
Elm və texnika
A- A+
Duzlu sudan şirin suya

Duzlu sudan şirin suya


Dəniz suyunun duzsuzlaşdırılması şirin su tələbatının ödənilməsində ən effektiv üsullardan biridir


Dünyanın qlobal problemlərindən olan iqlim dəyişikliyi sel, daşqın və quraqlıq kimi təbii fəlakətlərin də artmasına səbəb olur. Nəticədə həm də su dövranı pozulur, suyun azalması və çirklənməsi baş verir, içməli suya olan tələbatın şirin su resursları tərəfindən qarşılanmaması problemi yaranır. 

Hazırda Yer kürəsində 3 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışı yoxdur. Su böhranı illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir. Planetimizin 70 faizi su ilə örtülü olsa da, bu suyun təxminən 98 faizi duzludur. Yerdəki suyun 2,5 faizi şirin sudur ki, onun da yalnız 0,3 faizi istifadə oluna biləndir.

Uzun illərdir su böhranı ilə bağlı həyəcan təbili çalan mütəxəssislər su qıtlığına qarşı mübarizədə ən effektiv yolun dəniz suyunun duzsuzlaşdırılması olduğunu bildirirlər. Təsadüfi deyil ki, COP29-da müzakirə olunan önəmli məsələlərdən biri də bu idi. 


Həyata keçirilən layihələr gələcəyimizin təminatıdır


Dünyada 177 ölkədə 16 mindən artıq dəniz suyunu təmizləmə qurğusu fəaliyyət göstərir. Beynəlxalq Dimineralizasiya Assosiasiyasının məlumatına görə, bu qurğular gündə 95 milyon kubmetr şirin su istehsal edirlər. Bu da dünya əhalisinin 4 faizinin şirinləşdirici qurğularla alınan sudan istifadə etməsi deməkdir.

Böyük inkişaf potensialına malik olan bu sahə ölkəmizdə də uzun müddətdir ki, tətbiq edilir. Hələ 2013-cü ildə Prezident İlham Əliyevin göstərişi ilə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləyən Tərs Osmos membranları ilə təchiz olunan və yüksək texnologiyalara əsaslanan zavod inşa edilib. Zavod ilkin mərhələdə sutkada 1000 kubmetr şirin su istehsal etsə də, daha sonra bu rəqəm iki dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb. 

Təkcə Salyanda deyil, Şirvan kollektorunun suyunun da suvarılmaya yararlı olması üçün işlər görülüb və görülməkdədir. Burada 2012-ci ildə sutkada 2500 kubmetr gücündə qurğu quraşdırılıb. Dörd il sonra inşa edilən ikinci qurğunun gücü iki dəfə artıq su istehsal etməyə imkan yaradıb. 2013-cü ilin yanvarından istismara verilmiş Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında bu günədək 6 milyon kubmetrdən artıq su istehsal edilib. 

Azərbaycanda su qıtlığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər davam edir. Dövlət başçısının "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" 12 aprel 2023-cü il tarixli sərəncamı ölkəmizdə içməli su ehtiyatının artırılması ilə yanaşı, həm də sözügedən problemlə bağlı mövcud vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Layihənin reallaşdırılmasında məqsəd əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir.

Dəniz suyunu təmizləyərək şirin su almaq üçün bir neçə üsul mövcuddur. Bunlar kimyəvi, elektrodializ və Əks Osmos üsullarıdır. Əks Osmos üsulu ən müasir üsul sayılır. Bu zaman su böyük təzyiqlə xüsusi membrana vurulur. Membran su molekullarını buraxır, tullantıların və duzun molekullarını isə saxlayır. Əks Osmos üsulunda su duz, xlor və başqa tərkiblərdən təmizlənir. Bura daxil olan suyun hamısı təmizlənmir, yenidən dövriyyəyə qayıdır.

Dəniz suyunun duzsuzlaşdırılması və çirkli suların təkrar istifadəsini reallaşdıran bu layihələr Azərbaycanın su qıtlığı probleminin həlli istiqamətində atılan mühüm addımlardandır. 


Duzsuzlaşdırılmış sular içmək üçün yararlıdır


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, dünyada milyonlarla insanın üzləşdiyi qlobal problem olan içməli su qıtlığının həllinə yönəlmiş müxtəlif üsullar mövcuddur: "Bu üsullardan ən effektivi duzsuzlaşdırma texnologiyalarıdır. Xüsusilə sahilyanı ölkələrdə dəniz suyunun şirinləşdirilməsi texnologiyalarının  tətbiqi daha məqsədəuyğundur. Bəzi insanlar belə suyun içməli suyu tam əvəz edə bilməsinə şübhə ilə yanaşırlar. Lakin aparılan təcrübələr bu şübhələrin əsaslı olmadığını göstərir. Bir çox hallarda isə əksinə, xüsusi texnologiyalarla təmizlənmiş dəniz suyunun daha üstün təmizliyə malik olduğu üzə çıxır".

Su böhranı ilə mübarizədə dəniz suyunun duzsuzlaşdırılmasından başqa alternativ variantları da tövsiyə edən ekoloq deyib ki, yağış sularının saxlanılması üçün xüsusi sistemlər qurularaq, su ehtiyatlarının artırılmasına kömək etmək mümkündür. Bu üsul xüsusilə kənd təsərrüfatı sahəsində təsirlidir. Yağıntı suları hətta xüsusi təmizlənmə prosesindən keçirilmədən texniki tələbata yönləndirilərək (məsələn, avtoyuma məntəqələrində, camaşırxanalarda və s.), içməli suyun  qənaətlə işlədilməsi üçün şərait yaratmaqda yardımçı ola bilər.

"Əksər bölgələrimizdə eyni mənbələrdən həm suvarma, həm də içməli su resursu kimi istifadə edilir. Belə yerlərdə yağıntı sularının toplanaraq kənd təsərrüfatında istifadə edilməsi ilə yanaşı, müasir suvarma texnologiyalarına keçid etməklə də suya əhəmiyyətli dərəcədə qənaət etmək olar. Belə texnologiyalardan biri damcı suvarma üsuludur. Çirkab suları da təmizlənərək kənd təsərrüfatında və sənayedə istifadə üçün yararlı hala gətirilə bilər. Xəzərin sahilindən çox uzaqda yerləşən, yağıntıların daha az düşdüyü bəzi regionlarımızda məhz bu üsul effektli ola bilər", - deyə Cəmşid Bəxtiyar vurğulayıb. 


Mübarizədə nə qədər çox ölkə iştirak etsə, həlli də bir o qədər asan olar


Cəmşid Bəxtiyarın sözlərinə görə, su çatışmazlığı problemi bir çox başqa qlobal problemin birləşdirici halqası hesab edilir: "İqlim dəyişiklikləri, quraqlıq, səhralaşma, şoranlaşma, o cümlədən urbanizasiyanın sürətlənməsi və şəhərsalma adlandırılan böhran ilə bağlı problemlərin hamısının kəsişdiyi məqam su qıtlığıdır. Bir neçə gün öncə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi böyük beynəlxalq tədbirə yüksək səviyyədə evsahibliyi etdi. Bu, planetimizin gələcəyinin müzakirəsi üçün olduqca önəmli tədbir idi. İqlim konfransında müzakirə edilən önəmli məsələlərdən biri də su qıtlığı və onunla mübarizə yolları oldu. Aparılan geniş müzakirələrin sonunda ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edildi. Sözügedən bəyannamə daha geniş regional, beynəlxalq əməkdaşlığı təşviq edir. Bəyannaməni imzalayan ölkələr iqlim dəyişikliklərinin su hövzələrinə təsirləri, bu təsirlərin səbəblərinə qarşı mübarizə üsulları, eləcə də bu mübarizə üzrə kompleks yanaşma tərzlərini tətbiq eləmək kimi öhdəliklər götürüblər. Bəyənnamənin imzalanmasında təəssüfedici məqam isə odur ki, onu dünyanın cəmi 50 ölkəsi imzaladı. Su qıtlığı böhranının qarşısının alınmasında nə qədər çox ölkə iştirak etsə, mübarizə aparsa, həlli də daha asan olar". 

COP29-da dəniz suyunun duzsuzlaşdırılmasının da geniş müzakirə edildiyini bildirən ekoloq deyib ki, Azərbaycanın uzun illərdir bu sahədə təcrübəsinin olması qürurverici haldır. Bu təcrübənin paylaşılması baxımından aparılan müzakirələrdə ölkəmizin iştirakını dünya praktikasına töhfə kimi qiymətləndirmək olar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

09:43
30 Noyabr

“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub  

09:41
30 Noyabr

Britaniyalı şəxs 177 milyon funt sterlinqlik cekpot qazanıb  

09:40
30 Noyabr

Öncü Keçeli: Suriyada sabitliyin qorunması Türkiyənin prioritetlərindəndir  

09:39
30 Noyabr

Avropa İttifaqı Şurasının yeni Prezidenti vəzifələrinin icrasına başlayıb  

09:38
30 Noyabr

Antalyada zəlzələ olub

09:37
30 Noyabr

Fərid Şəfiyev: COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir  

09:36
30 Noyabr

Fransa borc burulğanında batır

09:20
30 Noyabr

Gəncə idmançıları ilə də fəxr edir

09:15
30 Noyabr

"Dünyanı dərk etməkdə bizə kömək edən həm də ədəbiyyatdır"

09:10
30 Noyabr

Şəmkirin bağlarından 43,5 min ton xurma yığılıb

09:05
30 Noyabr

171 ölkə ilə ticarət, 4,8 milyard dollarlıq müsbət saldo

09:00
30 Noyabr

Aqrar Biznes Festivalının növbəti ünvanı Lerik olub

08:55
30 Noyabr

Masallıda əmək yarmarkası keçirilib

08:50
30 Noyabr

Azərbaycanda əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən kənarda qalsın

08:45
30 Noyabr

Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü

08:40
30 Noyabr

Ermənistan silahlanmanı dayandırmasa...

08:35
30 Noyabr

COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək

08:30
30 Noyabr

COP29 təkcə qlobal iqlim tədbiri deyildi

08:25
30 Noyabr

İqtisadi inkişaf sosial məqsədlərə xidmət edir

08:20
30 Noyabr

Cəbrayıl növbəti sakinlərinə qovuşdu

08:15
30 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!