23 Noyabr 2023 09:25
25503
SİYASƏT
A- A+
Zəfər büdcəsi

Zəfər büdcəsi

 

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edildi. Layihəyə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat nəzərdə tutulub. 2023-cü illə müqayisədə növbəti ilin dövlət büdcəsinin gəlirləri 282.5 milyon manat, xərcləri isə 138.2 milyon manat artırılıb.

 

20 ildə dövlət büdcəsinin gəlir və xərcləri çoxalıb

 

Dövlətin iqtisadi siyasətində prioritet vəzifələrdən biri, dövlət büdcəsinin icrasıdır. Çünki xərclərin ödənilməsi üzrə mənbə olan dövlət büdcəsi inkişaf proseslərini tənzimləyən, cəmiyyətin sosial rifahına yol açan, dövlət siyasətinin uğurlarını təmin edən illik maliyyə planıdır. Bu baxımdan növbəti ilin dövlət büdcəsinin layihəsi və ya təsdiq olunmuş büdcənin icrası ilə bağlı məsələlərin müzakirəsi dünyanın hər yerində ictimaiyyət tərəfindən maraqla qarşılanır. 
Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişafına paralel olaraq ötən 20 ildə dövlət büdcəsinin gəlir və xərcləri də artıb. İndi Cənubi Qafqaz regionunda bütün məsələlərdə ön mövqedə dayanan respublikamızın büdcəsi də gəlir və xərclərinə görə liderdir. Büdcənin ildən-ilə artımı isə ilk növbədə respublikamızın qarşısında dayanan prioritet vəzifələrin uğurla icra olunmasını təmin edib. Təsadüfi deyil ki, hər il dövlət büdcəsi tərtib olunarkən vacib məsələlərin maliyyələşdirilməsinə daha çox diqqət yönəldilir. Sosial və investisiya yönümlülüyə üstünlük vermək, dövlətin müdafiə qabiliyyəti və vətəndaşların sosial rifahını daha da yüksəltmək, iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizliyini möhkəmləndirmək, idxaldan asılılığı minimuma endirmək, regionların dinamik sosial-iqtisadi inkişafını təmin etmək dövlət büdcəsinin prioritet vəzifələridir.
Reallıq da ondan ibarətdir ki, hər bir il üçün tərtib olunmuş dövlət büdcəsi sözün bütün mənalarında Azərbaycan dövlətinin milli maraqlarını, iqtisadi təhlükəsizliyini, sosial məqsədləri təmin edib. Büdcə layihələrinin hazırlanması zamanı qlobal maliyyə bazarlarında baş verən neqativ meyillər də diqqətlə təhlil olunur, risklər nəzərə alınır. Bu baxımdan dövlət büdcəsinin gəlirlərinin formalaşmasında və digər istiqamətlərdə hər hansı problem meydana çıxmır.

 

Bütün istiqamətlər üzrə tələb olunan qədər vəsait ayrılacaq

 

Bütün bunlar 2024-cü ilin dövlət büdcəsi layihəsində də özünü göstərir. Qeyd edək ki, məhz iqtisadi islahatların uğurlu nəticələri, 2023-cü il ərzində əldə olunan müsbət makroiqtisadi göstəricilər gələn ilin dövlət büdcəsinin də artımla tərtib olunmasına yol açıb. Büdcənin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri əsas götürülüb. Qlobal və regional geosiyasi gərginlik, dünya enerji bazarında qeyri-müəyyənlik, təbii qazın qiymətinin və ölkədaxili neft hasilatının aşağı enməsi kimi bir sıra xarici və daxili faktorlar nəzərə alınıb. 
Növbəti ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə sahələrində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, sahibkarlığa dəstək tədbirləri, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması nəzərdə tutulub. Xüsusilə qeyd edilməlidir ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 faizi, onun cari xərclərinin isə 70 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur.
2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

 

Müdafiə və təhlükəsizlik xərcləri 6 faiz artır

 

Silahlı Qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, maddi-texniki təchizatının müasirləşdirilməsi, sərhədlərimizin toxunulmazlığının və davamlı mühafizəsinin təmin edilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman büdcə müzakirələri zamanı diqqət mərkəzində saxlanılıb. Müdafiə qabiliyyətinin daha da gücləndirilməsi ilə bağlı vəzifələr xərc siyasətinin vacib istiqamətlərindən birini təşkil edib.
Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar şəraitində bu vəzifələr diqqət mərkəzindədir. Dövlətimizin haqlı mövqeyinin və maraqlarının müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi xərclərinin yüksək səviyyədə saxlanılması büdcənin əsas prioritetlərindən biri olaraq qalır. Növbəti ilin də dövlət büdcəsi tərtib olunarkən bu məsələlərə xüsusi diqqət yetirilib. Belə ki, gələn il respublikamızın müdafiə və milli təhlükəsizlik xərcləri üçün 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu,  2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.
Azərbaycanın artan maliyyə imkanları, iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri gələn ilin büdcə layihəsində də özünü göstərir. Eyni zamanda layihədəki göstəricilər təsdiq edir ki, dövlət büdcəsi gələn il də Azərbaycanın öz milli, iqtisadi və sosial hədəflərinə uğurla çatmasına yol açacaq. O cümlədən 2024-cü ilin dövlət büdcəsi ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi kimi prioritet vəzifənin də uğurla yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaradacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!