24 Avqust 2025 10:32
23305
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm   

Bilmək istəyirəm   

 Özünüməşğulluq proqramına qoşulmaq istəyirəm, bunun üçün nə etməliyəm?

 

Kazım ƏHMƏDOV,

Mingəçevir şəhəri

 

-  Özünüməşğulluq "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli Sərəncamına uyğun olaraq, özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının əsasını qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir.

Proqrama qoşulmaq üçün işsiz və işaxtaran vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya DOST mərkəzlərinə müraciət etməklə növbəyə yazıla bilərlər. İşsiz, habelə "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə görə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluğa cəlb edilir. Proqramın icrası zamanı daha çox ünvanlı dövlət sosial yardım alanlara, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, 1 ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxslərə natura şəklində material, avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında verilir.

***

Mənə töhmət verilib, amma əsassız hesab edirəm. Bilmək istəyirən, işçinin intizam məsuliyyətinə cəlb olunmasının əsasları hansılardır və tətbiq edilən intizam tənbehi nə qədər müddət qüvvədə qalır?

 

Fazil VƏLİYEV,

Şamaxı rayonu

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçi bu məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, hüquqlarından sui-istifadə etdikdə və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilə bilər. İşçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, keyfiyyətsiz yerinə yetirməsi,  habelə əmək müqaviləsi və müəssisədaxili intizam qaydalarının pozulması intizam məsuliyyətinə səbəb hesab olunur. Bu hallarda işəgötürən işçi barəsində intizam tənbehlərindən birini tətbiq edə bilər. Əmək Məcəlləsinin 187-ci maddəsinə görə, intizam tənbehi tətbiq edilməmişdən əvvəl işçidən yazılı izahat alınmalıdır. İntizam tənbehi əmək və ya icra intizamının pozulması aşkar edildiyi gündən bir ay müddətində, lakin xətanın törədildiyi gündən altı ay keçməmiş verilməlidir. Məcəllənin 190-cı maddəsinə əsasən, verilmiş intizam tənbehi tətbiq edildiyi gündən

6 ay müddətində qüvvədə olur. İşçi bu dövr ərzində intizamlı davrandıqda və iş funksiyalarını düzgün yerinə yetirdikdə, işəgötürən intizam tənbehini vaxtından əvvəl ləğv edə bilər. Eyni zamanda işçi intizam tənbehi ilə bağlı hüquqlarının pozulduğunu hesab edərsə, fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Bundan əlavə intizam tənbehinin qüvvədə olduğu müddətdə işçi yüksək peşəkarlıq nümayiş etdirərsə və müəssisədaxili intizam qaydalarına əməl edərək mükafatlandırılarsa, həmin mükafatlandırma günündən etibarən tətbiq olunmuş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

 

 Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “Zirə” – “Neftçi” oyununda qalib müəyyənləşməyib

22:03
17 Aprel

Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib 

21:42
17 Aprel

Levan Jorjoliani: Cənubi Qafqaz ölkələrinin ortaq baxışı xalqlarımızın daha firavan yaşayacağına qəti inam yaradır  

21:36
17 Aprel

BMT-nin Baş katibi İranın Hörmüz boğazını açmasını alqışlayıb

21:23
17 Aprel

Prezidentin köməkçisi: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malik ölkədir  

21:11
17 Aprel

Hikmət Hacıyev: Qlobal logistika zəncirlərinin pozulması Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi  

20:54
17 Aprel

TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşüb  

20:46
17 Aprel

XİN rəhbərinin müavini: Azərbaycan kimi, Ermənistan da regionda kommunikasiyaların açılmasına böyük əhəmiyyət verir

20:46
17 Aprel

Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib

20:44
17 Aprel

İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub

20:21
17 Aprel

PAİ Assambleyasında Azərbaycan-Venesuela əməkdaşlığından məmnunluq bildirilib  

20:19
17 Aprel

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı araşdırmalar davam edir 

20:13
17 Aprel

Hikmət Hacıyev: Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir  

20:12
17 Aprel

Yeni süni intellekt modeli ilə bağlı narahatlıq  

20:02
17 Aprel

Hindistanda iş şəraiti səbəbindən etirazlar başlayıb

19:53
17 Aprel

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

19:41
17 Aprel

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 2 

19:24
17 Aprel

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!