20 Sentyabr 2026 09:54
487
SİYASƏT
A- A+
Antiterror əməliyyatı həlledici mərhələ kimi tarixə düşdü

Antiterror əməliyyatı həlledici mərhələ kimi tarixə düşdü


2023-cü il uğurlu antiterror əməliyyatından üç il ötür. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin edən həlledici mərhələ kimi tarixə düşdü. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağda uzun illər mövcud olmuş separatçı rejimin hərbi-siyasi fəaliyyəti dayandırıldı və Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində bərqərar oldu. 

2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri ölkənin ərazi bütövlüyünün ardınca dövlət suverenliyinin də tam təmin edilməsi idi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmaması, bölgədə qanunsuz silahlı birləşmələrin saxlanılması, minaların yerləşdirilməsi və hərbi təxribatların davam etdirilməsi vəziyyəti getdikcə daha da mürəkkəbləşdirirdi.

2023-cü ilin sentyabrında isə gərginlik pik həddə çatdı. Sentyabrın 19-da separatçıların mina təxribatı nəticəsində mülki vətəndaşlar və polis əməkdaşlarının həlak olması, eləcə də Azərbaycan mövqelərinin atəşə tutulması antiterror tədbirlərinin başlanmasına səbəb oldu.

Sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Rəsmi açıqlamaya görə, əməliyyatın əsas məqsədləri Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və ərazidən çıxarılması, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası idi.

Əməliyyat yüksək dəqiqlik və qısa müddət ərzində həyata keçirildi. Sentyabrın 20-də, cəmi 23 saatdan sonra, Qarabağdakı erməni sakinlərin nümayəndələrinin müraciəti nəzərə alınaraq tədbirlərin dayandırılması barədə razılaşma əldə edildi. Razılaşmanın şərtləri arasında Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz dəstələrin silahı yerə qoyması, mövqelərdən çıxması və tam tərksilah olunması vardı.

8 Noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən əsas mərhələ idisə, 20 sentyabr 2023-cü il Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpasını təmin edən tarixi gün oldu.

Qarabağda uzun illər fəaliyyət göstərən qanunsuz separatçı idarəetmə strukturu da öz mövcudluğunu dayandırdı.

Sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyanın imzaladığı sənəddə həmin qanunsuz strukturun fəaliyyətinə son qoyulması nəzərdə tutuldu. Beləliklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində uzun müddət mövcud olmuş separatçı idarəetmə modeli cəhənnəmə vasil oldu.

Prezident İlham Əliyevin fə bəyan etdiyi kimi, “Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.”

Bu, Azərbaycanın son üç onillikdə qarşılaşdığı ən ciddi təhlükələrdən birinin aradan qaldırılması demək idi.

Uğurlu antiterror tədbirlərinin başa çatması ilə Azərbaycanın qarşısında yeni mərhələ açıldı. Hərbi məsələnin həlli ilə yanaşı, Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsi gündəmə gəldi.

Sentyabrın 21-də Yevlaxda Azərbaycan dövlət nümayəndələri ilə Qarabağdakı erməni sakinlərin nümayəndələri arasında görüş keçirildi. Azərbaycan tərəfi bölgədə yaşayan erməni sakinlərin Azərbaycan qanunları əsasında cəmiyyətə inteqrasiyasını təklif etdi.

Beləliklə, 19–20 sentyabr əməliyyatı həm də yeni siyasi-hüquqi reallığın başlanğıcı idi. Ərazi üzərində faktiki nəzarətin təmin olunmasından sonra əsas istiqamət hüquqi idarəetmənin, təhlükəsizliyin, sosial-iqtisadi inkişafın və bərpa-quruculuq proseslərinin təmin edilməsinə yönəldi.

Bu tarixi hadisənin Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti 2024-cü ildə qəbul edilən qərarla da rəsmiləşdirildi. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Qarabağda separatizmin kökünün kəsilməsilə regionda təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün yeni reallıq formalaşdırdı.

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, yeni yaşayış məntəqələri və infrastruktur layihələri həyata keçirilir.

Azərbaycan bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Qarabağın digər yaşayış məntəqələrində dalğalanması isə dövlət suverenliyinin real və əyani ifadəsinə çevrilib.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “20 sentyabr 2023-cü il bizim tariximizdə əbədi qalacaq”.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!