14 Sentyabr 2024 03:21
5704
MSK
A- A+
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 75 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 75 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 42/208

 

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Hacılı Mustafa Mustafa oğlu 10 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia edərək, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarının ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müraciət etmiş deputatlığa qeydə alınmış namizəd M.M.Hacılı müraciətində səsvermə günü 8 saylı Binəqədi birinci seçki dairəsinin 6, 7, 11, 12, 13, 14, 19, 20, 21, 22, 24, 28, 29, 30, 31, 33, 34, 35 və 36 saylı seçki məntəqələrində səsvermə prosesinin və səslərin hesablanması qaydasının qanunvericiliyin tələblərinə uyğun aparılmadığını və bəzi məntəqə seçki komissiyalarının formalaşdirılması zamanı Seçki Məcəlləsinin tələblərinin pozulduğunu iddia etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə 16 ədəd akt və 1 ədəd elektron məlumat daşıyıcısı əlavə etmişdir.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, ərizəçi araşdırmada və komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.
Müraciətin araşdırılması ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrar araşdırma aparılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, ərizəçinin müraciətdə pozuntularla bağlı iddia etdiyi bütün xüsusatlar dairə seçki komissiyası tərəfindən qanunda nəzərdə tutulmuş müddətdə və qaydada, hərtərəfli, geniş, tam araşdırılmış, nəticədə dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarı ilə müraciət əsassız olduğundan təmin edilməmişdir.
Belə ki, dairə seçki komissiyası tərəfindən seçki günü pozuntuların baş verməsi iddia edilən məntəqə seçki komissiyalarında müşahidə aparmış müxtəlif siyasi partiyaları təmsil edən və ya öz təşəbbüsü ilə qeydiyyatdan keçmiş müşahidəçilərdən alınmış izahatlara və həmin müşahidəçilər tərəfindən tərtib edilmiş aktlara əsasən iddia edilən pozuntuların baş verməsi öz təsdiqini tapmamışdır. Seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə edərək səsvermədə iştirak etdikləri, bütün seçki subyektlərinə, o cümlədən müşahidəçilərə lazımi şərait yaradıldığı müəyyən edilmişdir. Seçki günü seçki dairəsi ərazisində müşahidə aparmış müxtəlif siyasi maraqları təmsil edən müşahidəçilər - 6 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 7 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 11 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 10 müşahidəçi, 12 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 13 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 14 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 19 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 20 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 21 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 22 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 24 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 28 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 29 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 30 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 31 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 33 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 14 müşahidəçi, 34 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 35 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 36 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi seçki günü tərtib etdikləri aktlarda səsvermə prosesinin qanunauyğun və şəffaf keçdiyi, səslərin sayılması və protokolların tərtib edilməsinin Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyi, səsvermənin nəticələrinə dair protokolun surətini hər hansı maneə olmadan aldıqlarını öz imzaları ilə təsdiq etmişlər.
Müşahidəçi Eldar Nəbizadənin 20 saylı seçki məntəqəsinə gec buraxıldığı, 12 saylı seçki məntəqəsində müşahidəçi Cavad Qafarovun məntəqədən uzaqlaşdırıldığı və sonradan məntəqəyə buraxıldığı barədə iddialar araşdırma zamanı öz təsdiqini tapmamışdır. Müəyyən edilmişdir ki, həmin müşahidəçilər səsvermə prosesini və səslərin  hesablanması qaydasını əvvəldən sonadək müşahidə etmişlər.
Ərizəçi tərəfindən təqdim edilmiş video-görüntülərin araşdırılması zamanı vətəndaşların seçki hüquqlarının pozulmasını əks etdirən hər hansı bir hal aşkar edilməmişdir.
Bundan əlavə, şikayətçinin ərizəsində seçki dairəsinin bəzi seçki məntəqələri üzrə məntəqə seçki komissiyalarının üzvlərindən bir neçəsinin seçki dairəsinin ərazisində yaşamaması iddiasının araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin seçki dairəsi üzrə bütün seçki məntəqələrinin məntəqə seçki komissiyalarının tərkibi Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun təşkil edilmişdir.
Seçki Məcəlləsinin 36.2-ci maddəsində qeyd edilir ki, məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər.
Yuxarıda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizəd M.M.Hacılının şikayəti ilə bağlı aparılmış araşdırma zamanı düzgün hüquqi nəticəyə gəlmişdir.
Beləliklə, araşdırma ilə namizəd M.M.Hacılının müraciətinin təmin edilməsi üçün hüquqi əsaslar olmadığından müraciət təmin edilməməli, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Hacılı Mustafa Mustafa oğlunun 10 sentyabr    2024-cü il tarixli 75 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

13.09.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!