09 Aprel 2026 00:55
1367
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1."Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575 (Cild I); 2024, № 12 (II kitab), maddə 1360) 3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"3.2. TƏBİB-in Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisindən (sədr olmaqla), Azərbaycan Respublikası maliyyə nazirinin müavinindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır;".

2.Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 634 (Cild I) ilə təsdiq edilmiş "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi"nin 4.4-cü bəndinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Şuranın tərkibinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi (sədr olmaqla), Azərbaycan Respublikası maliyyə nazirinin müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri daxildir.".

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 aprel 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

09:10
30 May

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar 

23:39
29 May

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

22:36
29 May

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

22:19
29 May

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib  

21:57
29 May

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

21:12
29 May

Xankəndidə çay və qəhvə festivalı 

20:31
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!