10 Sentyabr 2026 09:40
553
SİYASƏT
A- A+
Azərbaycan humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədinə çevrilməsi istiqamətində fəal iş aparır

Azərbaycan humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədinə çevrilməsi istiqamətində fəal iş aparır


Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan Respublikasının ərazisinin təqribən 12-13 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş vəziyyətdədir. Bu, təxminən 1,5 milyondan artıq mina və partlamamış hərbi sursatın torpaqda gizli təhlükə mənbəyi olaraq qalması deməkdir. 

Torpaqlarımızın işğalına son qoyulduqdan keçən müddət ərzində əldə olunan nəticələr ümumilikdə genişmiqyaslıdır: indiyədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Yalnız 2025-ci il ərzində ümumilikdə 6 824 mina və 52 392 partlamamış hərbi sursat aşkarlanmış və zərərsizləşdirilmişdir.

Mövcud hesablamalara əsasən, bu qədər genişmiqyaslı çirklənmənin tam şəkildə aradan qaldırılması üçün milyardlarla ABŞ dolları həcmində maliyyə vəsaiti və çox uzun zaman müddəti tələb olunur. Hazırkı mərhələdə Azərbaycan dövləti bu ağır vəzifənin öhdəsindən əsasən öz daxili maliyyə resursları hesabına gəlir ki, bu da dövlətin məsuliyyətli və ardıcıl siyasətinin göstəricisidir.

Mina və partlamamış hərbi sursat problemi bu gün də ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışlarından biri olaraq qalır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı mina təhlükəsi həm mülki əhali üçün birbaşa həyat təhlükəsi yaradır, həm də azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və məskunlaşma proseslərini ləngidir. Rəsmi məlumatlar göstərir ki, 44 günlük Vətən müharibəsindən sonra 437 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş, ağır bədən xəsarətləri almış, 73 nəfər isə həyatını itirmişdir. Ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3 min 500 nəfəri keçir. Bu fakt mina təhlükəsinin nə qədər real və davamlı olduğunu bir daha təsdiqləyir. Bu həm də göstərir ki, mina təhlükəsi yalnız konkret ərazilərlə məhdudlaşmır, o, demək olar ki, bütün yaş qruplarını əhatə edən genişmiqyaslı humanitar problemə çevrilib. Minalar insanların gündəlik həyatını risk altına salmaqla yanaşı, kənd təsərrüfatı fəaliyyətini məhdudlaşdırır, yaşayış məntəqələrinə və nəqliyyat infrastrukturuna çıxışı çətinləşdirir, iqtisadi və sosial inkişafın qarşısında ciddi maneələr yaradır. Bu səbəbdən humanitar minatəmizləmə təkcə təhlükəsizlik məsələsi deyildir.

Prezident İlham Əliyev 2 sentyabr 2026-cı il tarixində "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda  4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində bu məsələni vurğulayaraq qeyd etmişdir ki, humanitar minatəmizləmə yalnız təhlükəsizlik məsələsi deyil, həm də şəhərlərin və kəndlərin bərpasının, insanların təhlükəsiz qayıdışının və davamlı inkişafın əsas şərtidir. Minalar müharibə başa çatdıqdan sonra belə insan həyatı, infrastruktur və iqtisadi fəaliyyət üçün ciddi təhlükə yaradır. Minatəmizləmə Azərbaycanın daha geniş postmünaqişə bərpa modelinin bir hissəsidir. Bu modeldə təhlükəsizliyin təmin edilməsi, şəhərsalma, infrastrukturun qurulması, ətraf mühitin bərpası, sosial reinteqrasiya və iqtisadi inkişaf vahid çərçivədə həyata keçirilir. 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Böyük qayıdış prosesinin təməl elementlərindən biridir. Yenidənqurma, yol və enerji infrastrukturu, kənd təsərrüfatı, yaşayış məntəqələrinin salınması və insanların qayıdışı minatəmizləmə ilə paralel aparılır. Böyük qayıdış artıq real nəticələr verir: təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə öz evlərinə qayıdıb. Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların ümumi sayı 90 mini keçib.

Prezident İlham Əliyevin müraciətində haqlı olaraq bu məsələyə beynəlxalq dəstəyin artırılması üçün çağırış edilmişdir. Maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiya transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləmə prosesinin sürətləndirilməsi üçün vacib hesab olunur.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən qlobal səviyyədə müəyyən edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur. Beynəlxalq birliyin hər bir üzv dövləti, o cümlədən Azərbaycan Respublikası bu məqsədlər əsasında öz milli inkişaf prioritetlərini formalaşdırıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə humanitar minatəmizləmə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülüb və bu ölkəmizdə qəbul edilib. Bu yanaşma, mina probleminin təkcə regional deyil, qlobal humanitar çağırış kimi qəbul edilməsinin vacibliyini ortaya qoyur. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan diplomatiyası beynəlxalq platformalarda humanitar minatəmizləmənin qlobal səviyyədə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi tanınması istiqamətində fəal iş aparır.

Digər mühüm məqam ondan ibarətdir ki, mina terroru yalnız insan həyatına deyil, eyni zamanda mədəni irsə, ətraf mühitə və bütün canlı aləmə ciddi təhlükə yaradır. Bu baxımdan mina problemi çoxşaxəli, kompleks və uzunmüddətli fəsadlara malik təhlükə kimi qiymətləndirilir. Azərbaycan dövləti bu reallığı nəzərə alaraq, mümkün olan bütün istiqamətlər üzrə sistemli fəaliyyət göstərir. Bu istiqamətlərdən biri də minaların mədəni irs obyektlərinə vurduğu ziyanın beynəlxalq səviyyədə tanınması və sənədləşdirilməsidir. 

1954-cü ildə "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyası qəbul edilib. 2023-cü ildə Haaqa Konvensiyasına Tərəf dövlətlərin 15-ci beynəlxalq toplantısında Azərbaycan Prezidentinin təlimatına uyğun olaraq aparılan məqsədyönlü diplomatik fəaliyyət nəticəsində "Minaların mədəni irsə təsiri" ilə bağlı xüsusi qətnamə qəbul edilib. Bu sənəd mina terrorunun mədəni irsə vurduğu dağıdıcı təsirin beynəlxalq hüquqi müstəvidə tanınması baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə qlobal təşəbbüskar rolunu bir daha nümayiş etdirir.

Azərbaycan illər ərzində qazandığı təcrübəsini münaqişədən zərərçəkmiş digər ölkələrlə bölüşməyə hazırdır və minatəmizləməni beynəlxalq əməkdaşlığın mühüm istiqaməti kimi təqdim edir.


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!