13 May 2026 17:03
521
Mədəniyyət
A- A+
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  


Mayın 13-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi” adlı panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın əsas məqsədi rəqəmsal texnologiyaların mədəni irsin qorunması və şəhərsalma planlamasına inteqrasiyası imkanlarını nümayiş etdirmək, beynəlxalq təcrübələri bölüşmək və innovativ yanaşmaların təşviqinə töhfə verməkdir.

Tədbirin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan mədəni irsin rəqəmsal tranformasiyası sahəsində beynəlxalq əməkdaşlıqlara önəm verir. O qeyd edib ki, mədəni irsin qorunması və mühafizəsi yalnız mədəniyyət siyasətinin deyil, həm də şəhərsalma prosesinin vacib bir hissəsidir. Bu mənada, mədəni irs abidələri gələcək şəhərsalma və ümumi inkişaf üçün strateji prioritetdir.

Səadət Yusifova Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma işləri barədə danışarkən bildirib ki, 2020-ci ildən bu yana azad edilmiş ərazilərdə daşınmaz tarixi-mədəni inventarların sahə tədqiqatları aparılır. Bu çərçivədə elektron sənədlər və digər mənbələr araşdırılır, elektron xəritələr hazırlanır və rəqəmsal məkanda sistemləşdirilir.

Tədbir panel sessiya ilə davam edib.

Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Museyibov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli, “Artivive” şirkətinin baş icraçı direktoru Sergiu Ardelean qeyd ediblər ki, müasir rəqəmsal texnologiyalar mədəni irsin qorunması, sənədləşdirilməsi və təqdimatında yeni imkanlar açır. Bildirilib ki, 3D modelləşdirmə, süni intellekt, böyük verilənlər və artırılmış reallıq kimi innovativ həllər tarixi abidələrin daha dəqiq öyrənilməsi, bərpası və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.

Çıxışlarda, həmçinin vurğulanıb ki, rəqəmsal alətlər vasitəsilə mədəni irsin şəhərsalma proseslərinə inteqrasiyası daha səmərəli planlaşdırmaya imkan yaradır, risklərin qiymətləndirilməsi və idarə olunmasını asanlaşdırır. Eyni zamanda, bu texnologiyalar mədəni irsin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə müasir və interaktiv formada təqdim olunmasına şərait yaradır.

Natiqlər dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edərək, innovativ yanaşmaların təşviqi və yeni layihələrin həyata keçirilməsinin bu sahənin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Sessiya çərçivəsində iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, beynəlxalq təcrübələr və perspektiv istiqamətlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

Ermənistanda seçkisonrası siyasi gərginlik davam edir

09:55
17 İyun

"Azərenerji"də qanvermə aksiyası keçirilib

09:50
17 İyun

Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı

09:45
17 İyun

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

09:43
17 İyun

İntellekt və idarəçilik yarışı

09:40
17 İyun

Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar

09:35
17 İyun

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

09:34
17 İyun

Onlar ölkəmizin həm də bu günüdür

09:30
17 İyun

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

09:27
17 İyun

Salyanda taxıl biçini ilə əlaqədar məsələlər müzakirə edilib

09:25
17 İyun

Dünya çempionatı: Norveç qələbə qazanıb

09:23
17 İyun

Qusarda "Oxu bayramı"

09:20
17 İyun

Havalar qeyri-sabit keçsə də...

09:15
17 İyun

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

09:12
17 İyun

Yeni proqram, yeni vəzifələr 

09:10
17 İyun

Qlobal səhralaşmanın təhlükələri

09:05
17 İyun

Fransa dünya çempionatında Seneqalı məğlub edib

09:01
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!