31 Avqust 2026 12:25
322
SİYASƏT
A- A+
Şanxay Əməkdaşlıq Təşkilatı - Avrasiyanın dəyişən geosiyasi mənzərəsində yeni imkanlar 

Şanxay Əməkdaşlıq Təşkilatı - Avrasiyanın dəyişən geosiyasi mənzərəsində yeni imkanlar 


Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığın dərinləşdirilməsi əhəmiyyətli istiqamətlərdən biridir. Ölkəmizin bu təşkilatla münasibətlərinin dinamikası rəsmi Bakının çoxşaxəli və balanslı xarici siyasət strategiyasının bir hissəsidir.

AZƏRTAC xəbər verir ki, rəsmi Bakı ilə ŞƏT arasında institusional əməkdaşlığın əsas xarakteri aşağıdakı mərhələlərlə xarakterizə olunur:

- 2015-ci ildə ŞƏT-in Dövlət Başçıları Şurasının iclasında Azərbaycana “dialoq üzrə tərəfdaş” statusunun verilməsi ilə bağlı qərar qəbul edilib;

- 2016-cı ildə Pekində Azərbaycanın “dialoq üzrə tərəfdaş” statusunu rəsmiləşdirən Memorandum imzalanıb;

- 2022-ci ildə Səmərqənddə ŞƏT sammitində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib;

- Prezident İlham Əliyev 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantısının iştirakçısı olub. Bununla da, institusional əlaqələr yeni müstəviyə keçib. Ona görə ki, həmin sammitdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalanıb;

- 2025-ci il sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyev çıxış edib.


ŞƏT-in böyüməsi fonunda Azərbaycanın yeri


1996-cı ildə “Şanxay Beşliyi” əsasında formalaşan və 2001-ci il iyunun 15-də təsis edilən təşkilat özünü əsasən qonşu ölkələr arasında etimadın və əməkdaşlığın qurulmasına yönəldib. ŞƏT qısa tarixi dövr ərzində profilini əhəmiyyətli dərəcədə yüksəldərək, müasir qlobal siyasi-iqtisadi arxitekturanın həlledici komponentlərindən birinə çevrilib. Ona görə də, ŞƏT-in cari və perspektiv gündəliyi regional inkişafın demək olar ki, bütün əsas sahələrini əhatə edir. Azərbaycan isə bu prosesin iştirakçısına çevrilərək regionlararası inteqrasiya modelində mandatını genişləndirir.

ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.

Azərbaycan Respublikasının məhz belə bir təşkilatda mövqelənməsi regional və qlobal çağırışların yenilənməsi fonunda diqqətəlayiq hadisədir. Çünki ŞƏT Avrasiya üzrə geosiyasətin təyin edilməsində böyük dəyərə malikdir. Avrasiyada artan iqtisadi, siyasi və nəqliyyat-logistika potensialı həmin məkanın qlobal güc balansının formalaşmasında rolunu daha da artırır.

ŞƏT dünya nizamında və qlobal idarəetmədə, beynəlxalq hüququn tətbiqi və beynəlxalq idarəetmənin effektivliyi ilə bağlı mübahisələrin artdığı bir dövrdə dünya siyasətinin vizyonunda mövqeyini irəliyə aparır. Təşkilatın yanaşması çoxqütblü dünya nizamının qurulmasına uyğun şəkildə inkişaf edir.


Çinlə əlaqələr nə deməkdir?


ŞƏT dünya əhalisinin, ərazisinin və iqtisadiyyatının mühüm bir hissəsini birləşdirərək regional və qlobal proseslərdə getdikcə daha çəkili söz sahibinə çevrilir. Hətta Çinin və Hindistanın ŞƏT-də təmsil olunması Avrasiya məkanında mühüm geosiyasi tarazlıq amili kimi qiymətləndirilə bilər. Bu, gərgin rəqabətdən əməkdaşlığa keçidi rəmzləşdirə biləcək mühüm məqamdır.

2025-ci ildə üzv dövlətlərin ümumi iqtisadi gücü dünya iqtisadiyyatının təxminən 33 faizini təşkil edərək 30 trilyon dollara çatıb. ŞƏT-in uğuru təkcə onun sıralarının genişlənməsi ilə ölçülmür. Bu təşkilatı fərqləndirən əsas xüsusiyyətlərdən biri onun əməkdaşlıq fəlsəfəsi ilə əlaqəlidir. Burada ölkələr üçüncü tərəflərə qarşı yönəlmiş hərbi ittifaqlar yaratmadan bərabərhüquqlu tərəfdaşlıq prinsipləri ilə fəaliyyət göstərirlər.

Digər tərəfdən, qlobal liderlik rolu üçün lazım olan əhəmiyyətli xüsusiyyətlərə yiyələnən Çin ŞƏT-də məxsusi dəyərə sahibdir. Çin bir sıra təşəbbüslərin müəllifi kimi çıxış etməklə tərəfdaşlıq coğrafiyasını genişləndirir. Bu, Azərbaycanın xarici siyasət prioritetləri ilə uyğundur. Prezident İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanat” imzalanması Bakı-Pekin əlaqələrinin ŞƏT formatındakı inkişafına əlavə çəki qazandırır.

Dövlətimizin başçısı 2025-ci ilin sentyabrında “ŞƏT Plyus” formatında keçirilən görüşdə deyib: “Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”.

Digər tərəfdən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət kursunda çoxtərəfli platformalara, o cümlədən ŞƏT-ə spesifik tərəfdən yanaşır. Bunu şərtləndirən başqa bir amil Azərbaycanın geoiqtisadiyyatdakı mövqeyi ilə əlaqəlidir. Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika şəbəkəsinin mühüm xətti olan Azərbaycan üçün bunun əhəmiyyəti Zəngəzur dəhlizi fonunda strateji mənaya malikdir. Bu, ölkəmizə Cənubi Qafqaz geosiyasətinin zirvəsindəki mövqeyini şaxələndirməyə imkan verir.

Bu sitat Azərbaycanın geostrateji mövqeyindən irəli gələrək ŞƏT-ə necə yanaşmasının indikatorudur. Bunu aşağıdakı tezislərlə ifadə etmək mümkündür:

1. Azərbaycan Çinin qlobal təşəbbüslərini dəstəkləməklə, bunu sülh, təhlükəsizlik və inkişaf baxımından əhəmiyyətli hesab edir;

2. Azərbaycan Çinlə əməkdaşlığı beynəlxalq münasibətlərdə baş verən dəyişiklər kontekstində qiymətləndirir. Bununla Azərbaycan daha ədalətli və səmərəli beynəlxalq idarəetmə mexanizmlərinin formalaşdırılmasına marağını nümayiş etdirir.

3. Azərbaycanın Çinin təşəbbüslərinə dəstəyi beynəlxalq hüquq və suveren bərabərlik prinsiplərinə əsaslanır.

Azərbaycan ŞƏT və Çinlə əlaqələrə çoxtərəfli təhlükəsizlik məsələlərində koordinasiyaedici müstəvi kimi baxır.

Bu baxımdan, Avrasiya geosiyasi məkanında mühüm təsir imkanlarına malik olan ŞƏT üzvü və tərəfdaş ölkələrlə əməkdaşlıq Azərbaycanın regional və qlobal proseslərdə mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prime Leasing” Zaqatalaya gəldi

16:43
31 Avqust

Çinin Baş prokuroru Milli Məclisdə olub

16:18
31 Avqust

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır 

16:16
31 Avqust

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb 

16:14
31 Avqust

Keniya nümayəndələri Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübəni öyrənirlər

16:12
31 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasında həmrəyliyin mühüm dayağıdır 

16:10
31 Avqust

Azərbaycan–Qırğızıstan əməkdaşlığı: ortaq mənəvi dəyərlərdən akademik tərəfdaşlığa  

16:07
31 Avqust

Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

16:05
31 Avqust

TANAP rəqəmsal əkiz texnologiyasının mövcud tətbiqlərindən biridir - HESABAT

16:03
31 Avqust

ŞƏT ilə genişlənən tərəfdaşlıq Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biridir 

16:00
31 Avqust

ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

15:23
31 Avqust

İslandiya Aİ-yə üzvlük məsələsinə son qoydu

15:20
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir YENİLƏNƏCƏK 

15:19
31 Avqust

İt dişləməsi nəticəsində burun toxumasını itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub

15:17
31 Avqust

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub

15:15
31 Avqust

Avropada qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

15:13
31 Avqust

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı

15:10
31 Avqust

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

15:02
31 Avqust

Şərq-Qərb yolunun Azərbaycan qovşağı

14:57
31 Avqust

Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 

14:54
31 Avqust

Çinin avia nəhəngləri ağır zərbə aldı: milyardlarla yuan havaya sovruldu

14:42
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!