06 May 2026 14:57
264
DÜNYA
A- A+
Zelenski Rusiyanın atəşkəsi pozması ilə bağlı Ukraynanın növbəti addımlarını açıqlayıb  

Zelenski Rusiyanın atəşkəsi pozması ilə bağlı Ukraynanın növbəti addımlarını açıqlayıb  


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, saat 10:00-a olan məlumata görə, Rusiya ordusu atəş açmaq, hücum cəhdləri, hava hücumları və dronlardan istifadə daxil olmaqla 1820 dəfə atəşkəsi pozub.

AZƏRTAC xəbər verir ki, Ukraynanın dövlət başçısı bunu “Telegram”da açıqlayıb.

“Bu günə qədər Rusiya tərəfinin atəşkəsi pozduğunu təsdiqlədik. Hərbçilərimizin və kəşfiyyatımızın axşam məlumatları əsasında növbəti addımlarımızı müəyyən edəcəyik”, - deyə Zelenski qeyd edib.

Prezident vurğulayıb ki, dünən Ukrayna şəhərlərinə və bölgələrinə - Dnepr, Zaporojye, Kramatorsk və digərlərinə qarşı kütləvi hücumlardan sonra Rusiya ordusu bu gün də aktiv döyüş əməliyyatlarını və terror hücumlarını davam etdirir. Rusiyanın seçimi atəşkəsdən açıq şəkildə imtina etmək və insanların həyatına təhlükə yaratmaqdır.

O əlavə edib: “Cəbhənin bütün əsas istiqamətlərində hücum əməliyyatları davam edir. Təkcə bu gün səhər saatlarından başlayaraq Rusiya ordusu artıq 30-a yaxın hücum həyata keçirib. Bu gecə və səhərə yaxın isə 70-dən çox bomba istifadə edilməklə 20-dən artıq hava hücumu qeydə alınıb”, - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya davam edən müharibəyə son qoymalıdır.

“Rusların əksəriyyəti üçün internet kəsilsə və rabitə bağlansa belə, onların rəhbərliyinin bunkerlərindən çıxıb sülhü seçə biləcəyi tamamilə aydındır. Rusiya tərəfində bizim diplomatik təkliflərimiz var və lazım olan tək şey Moskvanın həqiqi sülhə doğru irəliləmək istəyidir”, - deyə Zelenski vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!