07 Sentyabr 2025 09:10
21378
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Müharibə veteranıyam. Bilmək istəyirəm, torpaq vergisində kimlərə güzəşt olunur?


Mehman ƏLİYEV,

Kürdəmir rayonu


- Sualınıza cavab olaraq bildiririk ki, torpaq vergisi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin XIV fəslinin müddəalarına uyğun tənzimlənir. Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən, bu məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. 

Qeyd edək ki, bu güzəşt hüququ yalnız torpağın mülkiyyətçisinə şamil edilir. Torpaqdan istifadə edən şəxslərə və ya icarəyə götürülmüş sahələrə görə güzəşt tətbiq olunmur. 

Vergi Məcəlləsinin 102.2.1-102.2.8-ci maddələrinə görə, güzəşt aşağıda adları sadalanan şəxslərə aiddir:

- Şəhid statusu almış şəxslərin valideynlərinə, dul arvadlarına (ərlərinə) və övladlarına;

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına;

- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına;

- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə;

- Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) və övladlarına;

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərə;

- Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərə;

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərə. 

Əlavə edək ki, güzəşt hüququ olan şəxsin bir neçə bələdiyyədə torpaq sahəsi varsa, güzəşt 10 manat olaraq sahələrin ölçüsünə uyğun bölünür.

Əgər hesablanan vergi 10 manatdan az olarsa, güzəşt hüququ olan şəxs torpaq vergisi ödəmir.


- Əsas iş yerimdə növbəti məzuniyyətə çıxmışam, amma əvəzçilik üzrə işlədiyim təşkilat mənə məzuniyyət vermir. Bu, qanunidirmi?


Tofiq BƏDƏLOV,

Biləcəri qəsəbəsi


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, hər bir işçi bağladığı əmək müqaviləsi üzrə – istər əsas iş yeri olsun, istərsə də əvəzçilik əsasında işlədiyi təşkilat – illik əmək məzuniyyəti hüququna malikdir. Bu, işçinin əmək hüquqlarının mühüm tərkib hissəsi olmaqla onun sağlamlığının qorunmasına və dincəlməsinə xidmət edir.

Əmək Məcəlləsinin 131-ci maddəsi ilə əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan əmək məzuniyyətindən istifadə etmək hüququ vardır. Belə ki, işçinin əvəzçilik üzrə işlədiyi müəssisədə məzuniyyət vaxtı əsas iş yerində müəyyən olunmuş məzuniyyəti  ilə eyni vaxtda təyin edilməlidir. Qanunvericiliyin bu tələbi işçinin həm əsas, həm də əlavə iş yerində eyni vaxtda istirahət edə bilməsi üçün təminat yaradır. Əks halda, işçinin dincəlmək hüququ pozulur və bu, qanunsuz sayılır.

Beləliklə, əgər siz əsas iş yerinizdə məzuniyyətə çıxmısınızsa, əvəzçilik üzrə işlədiyiniz təşkilat da həmin dövrdə sizə məzuniyyət verməyə borcludur. Müəssisənin “məzuniyyət vermirik” cavabı Əmək Məcəlləsinin müddəalarına ziddir və hüquqi qüvvəsi yoxdur. Siz yazılı ərizə ilə müraciət edərək, əsas iş yerindəki məzuniyyət vaxtına uyğun əvəzçilik üzrə çalışdığınız müəssisədə əmək məzuniyyətinin verilməsini tələb edə bilərsiniz. Ərizəyə əsas iş yerindən verilmiş məzuniyyət əmri və ya arayış əlavə edildiyi halda, işəgötürən bu tələbi təmin etməyə borcludur.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 133-cü maddəsinə görə, işçilərin məzuniyyətlərinin uçotu və verilməsi üçün müəssisələrdə xüsusi qrafik tərtib olunur və işçilər bu qrafik əsasında məzuniyyətə çıxırlar. Əvəzçilik üzrə işləyənlər də həmin qrafikdə nəzərə alınmalı və onların əsas iş yerindəki məzuniyyətlə üst-üstə düşməsi təmin olunmalıdır.

Nəticə etibarilə işçinin əsas və əlavə iş yerində məzuniyyət hüququ eyni vaxtda qorunur və bu hüququn təmin edilməməsi qanun pozuntusu sayılır.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!