03 Aprel 2025 21:19
302
SİYASƏT
A- A+
Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Krallığın parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Krallığın parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb


Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Milli Məclisdən məlumat verilib.

Məktubda deyilir ki, Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz 30 illik erməni işğalı dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların “hərbi əsir” adlandırılması, azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdikləri və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir.

İşğal zamanı Ermənistan bir milyona yaxın azərbaycanlını zorla yurd-yuvasından didərgin salıb, Xocalı soyqırımı, urbisid, kultursid və ekosid aktları törədib. Azərbaycan şəhərləri və kəndləri yerlə-yeksan edilib, onun mədəni və dini mirası dağıdılıb, ətraf mühitə ciddi ziyan vurulub. Bundan əlavə, Ermənistan işğal olunmuş ərazilərdə minalar basdıraraq Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. Bu minalar mülki insanları öldürməyə və yaralamağa davam edir, keçmiş köçkünlərin geri dönməsini və bərpa səylərini ləngidir.

Məktubda göstərilir ki, bütün bu hadisələrin daha bir dəhşətli nəticəsi isə itkin düşmüş 4 minə yaxın azərbaycanlının, o cümlədən qadınların və uşaqların aqibətidir. Ermənistan kütləvi məzarlıqlar barədə məlumat verməkdən imtina edir, halbuki bu cür məlumat onların yerini müəyyənləşdirməyə kömək edə bilər. Bununla yanaşı, erməni liderləri uzun müddətdir ki, azərbaycanlılara qarşı etnik nifrəti qızışdırırlar. Ermənistanın sabiq prezidentləri azərbaycanlıların qovulmasını və Xocalı soyqırımını dəstəkləyən bəyanatlar verərək etnik təmizləməyə açıq-aşkar haqq qazandırmışlar. Bütün bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kəs məsuliyyətə cəlb edilməyib, hərbi cinayətkarlar isə hələ də hörmət sahibidirlər.

Əksinə, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra ədalət mühakiməsini təmin edir. 200-dən çox erməni Azərbaycan tərəfindən humanitar akt qaydasında azad edilsə də, müharibə cinayətlərində təqsiri olanlar hazırda Bakıda məhkəmə qarşısına çıxarılırlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, onlar hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlərdə ittiham edilirlər. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və amansız rəftarla bağlı heç bir şikayət daxil olmayıb.

Bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir. Həqiqi sülh yalnız cavabdehlik yolu ilə əldə edilə bilər – haqq-ədalət olmadan möhkəm sülh mümkün deyil.

Bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdıqları məsuliyyətə işıq salır. Bu proseslə bağlı narahatlıq mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdlərinə səbəb olmuşdur. Lakin bu cür səylərə qoşulmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə bilərdi. Sülhə həqiqi sadiqlik məsuliyyətin tanınmasında və müharibə cinayətlərində əli olanların cavabdehliyinin təmin olunmasında əksini tapa bilər.

Bu cür məhkəmə yanaşması beynəlxalq birlik üçün gələcək münaqişələrin və beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında önəmli nümunədir. Cinayətlərə göz yumulması ədalətin bərqərar edilməsinə mane ola bilməz. Həqiqi və ədalətli məsuliyyət boş ritorika deyil, anlayışlı hərəkətlər tələb edir.

Məktubda vurğulanır ki, Birləşmiş Krallıq parlamentinin bəzi üzvlərinin bu mövqeyi hazırda iki ölkə arasında cərəyan edən sülh prosesinə mənfi təsir göstərir.

Biz Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə barəsində Birləşmiş Krallıq hökumətinin tarazlı mövqeyini qiymətləndiririk. Beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq, Birləşmiş Krallıq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla belə, Birləşmiş Krallıq parlamentinin bəzi üzvləri tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adlandırılması təkcə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deyil, həm də Birləşmiş Krallıq hökumətinin keçmiş münaqişəyə dair rəsmi mövqeyinə ziddir və beynəlxalq hüququn kobudcasına pozulmasıdır.

Azərbaycan 30 illik ağrılı-acılı münaqişə səhifəsini çevirməyə və normallaşma istiqamətində irəliləyiş əldə etməyə çalışarkən bu prosesi dəstəkləmək və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni nəhayət imzalansın deyə Ermənistanı mümkün qədər tez bir zamanda son mühüm addımları atmağa sövq etmək çox vacibdir. Bu, regionumuzda sülhə və firavanlığa nail olmağın yeganə yoludur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Komitə sədri Astarada vətəndaşların müraciətini dinləyib

13:23
11 Aprel

Böyük Qayıdış: Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb

13:20
11 Aprel

AFFA-nın 2024-cü ildəki ümumi xərcləri müəyyənləşib

12:51
11 Aprel

AFFA 2024-cü ildə idman qurğularına 2 milyon manatdan çox vəsait ayırıb  

12:50
11 Aprel

Beşinci “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 16 min 553 nəfər qeydiyyatdan keçib  

12:40
11 Aprel

Ali Məhkəmə cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verib  

12:36
11 Aprel

Türkiyənin 23 vilayətində terrorçularla əlaqədə şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb

12:35
11 Aprel

Tunisdə saxlanılan 11 rusiyalı azadlığa buraxılır

12:16
11 Aprel

İran ABŞ-a müvəqqəti nüvə sazişi təklif edəcək

12:13
11 Aprel

Nyu-Yorkda helikopter qəzası: “Siemens İspaniya”nın baş direktoru və ailəsi həlak olub

12:12
11 Aprel

Dövlət Xidməti Astarada gənclər üçün tədbirlər keçirib

11:51
11 Aprel

Britaniya məktəblərində mobil telefondan istifadə qadağan olunur  

11:49
11 Aprel

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir  

11:47
11 Aprel

Qarabağ Universiteti Klinikası bölgədə səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynayacaq  

11:46
11 Aprel

Prezident İlham Əliyevin Antalyada Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşü olub YENİLƏNİB

11:44
11 Aprel

UEFA-nın ötən il Azərbaycan klublarına ödədiyi vəsait bəlli olub

11:40
11 Aprel

AFFA-ya 2024-cü il üçün ayrılan vəsaitin məbləği açıqlanıb

11:39
11 Aprel

Çingiz Hüseynzadə: İnanıram ki, futbolda da böyük uğurlar qazanacağıq  

11:38
11 Aprel

Bakı metrosunda xətlərin ayrılması üçün görülən tikinti işləri zamanı alternativ ictimai nəqliyyat təklif olunacaq  

11:09
11 Aprel

Antalyada IV Diplomatiya Forumu işə başlayıb

11:01
11 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

10:57
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!