18 İyun 2025 12:05
266
SİYASƏT
A- A+
Ziyafət Əsgərov: Dövlət insan hüquq və azadlıqlarına xüsusi diqqət yetirir  

Ziyafət Əsgərov: Dövlət insan hüquq və azadlıqlarına xüsusi diqqət yetirir  


Azərbaycan dövlətinin əsl mahiyyəti, fəlsəfəsi, qayəsi bundan ibarətdir ki, dövlət birinci növbədə insan hüquq və azadlıqlarına xüsusi diqqət yetirir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanda məhkəmə sistemində çox işlər görülüb. "Bütün dünyada qəbul olunmuş pospulatdır ki, məhkəmə sistemi insan hüquq və azadlıqlarının qorunmasının ən mühüm müxanizmlərindən biridir. Bu, bütün dünyada qəbul olunub. Azərbaycanda məhkəmə sisteminin formalaşması, təşkili və fəaliyyət prinsipləri Konstitusiyamızda təsbit olunub. Hesab edirəm ki, ötən illər ərzində bu sahədə çox işlər görülüb, proseslər bu gün də davam edir. Mən vaxtilə Məhkəmə Hüquq Şurasının üzvü olmuşam. Deyə bilərəm ki, məhkəmələrdə qərarlar qanunun tam ciddiyyəti ilə qəbul olunur. Bununla yanaşı, Azərbaycanda məhkəmə fəaliyyətinin tam yüksək səviyyədə həyata keçirilməsi üçün normal şəraitin yaradılması da olduqca vacib məsələdir. Məsələn, bu gün heç kimə sirr deyil ki, məhkəmələrin yükü həddindən artıq çoxdur. Bu baxımdan hakim korpusunun artırılması normal fəaliyyət göstərilməsinə təsir edəcək. Bu proseslərin şəffaf olması qanunçuluq prinsiplərinə əməl edilməsində əhəmiyyətli rol oynaya bilər", - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək  

12:04
09 İyul

Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb  

12:02
09 İyul

Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilir YENİLƏNİB

12:02
09 İyul

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

11:57
09 İyul

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

11:51
09 İyul

Birinci yarımildə 26 min 600 şəxsə əlillik təyin edilib

11:41
09 İyul

İKZF: Bu günədək 5,1 milyard manat ipoteka krediti verilib

11:36
09 İyul

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir

11:29
09 İyul

Fond: 2009-cu ildən 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib  

11:23
09 İyul

XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr edilmiş beynəlxalq dəyirmi masa təşkil olunub  

11:01
09 İyul

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür  

10:58
09 İyul

Dünya bazarında qızıl 20 dollar ucuzlaşıb

10:41
09 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:41
09 İyul

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

10:40
09 İyul

Ötən gün axtarışda olan 90 nəfər saxlanılıb  

09:59
09 İyul

“Azeri Light” markalı neftin qiyməti 75 dolları ötüb  

09:59
09 İyul

Almaniyanın xarici ticarət dövriyyəsində azalma qeydə alınıb  

09:58
09 İyul

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsində 20 nəfər xəsarət alıb  

09:22
09 İyul

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil edilib  

09:20
09 İyul

Paşinyan saxta rəqəmlərlə xalqı aldadır

09:20
09 İyul

Çinli tədqiqatçılar təyyarə qəzalarının qarşısını almaq üçün “zefir” ləqəbli yeni təhlükəsizlik sistemi yaradıb  

09:19
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!