14 Sentyabr 2025 09:05
20648
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Bir nəfər mənim adıma saxta yolla bankdan 29 min manat kredit alıb. Məhkəmədə aydın oldu ki, həmin şəxs daha 4 nəfərin adına da kredit götürüb. Naxçıvan Şəhər Məhkəməsi sözügedən şəxsə 5 il həbs cəzası müəyyən etdi və o, hazırda həbsdədir. Mənim əməkhaqqımın 90 faizini isə bank  hər ay kredit borcu kimi tutur. Bu, nə dərəcədə düzgündür?


Yaşar RƏHİMOV,

Naxçıvan şəhəri


- Sualınızda qeyd etdiyiniz təfərrüatlardan məlum olur ki, böyük ehtimalla barəsində danışdığınız şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama) maddələri ilə azadlıqdan məhrumetmə cəzasında məhkum edilmişdir. Bununla belə, nəzərə almaq lazımdır ki, sizin adınıza götürülmüş borc məsələsi ayrıca mülki hüquqi münasibətdir və zərərçəkmiş şəxs olaraq maraqlarınız qorunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, kredit müqaviləsi həqiqi borcalanla (kredit götürənlə) bank müəssisəsi arasında bağlanır, lakin əgər kredit sizin razılığınız və imzanız olmadan götürülübsə, bu müqavilə yalan əqd hesab olunduğundan etibarsız sayılmalıdır. Belə olan halda siz, müqavilənin etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilərsiniz. Bundan başqa, zərərçəkmiş şəxs olaraq, siz, həmçinin məhkəmədən həmin şəxsə qarşı mülki iddia qaldıraraq zərərin ödənilməsini tələb edə bilərsiniz. Mülki iddianıza məhkum edilmiş şəxs barəsində çıxarılmış qərarı da sübut qismində əlavə etməlisiniz.


- Hazırda xaricdə klinikada təcrübə keçirəm. Çantamı oğurlayıblar və içində pasport, tələbə bileti, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartları və digər şəxsi sənədlərim var idi. Belə halda nə etməliyəm?


H.MƏDİNƏ

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, qeyd olunan halda siz əvvəl yaşadığınız ölkənin yerli polis orqanına müraciət etməlisiniz. Çantanızın oğurlanması hadisəsi barədə ərizə verin və bununla hadisənin baş verməsini rəsmiləşdirin. Bu sənəd sizə həm ölkəmizin səfirliyində, həm də yeni sənədlərin bərpası zamanı lazım olacaq. 

Daha sonra Azərbaycanın diplomatik nümayəndəliyinə (səfirlik və ya yaşadığınız yerdə səfirlik yoxdursa, ən yaxın konsulluğa) müraciət edin. Onlara itirilmiş pasport və digər sənədlərlə bağlı məlumat verin. Belə olan halda sizə "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, 3 təqvim günü ərzində müvəqqəti qayıdış şəhadətnaməsi veriləcəkdir və bu sənədlə siz vətəndaşı olduğunuz ölkəyə - Azərbaycana qayıda bilərsiniz. Qayıdış şəhadətnaməsi əsasında siz həmin ölkədə olduğunuz müddətdə pasportunuzu bərpa edəcəksiniz. Şəxsiyyət vəsiqənizi isə ölkəyə qayıtdıqdan sonra Azərbaycanda ("ASAN xidmət " mərkəzlərində) bərpa edəcəksiniz. Eyni qayda sizin sürücülük vəsiqənizin bərpası məsələsinə də şamil olunur.

Bank kartlarınıza gəldikdə isə, dərhal müştərisi olduğunuz bankla əlaqə yaradaraq hesablarınızı bloklatmağınız arzuolunandır. Əks halda oğru kartlardan istifadə edə bilər.

Təhsil və tələbə bileti ilə əlaqadar təhsil aldığınız universitetin dekanlığı və beynəlxalq əlaqələr şöbəsinə məlumat verin. Universitet sizi yeni tələbə bileti ilə təmin edəcəkdir. Hər bir halda təcrübə keçdiyiniz klinikaya da məlumat verin ki, şəxsiyyət təsdiqi üçün problem yaranmasın.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!