08 Yanvar 2025 18:58
168
CƏMİYYƏT
A- A+
Ali Məhkəmə boşanan valideynlərlə və alimentlə bağlı mühüm qərar verib

Ali Məhkəmə boşanan valideynlərlə və alimentlə bağlı mühüm qərar verib

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.

Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:

“Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.

Həmçinin məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.

Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək.

Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq”.S. Hacıyev, həmçinin vurğulayıb ki, sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əməkhaqqının müəyyən misli həddində göstəriləcək:

“Bu qayda alimentin məbləğinin minimum əməkhaqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əməkhaqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edilmədiyi halda isə maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.

Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək.

Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək”.

Qeyd edək ki, Plenum qərarının tam mətni ilə Ali Məhkəmənin rəsmi saytında tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bayden İtaliyaya səfərini ləğv edib  

10:26
09 Yanvar

DİN: Ötən gün 20 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb  

10:22
09 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:11
09 Yanvar

Azərbaycan neftinin qiyməti 78,72 dollar olub  

10:06
09 Yanvar

DİN: Ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub  

10:01
09 Yanvar

İşığın təsiri ilə sümüyü bərpa edən material hazırlanıb  

09:56
09 Yanvar

Çin Afrika dövlətləri ilə birgə “Afrika günəş kəməri” layihəsini həyata keçirmək istəyir  

09:51
09 Yanvar

Qazaxıstan taxılının Azərbaycana tədarükü 2024-cü ildə 86% artıb  

09:46
09 Yanvar

Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb  

09:41
09 Yanvar

Çadda prezident sarayına hücum olub  

09:36
09 Yanvar

Türkiyədə kibertəhlükəsizlik idarəsi yaradılıb

09:31
09 Yanvar

Blinken: Biz Qəzza zolağında atəşkəsə çox yaxınıq

09:26
09 Yanvar

Sümük əriməsi sağlamlığa ciddi təhlükədir

09:20
09 Yanvar

GDU-nun professor-müəllim heyəti Şəmkirdə məktəblilərlə görüş keçirib

09:15
09 Yanvar

Bir şəhərin "Manifest"i

09:10
09 Yanvar

Qış olsa da, pambıq yığımı davam edir

09:05
09 Yanvar

Ağstafada Hüseyn Arifin və Həmid Abbasın büstlərinin yerləşdiyi ərazi yenidən qurulub

09:00
09 Yanvar

Bayram günlərində Naftalana gələn turistlərin sayı artdı

08:55
09 Yanvar

Müəllim olmağımla qürur duyuram

08:50
09 Yanvar

Qeyri-neft məhsullarının ixracında davamlı artım var

08:45
09 Yanvar

Prezident Azərbaycan qazının Avropadakı istehlakçılarına çağırış etdi

08:40
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!