22 Avqust 2024 08:00
6080
CƏMİYYƏT
A- A+
Zəfər zirvəsində zəfər seçkisi

Zəfər zirvəsində zəfər seçkisi

 

Şuşa ilk parlament seçkilərinə hazırdır

 

Ölkəmiz mühüm siyasi hadisə ərəfəsindədir. Müstəqillik dövründə ölkəmizdə keçiriləcək sayca 7-ci parlament seçkilərinə 9 gün qalır. Bütün ölkə üzrə seçkilərə hazırlıqlar yekunlaşmaq üzrədir. 
Bu seçkilər həm də ərazi bütövlüyümüzün, suverenliyimizin tam təminatından sonra işğaldan azad edilmiş Qarabağ və Zəngəzurda təşkil edilən ilk parlament seçkiləridir. Yəni ilk dəfə olaraq parlament seçkilərinə suverenliyini tam bərpa etmiş ölkə kimi gedirik.
Ümumiyyətlə isə Qarabağ və Şərqi Zəngəzurda 34 daimi seçki məntəqəsi yaradılıb. Keçmiş məcburi köçkünlər 574 məntəqədə səs verə biləcəklər. Onların sayı isə 399 min 56 nəfərdir.
Əlbəttə ki, seçkilər hər bir xalqın ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu mənada həmin prosesə xüsusi önəm verilir. Sentyabrın 1-də ölkəmizin şanlı tarixində daha bir mühüm hadisə yaşanacaq. İşğaldan azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər bu tarixi hadisənin iştirakçısı olacaqlar. 
Vətən müharibəsində qazandığımız Zəfərin zirvəsi sayılan Şuşa şəhəri də seçkilərə hazırlaşır. Artıq böyük köç karvanının yeni ünvanları sırasında Şuşanın da olması onu deməyə əsas verir ki, mədəniyyət paytaxtımızın sakinləri doğma yurdda səs verəcəklər. 
Biz də Şuşaya səfərimiz çərçivəsində yolumuzu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsinin buradakı məntəqə seçki komissiyasından salaraq səsverməyə hazırlıq prosesi ilə maraqlandıq. 
124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi  93 seçki məntəqəsini əhatə edir. Bu dairədən deputat seçilmək uğrunda 7 nəfər mübarizə aparacaq. Onların sırasında Yeni Azərbaycan Partiyası və Azad Vətən Partiyasının namizədləri, bitərəflər var. 
Şuşada isə iki - 46 və 47 saylı məntəqə seçki komissiyaları (MnSK)  fəaliyyət göstərir. 46 saylı MnSK şəhərin 1 nömrəli tam orta məktəbinin inzibati binasında yerləşir. MnSK-nın sədri Səbinə Gözəlova deyir ki, Şuşa sakinlərinin ilk parlament seçkilərində doğma şəhərlərində səs verə bilmələri, bütövlükdə isə seçkilərin Qarabağ və Şərqi Zəngəzurda təşkil olunması olduqca mühüm siyasi hadisədir. 46 saylı seçki məntəqəsində seçicilərə öz səsvermə hüquqlarından azad şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılıb. MnSK-nın əməkdaşları müxtəlif treninqlərdə iştirak ediblər. 
Səbinə Gözəlovanın sözlərinə görə, seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr yaradılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər ayrılıb. 
Müasir infrastrukturla təchiz edilən 1 nömrəli tam orta məktəbin binası yanğın təhlükəsizliyindən mühafizə, fasiləsiz rabitə və elektrik enerjisi ilə təmin edilib. Yəni məntəqə seçkilərə tam hazır vəziyyətdədir.
47 saylı məntəqə seçki komissiyasının yerləşdiyi ünvana yollanırıq. Bu məntəqə Şuşadakı "Xarıbülbül" hostelinin birinci mərtəbəsində yerləşir. MnSK-nın sədri Eldar Salahovla söhbət əsnasında bəlli olur ki,  47 saylı məntəqə bundan öncə mövcud olmayıb. Parlament seçkilərinin keçirilməsi üçün yeni yaradılan 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi formalaşdıqdan sonra seçki məntəqələrinin sayı artırılıb.
Bu məntəqədə ilk dəfə səsvermə prosesi keçiriləcək. Doğma yurdlarına qayıdan şuşalılar hüquqlarından istifadə edib öz namizədlərinə səs verəcəklər. Məntəqə seçki komissiyasının sədri deyir ki, seçkiyə hazırlıq prosesi yüksək səviyyədə həyata keçirilir. Sentyabrın 1-də bu məntəqədə yeni tarix yazılacaq: "Hazırlıq prosesi tam yekunlaşmaq üzrədir. Seçicilərin sərbəst şəkildə səs vermələri üçün kabinələr, müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Doğma yurda qayıdan şuşalıların evlərindən çıxaraq rahat şəkildə məntəqəyə gəlmələri üçün də şərait yaradılır".
Eldar Salahov deyir ki, suverenliyimizin tam təmin edilməsi kimi tarixi şəraitdə ilk dəfə məhz parlament seçkilərində məntəqə seçki komissiyasının sədri kimi fəaliyyət göstərmək həm böyük məsuliyyət, həm də qürurverici hadisədir. Bu seçkilər məntəqə üzvlərinin həyatında silinməz iz qoyacaq. 
Aparılan hazırlıqlar, həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Zəfər zirvəmiz Şuşa parlament seçkilərinə tam hazırdır. Suverenliyimizin bərpasından sonra mədəniyyət paytaxtımızda ikinci dəfə seçki prosesi baş tutacaq. 30 illik həsrətdən sonra Şuşaya qayıdan yerli sakinlərin içərisində həm ikinci, həm də birinci dəfə seçki prosesində iştirak edənlər tarixə yazılacaqlar.  

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!