11 Aprel 2025 11:46
496
CƏMİYYƏT
A- A+
Qarabağ Universiteti Klinikası bölgədə səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynayacaq  

Qarabağ Universiteti Klinikası bölgədə səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynayacaq  


Qarabağ Universiteti Klinikasının təsis olunması Qarabağ bölgəsində səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynayacaq və regionda mövcud səhiyyə boşluqlarının aradan qaldırılmasına töhfə verəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev söyləyib.

S.Babayev gələcəkdə yaradılacaq Tibb və sağlamlıq elmləri fakültəsi haqqında danışaraq deyib: “Gələcəkdə yaradılacaq Tibb və sağlamlıq elmləri fakültəsi vasitəsilə yalnız peşəkar deyil, eyni zamanda, innovativ düşüncəli, şəfqətli və etik dəyərlərə malik səhiyyə mütəxəssisləri yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Qarabağ Universiteti Klinikası və gələcək fakültəmizi beynəlxalq standartlara cavab verən, bölgədə və dünyada tanınan bir səhiyyə, təhsil və innovasiya mərkəzinə çevirməyi hədəfləyirik”.

Samir Babayev Tibb fakültəsində planlaşdırılan əsas proqramlar barədə məlumat verib: “6 illik tibb və 4 illik tibb bacısı təhsili bu il başlanır. Bu, xəstəyə qulluqda ixtisaslaşmış, eyni zamanda, araşdırma və liderlik bacarıqlarına malik tibb bacıları yetişdirməyi hədəfləyir. Diş həkimliyi və başqa proqramları da yaxın illərdə başlamaq istəyirik”.

Baş direktor rezidentura və magistratura səviyyələrində də müxtəlif ixtisaslaşma imkanları, o cümlədən İctimai Səhiyyə üzrə Magistr (MPH) təklif olunacağını deyib: “Seçmə fənn olaraq incəsənət proqramını nəzərə almaq özünüifadə, qrup halında əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İncəsənət tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri bacarıqları inkişaf etdirmək imkanı yaradır. Fakültəmizdə ənənəvi öyrənmə metodları ilə kifayətlənmirik. Bunun əvəzinə, kompetensiyaya əsaslanan tibb təhsili tətbiq edirik ki, tələbələr biliklərini praktik vərdişlərə çevirə bilsinlər. İnteqrə olunmuş və fənlərarası təhsil modelindən istifadə edirik”.

Baş direktor bildirib ki, “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfransın əsas məqsədi gələcək tibb və tibb bacısı proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturunu formalaşdırmaqdır.

“Konfransda tibbi təhsil sahəsində məşhur olan Kernin 6 mərhələli yanaşmasından istifadə edəcəyik. Bu yanaşmanın əsasını problem müəyyənləşdirməsi, tələbələrin ehtiyaclarının dəyərləndirilməsi, tədris məqsədlərinin formalaşdırılması, təhsil strategiyalarının hazırlanması, tətbiq edilməsi və nəticələrin qiymətləndirilməsi təşkil edir. İnanırıq ki, bu metodologiya beynəlxalq standartlara uyğun, eyni zamanda, yerli ehtiyaclara cavab verən tədris proqramının yaranmasını təmin edəcək. Konfransın nəticəsi olaraq tibbi və tibb bacısı təhsili üçün vahid tədris strategiyası və kompetensiya çərçivəsi hazırlanacaq. Bundan əlavə, tədris proqramlarının effektiv idarə edilməsi və davamlı təkmilləşdirilməsi üçün Məsləhət Şurasının təsis edilməsini planlaşdırırıq. Konfransda əldə ediləcək razılaşmalar gələcəkdə proqramların effektiv tətbiq olunmasına zəmin yaradacaq”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!