15 Sentyabr 2024 02:58
4881
MSK
A- A+
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası - Qərar № 43/218

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası - Qərar № 43/218


Qərar № 43/218


2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 83 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızı 11 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş namizəd Y.T.Mahmudova müraciətində səsvermə günü 42 saylı Sumqayıt birinci seçki dairəsinin bütün seçki məntəqələrində kütləvi pozuntuların olmasını, səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını, mübahisələndirilən qərarın əsaslandırılmadığını və dairə seçki komissiyasında onun müraciətinə baxılan iclasda iştirakının təmin olunmadığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə aktlar, elektron məlumat daşıyıcısında olan video və fotogörüntülər əlavə etmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

İddia edilən pozuntularla əlaqədar olaraq namizəd Y.T.Mahmudovanın şikayəti 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında şikayətçi Y.T.Mahmudovanın iştirakı ilə aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Namizəd Y.T.Mahmudova tərəfindən təyin edilmiş bir sıra seçki subyektlərinin müxtəlif media subyektlərinə səsvermə və səslərin sayılması prosesi barədə müsbət fikirlər ifadə etmələrini, seçicilərin azad və sərbəst şəkildə səs vermələrini, seçkilər zamanı hər hansı qanun pozuntusuna rast gəlmədiklərini özündə əks etdirən müsahibələri də araşdırma materiallarına əlavə edilmişdir. Eyni zamanda namizəd tərəfindən təyin edilmiş məşvərətçi səs hüquqlu üzv imzaladığı aktda səsvermə günü müşahidə apardığı seçki məntəqəsində hər hansı qanun pozuntusunu müşahidə etmədiyini bildirmişdir.

Seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı aparılan icraatla müəyyən edilir ki, səsvermə günü 42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsi istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir.

Araşdırma ilə seçki dairəsinin 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsasların yarandığı müəyyən edilmişdir.

Beləliklə, Mahmudova Yasəmən Tağı qızının müraciəti qismən təmin edilməli, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarı 27 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməli, digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci və 170-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızının 11 sentyabr 2024-cü il tarixli 83 saylı müraciəti qismən təmin olunsun, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarı 27 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


14.09.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!