11 Aprel 2025 10:25
351
SİYASƏT
A- A+
“Azərbaycanın rolu beyin mərkəzləri tərəfindən də təhlil edilir”

“Azərbaycanın rolu beyin mərkəzləri tərəfindən də təhlil edilir”


ADA Universitetinin təşkil etdiyi beynəlxalq forum hər zaman aktual siyasi məsələlərin, geosiyasi proseslərin müzakirəsi ilə diqqət çəkir.  Bu səbəbdən foruma maraq ilbəil artır. Təsadüfi deyil ki, budəfəki foruma rekord sayda iştirakçı qatılmışdı və onların yarıdan çoxu ilk dəfədir ki, bu foruma qatılırdı. Ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti bu dəfə də dünyada və regionda baş verən siyasi proseslərə münasibət bildirdi. 

Azərbaycanın Mərkəz Asiya və Yaxın Şərqdə cərəyan edən proseslərə iştirakçı qismində cəlb edilməsi beyin mərkəzləri tərəfindən də təhlil edilir. Bu mövzuda suala cavab olaraq, dövlət başçımız da bildirdi ki, Azərbaycanın əlverişli coğrafiyası, aparılan düzgün siyasət ölkəmizin Mərkəzi Asiya və Avropa regionu arasında körpü kimi önəmini artırır. İndiki mürəkkəb şəraitdə Azərbaycan kimi sülhpərvər aktorlara ehtiyac var. Ermənistanla normallaşma prosesi və bu kontekstdə Cənubi Qafqazda geosiyasi vəziyyət də ən çox maraq kəsb edən mövzulardandır. Ölkə başçısı bir daha bəyan etdi ki, bu regionda dayanıqlı sülh və təhlükəsizlik vacibdir. Amma Ermənistan təəssüf ki, silahlanma və revanşa üstünlük verir. Forum iştirakçılarına da məlumat verildi ki, Ermənistan Azərbaycana qarşı yeni hərbi əməliyyatlar planlaşdırır. Elə Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etməməsi də bununla bağlıdır.

Bu gün Cənubi Qafqazda ayırıcı xətlər  çəkmək istəyənlər bu mıkrli planlarını Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Gürcüstanla mövcud olan normal qonşuluq münasibətləri isə regionun strateji əhəmiyyətə malik bölgəyə çevrilməsinə zəmin yaradıb.  Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi, eyni zamanda bu yaxınlarda yeni prezidentin ölkəmizə gözlənilən səfəri Bakı ilə Tbilisi arasında nümunəvi münasibətlərin göstəricisidir. Amma Avropadakı qərəzli dairələr uğurlu Azərbaycan-Gürcüstan əməkdaşlığının nəticəsi olan Orta dəhliz məsələsində Ermənistanın rolunu qabartmağa çalışır, Gürcüstanı isə görməzdən gəlir. “Halbuki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır” deyən dövlət başıçımız Aİ-ni Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərindən uzaq durmağa çağırdı. Çünki Aİ-nin bu prosesdəki fəaliyyəti destruktiv xarakter daşıyır. Bu mənada Avropa bürokratlarının yanaşması qəbuledilməzdir.

Azərbaycan-ABŞ münasibətlərinə gəlincə, cənab Prezident Bayden-Blinken Administrasiyasının qərəzli mövqeyini bir daha xatırlatdı. D.Tramp hakimiyyətə gələndən sonra ABŞ siyasətində anti-Azərbaycan trendinin dayandırılması müsbət haldır və tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Yəni, cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.

Ölkə başçısı həmçinin Qərb dairələrinin vətəndaş cəmiyyətləri üzərindən ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının da iflasa uğradığını xatırlatdı. Yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlərin indi qeydiyyatdan keçməsi bu çirkin siyasətin də qarşısını almağa imkan verdi. Tamamilə korrupsiyaya uğramış bir qurum olan USAİD-in, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi”nin fəaliyyətini dayandırılmasından sonra bütün bu qərəzli infrastruktur tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!