09 Noyabr 2023 10:20
33754
SİYASƏT
A- A+
Zəfərin nidası, Qələbənin möhürü

Zəfərin nidası, Qələbənin möhürü

 

10 noyabr üçtərəfli  tarixi Bəyanat həm də Azərbaycanın suverenliyinin tam təmin edilməsini şərtləndirən sənəd oldu

 

Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbənin, Zəfər Gününün üçüncü ilini böyük coşqu ilə qeyd edirik. Qarabağ və Şərqi Zəngəzurun hər yerində dalğalanan bayrağımız ürəyimizi dağa döndərir. Dünya suverenliyini tam təmin etmiş Azərbaycanın gücünə, qüdrətinə şahidlik edir. Müstəqillikdən sonra ilk dəfədir ki, bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.
Bu gün hər kəs Azərbaycanın tarixi Zəfərindən, 3 il öncə dünya hərb tarixində ilk dəfə reallaşdırdığı XXI əsrin "smart müharibə"sindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, qüdrətli ordusunun mübarizliyindən  danışır, müzakirələr, təhlillər aparır.   
Həqiqət budur ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad edilməsini cəmi 44 gün ərzində həyata keçirdiyi sürətli hərbi əməliyyatlarla həll etdi. 30 il torpaqlarımızda möhkəmlənən, "keçilməz" istehkamlar quran Ermənistanın yaratdığı bütün miflər darmadağın edildi. Ordusunun məhv edildiyini görən rəsmi İrəvan ağ bayraq qaldıraraq təslim olduğunu bəyanladı və dünyanın humanist lider kimi tanıdığı İlham Əliyev məğlub Paşinyanın yalvarışını qəbul etdi. Noyabrın 10-da İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığını rəsmiləşdirən üçtərəfli sənəd imzalandı. 
Savaşın gedişində hər gün xalqa xoş xəbərlər verən Müzəffər Ali Baş Komandan bu dəfə Ermənistanın hərbi kapitulyasiyasının müjdəsini çatdırdı: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar".
10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Sənədin imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, status-kvo, "Dağlıq Qarabağ" adlı ərazi vahidi ləğv edildi. 
Əlbəttə ki, bu bəyanat imzalanarkən Ermənistanın heç bir şərti qəbul edilmədi. Bu həm də Azərbaycan Prezidentinin diplomatik uğuru idi. Məğlub Paşinyan Qalib İlham Əliyev qarşısında nəsə söyləməyə, şərt kəsməyə cəhd edə də bilməzdi. Heç Paşinyanın həmin sənədi harada imzalaması da bəlli deyildi. Xalqa müraciətində İlham Əliyev bu məsələyə də toxunaraq dedi ki, Ermənistan baş nazirinin bu hərəkəti başadüşüləndir: "Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - "dəmir yumruğ"un hesabına imzalayır!"
Müharibə başa çatdıqdan sonra hər iki tərəfin üzərinə düşən öhdəliklərin icra prosesi göstərdi ki, məğlub Ermənistan yenə də çirkin niyyətindən əl çəkmir. Bu ölkə nəinki öhdəliklərini yerinə yetirmir, hətta Qarabağdakı separatçıları silahlandırır, hərbi təxribatların törədilməsinə şərait yaradır və bununla da sülh müqaviləsini imzalamamaq üçün guya vaxt qazanır. Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini yaratdıqda isə siyasi şantajlara başlayaraq dünya birliyində ölkəmizin "humanitar fəlakət" yaratması ilə bağlı rəy formalaşdırmağa cəhd etdi. Bütün cəhdlərində iflasa məhkum olan rəsmi İrəvan havadarlarının dəstəyinə baxmayaraq, heç nəyə nail ola bilmədi. Bu ilin sentyabrında törətdiyi hərbi təxribatlar isə ədalətin tam bərqərar olunması ilə nəticələndi. Müzəffər Sərkərdə kimi İlham Əliyevin hazırladığı mükəmməl plan cəmi 23 saat bəs elədi ki, cinayətkar hərbi rejim ağ bayraq qaldırsın. Bu uğurlu antiterror tədbirlərindən sonra cinayətkar rejim özünü buraxdı və bununla da Azərbaycan ərazisində "boz zona" deyilən məkan qalmadı. Müstəqil Azərbaycanın suverenliyi tam təmin edildi.
Məhz son 3 ildə baş verən bu proseslər onu deməyə əsas verir ki, bütün uğurları şərtləndirən sənəd noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat oldu. Çünki onun imzalanması ilə mühüm siyasi, diplomatik, iqtisadi və hərbi uğurların əsası qoyuldu: 
* Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı;
* Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi imzalandı;
* Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipi irəli sürüldü və Ermənistan tərəfindən qəbul edildi;
* Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı;
* Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 6-da Praqada Aİ Şurasının prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı; 
* Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdış başlandı;
* 2023-cü il aprelin 23-də  Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın sərhəd, ərazi bütövlüyü təmin olundu; 
* 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi.
* 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdərədə, Xocalıda, Xocavənd şəhərinin  mərkəzində və Xankəndidə bayrağımızı ucaltdı və bununla da bütün Qarabağ və Şərqi Zəngəzurda müqəddəs simvolumuzun əbədi dalğalanacağının nidası qoyuldu. 

Əlbəttə ki, bütün bu uğurların memarı Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevdir. Şanlı Zəfərimizdən sonra nüfuzu daha da yüksələn Prezidentimizin yaratdığı yeni reallıqlara qarşı çıxan, regionda sülhün bərqərar olunmasını istəməyən qüvvələr çox çalışdılar ki, Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməsinlər və 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etsinlər. Amma fəaliyyəti boyunca "nəyi nə zaman və necə" etməyin ən yaxşı nümunələrini göstərən İlham Əliyev bu tarixi missiyanı məntiqi sonluğuna çatdırdı -  Azərbaycanın suverenliyini tam bərpa etdi. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

Özbəkistan Ali Məclisi Senatının sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

10:31
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün Azərbaycana gətirilir  

10:19
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!