24 Fevral 2026 02:12
1591
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin19-cu və 32-ci bəndlərini rəhbər tutaraq "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki: 

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 1-ci hissəsinin "b" və "c" bəndlərində, 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (hər iki halda) və 261-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin "c" bəndində "orqan (qurum)" dedikdə yerli icra hakimiyyətləri nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin "b" bəndində "orqan (qurum)" dedikdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 261-ci maddəsinin 3-cü hissəsində"orqan (qurum)" dedikdə baş kollektiv sazişə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, sahə kollektiv sazişinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, ərazi kollektiv sazişinə münasibətdə yerli icra hakimiyyətləri nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); 2024, № 6(I kitab), maddə 654, № 8, maddə 943; 2025, № 2, maddə 124, 

№ 7, maddə 641; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 yanvar tarixli 584 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasda ikinci halda "bəndində" sözü ", "b" və "c" bəndlərində" sözləri ilə, "6-cı hissəsində" sözləri "6-cı hissəsinin birinci və ikinci (hər iki halda) cümlələrində" sözləri ilə əvəz olunsun və həmin abzasa "314-cü" sözlərindən əvvəl "261-ci maddəsinin 3-cü hissəsində," sözləri əlavə edilsin;

3.2. üçüncü - otuz birinci abzaslar müvafiq olaraq dördüncü - otuz ikinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;";

3.3. altıncı abzasda "və 87-ci maddəsinin 3-cü hissəsində" sözləri ", 87-ci maddəsinin 3-cü hissəsində və 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (birinci halda)" sözləri ilə əvəz edilsin;

3.4. on üçüncü abzasdan "36-cı maddəsinin birinci hissəsinin "b" bəndində," sözləri çıxarılsın;

3.5. on dördüncü abzasda "nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər" sözləri "orqan (qurum)" dedikdə yerli icra hakimiyyətləri nəzərdə tutulur" sözləri ilə əvəz edilsin;

3.6. on doqquzuncu abzasda "nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər" sözləri "orqan (qurum) dedikdə" aşağıdakılar nəzərdə tutulur" sözləri ilə əvəz edilsin;

3.7. iyirmi birinci abzasda "Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri" sözləri "mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər" sözləri ilə əvəz edilsin;

3.8. otuz ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda otuz üçüncü abzas əlavə edilsin:

"həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin "b" bəndində "orqan (qurum)" dedikdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər nəzərdə tutulur.".


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

Azərbaycanın Mərkəzi Asiya istiqamətində sülh və təhlükəsizlik modeli

08:27
17 Aprel

Regionun neft ixracı arteriyası

08:25
17 Aprel

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin görüşü keçirilir

08:20
17 Aprel

Azərbaycanın qlobal diplomatiyada çəkisi artır

08:15
17 Aprel

Aİ-nin ikinci missiyasının məqsədi nədir?

08:10
17 Aprel

Beynəlxalq hüquqa əsaslanan prinsipial siyasət

08:05
17 Aprel

Azərbaycan Qoşulmama Hərəkatının institusional mərkəzinə çevrilir

08:00
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!