31 Avqust 2026 16:10
165
SİYASƏT
A- A+
Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasında həmrəyliyin mühüm dayağıdır 

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasında həmrəyliyin mühüm dayağıdır 


Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə yüksək dinamika ilə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu münasibətlərin təməlində dövlətlərarası siyasi etimadla yanaşı, Azərbaycan və qırğız xalqlarını birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Dövlət başçıları arasında formalaşmış sıx və qarşılıqlı etimada əsaslanan dialoq ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə inkişafına mühüm impuls verib. Bu baxımdan Azərbaycan-Qırğızıstan münasibətləri yalnız iki dövlət arasındakı əlaqələr deyil, həm də Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və humanitar bağların gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat bildirib ki, Azərbaycan-Qırğızıstan münasibətləri hazırda yüksələn dinamika ilə inkişaf edən və çoxşaxəli xarakter alan strateji tərəfdaşlıq kimi qiymətləndirilə bilər. Dövlət başçıları arasında intensiv siyasi dialoq əlaqələrin bütün istiqamətlər üzrə inkişafına ciddi impuls verib. Azərbaycan və Qırğızıstan türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsini, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsini, nəqliyyat-kommunikasiya imkanlarının artırılmasını və humanitar münasibətlərin dərinləşdirilməsini fəal şəkildə dəstəkləyir. Prezident İlham Əliyevin Qırğızıstan və digər Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafına verdiyi önəm nəticəsində qarşılıqlı səfərlər, yüksəksəviyyəli siyasi təmaslar və yeni əməkdaşlıq mexanizmləri daha intensiv xarakter alıb.

“Azərbaycanın Orta Dəhlizin inkişafına verdiyi strateji əhəmiyyət Qırğızıstanla əməkdaşlığa da yeni məzmun qazandırır. Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat və logistika imkanlarının genişləndirilməsi həm Azərbaycan, həm Qırğızıstan, həm də bütövlükdə Türk dövlətləri üçün yeni iqtisadi imkanlar yaradır.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafındakı mövqeyi ölkəmizi Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı məkanına çevirir. Qarşılıqlı investisiyaların təşviqi, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və birgə müəssisələrin yaradılması da ikitərəfli iqtisadi münasibətlərin daha dayanıqlı və uzunmüddətli xarakter almasına imkan verə bilər.

Azərbaycan-Qırğızıstan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri qarşılıqlı siyasi və mənəvi dəstəyin konkret addımlarla müşayiət olunmasıdır. Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Qarabağda aparılan bərpa prosesinə də əməli töhfə verib. Ağdam şəhərində Qırğızıstanın təşəbbüsü və dəstəyi ilə məktəb layihəsinin həyata keçirilməsi bunun mühüm nümunələrindən biridir.

Humanitar sahə də Azərbaycan-Qırğızıstan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət, incəsənət, gənclər və idman sahələrində əlaqələrin genişləndirilməsi xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Universitetlərarası əlaqələrin inkişafı, tələbə və müəllim mübadilələrinin artırılması, birgə elmi layihələrin həyata keçirilməsi, rəqəmsal təhsil və müasir texnologiyalar üzrə əməkdaşlıq bu sahədə yeni imkanlar yaradır. Mədəni əlaqələrin inkişafında isə ortaq ədəbi və tarixi irsin öyrənilməsi, mədəniyyət günlərinin keçirilməsi, kino və teatr layihələrinin təşkili, sənətçilər arasında mübadilənin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”,- deyə deputat əlavə edib.

Mehriban Vəliyeva Qırğızıstanın böyük yazıçısı Çingiz Aytmatovun irsinin də bu baxımdan xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, Aytmatovun yaradıcılığı Azərbaycan oxucusu üçün də doğmadır və yazıçının əsərləri Türk dünyasının ortaq mənəvi xəzinəsinin mühüm hissəsidir. Aytmatov irsinin birgə mədəni layihələr vasitəsilə daha geniş təbliği iki ölkənin humanitar əməkdaşlığına əlavə impuls verə bilər. Gənclər və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə forumların, sosial layihələrin və turizm marşrutlarının təşkili də qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verə bilər.

“Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişafını yalnız mövcud əməkdaşlığın davam etdirilməsi kimi deyil, yeni sahələrə çıxış və yeni regional təşəbbüslərin formalaşdırılması kimi qiymətləndirmək lazımdır. Bu gün siyasi etimad möhkəm təmələ malikdir. Əsas məqsəd bu siyasi iradəni iqtisadi, humanitar, mədəni, nəqliyyat və texnoloji layihələrlə daha da zənginləşdirməkdir. Azərbaycan və Qırğızıstanın münasibətləri həm ikitərəfli müstəvidə, həm də Türk dünyasının ümumi inteqrasiya prosesləri baxımından mühüm perspektivlər vəd edir. Dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə, xalqlarımız arasındakı tarixi-mədəni bağlılıq, qarşılıqlı etimad və həmrəylik bu əlaqələrin gələcəkdə daha yüksək səviyyəyə yüksələcəyinə əsas verir”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prime Leasing” Zaqatalaya gəldi

16:43
31 Avqust

Çinin Baş prokuroru Milli Məclisdə olub

16:18
31 Avqust

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır 

16:16
31 Avqust

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb 

16:14
31 Avqust

Keniya nümayəndələri Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübəni öyrənirlər

16:12
31 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasında həmrəyliyin mühüm dayağıdır 

16:10
31 Avqust

Azərbaycan–Qırğızıstan əməkdaşlığı: ortaq mənəvi dəyərlərdən akademik tərəfdaşlığa  

16:07
31 Avqust

Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

16:05
31 Avqust

TANAP rəqəmsal əkiz texnologiyasının mövcud tətbiqlərindən biridir - HESABAT

16:03
31 Avqust

ŞƏT ilə genişlənən tərəfdaşlıq Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biridir 

16:00
31 Avqust

ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

15:23
31 Avqust

İslandiya Aİ-yə üzvlük məsələsinə son qoydu

15:20
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir YENİLƏNƏCƏK 

15:19
31 Avqust

İt dişləməsi nəticəsində burun toxumasını itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub

15:17
31 Avqust

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub

15:15
31 Avqust

Avropada qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

15:13
31 Avqust

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı

15:10
31 Avqust

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

15:02
31 Avqust

Şərq-Qərb yolunun Azərbaycan qovşağı

14:57
31 Avqust

Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 

14:54
31 Avqust

Çinin avia nəhəngləri ağır zərbə aldı: milyardlarla yuan havaya sovruldu

14:42
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!