Uzaq keçmişimizdən durula-durula bu günümüzə gəlib çatan bayatılarımızın hikməti, fəlsəfəsi oxuyanları ahənrüba kimi özünə çəkir. Bayatılar poetikliyi ilə ürəyə yatır, ruha sığal çəkir, könüllərdə məskən salır.
Əzizim bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Bu bayatının hikmət yükü, məna çalarları yaşam fəlsəfəsidir. Qalalar tikilib, tikilən qalalar vəsf edilib. Bu qalalar dünənimizin, keçmişimizin tarixidir. Onlar ötən illərin sirlərini özündə qoruyub saxlayan kitabələrdir, xalqın daş yaddaşıdır, tarixin pozulmayan möhürüdür.
Xalqımızın qədimliyindən, onun tarixi keçmişindən, ululuğundan, mənəvi zənginliyindən soraq verən abidələr, qalalar ölkəmizin ərazisində yüzlərcə, minlərcədir. Bu abidələrin, qalaların daşları, divarları arasında xalqımızın şanlı tarixinin açılmamış, yazılmamış qatları yatmaqdadır.
Zaqatala qalası qədimliyi və möhtəşəmliyi ilə hamının diqqətini cəlb edir. Qalanın hasarına, daşlarına toxundum - qulaqlarıma tarixin dərinliklərindən səslər gəldi, gözümün önündə döyüş səhnələri canlandı.
Zaqatala rayonunun ərazisi hərbi-strateji cəhətdən çox əlverişlidir. Belə ki, Azərbaycanın şərqindən Şəkiyə, Şamaxıya, Bakıya və Dağıstana gedən yollar buradan keçir. Olduqca əlverişli mövqeyə malik olan bu yerlər hələ qədim zamanlardan xarici qəsbkarların, o cümlədən rusların da diqqətini özünə cəlb etmişdi. Bu ərazinin Zaqafqaziya hərbi dairəsinin mərkəzi olan Tiflis şəhərinə yaxın olması, hərbi sursat və ehtiyat qüvvələrinin vaxtlı-vaxtında çatdırılması üçün mühüm mövqe olduğunu nəzərə alan çar burada hərbi baza rolu oynamalı olan möhtəşəm Zaqatala qalasını tikdirmək qərarına gəlir. Qalanı tikdirməkdə çar hökumətinin iki məqsədi vardı: qala Azərbaycanı qərbdən, Dağıstanı isə cənubdan tutan "əl" - platsdarm rolunu oynamalı, yerli xalqların gələcəkdə rus işğalçılarına qarşı qaldıracağı qiyam və üsyanları yatırtmaq üçün istifadə olunmalı idi.
Beləliklə, 1804-cü ildə Zaqatala şəhərinin yuxarı hissəsində bugünkü möhtəşəm qalanın tikintisinə başlandı və yerli xalqların köməyi ilə 1830-cu ildə əsasən başa çatdırıldı. Həmin ilin dekabrında, artıq güclü hərbi qüvvələr qarşısında tab gətirə bilən Zaqatala qalasının hündür divarları hazır idi. Qalanın tikintisi üçün çox əlverişli yer seçilmişdi. Belə ki, üçbucaq şəklində olan qalanın iki tərəfi sıldırımlıqdır. Şimal tərəfi isə yer səviyyəsindədir. Müdafiə məqsədilə hasarın çöl tərəfində eni 10, dərinliyi 5 metr olan xəndək qazılmışdı. Qalanın üç böyük qapısı var. Şərq qapısı məlum olduğuna görə "Zabit qapısı" adlanır. Bu qapıdan çar ordusunun komandir heyəti keçirmiş. İkinci qapı "Əsgər qapısı" adlanırdı. Şəxsi heyət təlim keçmək üçün bu qapıdan qala düzünə çıxırmış. Üçüncü qapı əsasən nəqliyyat üçün nəzərdə tutulmuşdu. Qaladakı qoşun üçün lazım olan ərzaq, silah və hərbi sursat da üçüncü qapıdan daşınırmış.
Zaqatala qalasının sahəsi 9 hektardır. Qalanın ərazisində 30-dan çox bina var. Bunlara keçmiş dairə rəisinin birmərtəbəli evi, qarnizon rəisinin mənzili, hərbi xəstəxana, müqəddəs Troitsa kilsəsi, zabitlər üçün ikimərtəbəli fliqel, silah-sursat anbarı, kazarmalar, məişət otaqları və s. aiddir.
O vaxtalar çar hökuməti qalada müntəzəm olaraq 2500 nəfər əsgər saxlayırdı. Vəziyyət pisləşəndə əsgərlərin sayı 8-10 min nəfərə qədər artırılırdı. Sonrakı tarixi hadisələr göstərdi ki, çar hökuməti Zaqatala qalasını tikdirməkdə yanılmamışdı.
1830-cu il Zaqatala üsyanına kömək etmək məqsədilə Dağıstanın gələcək imamı Həmzət bəy 2000 nəfərlik qoşunla Zaqatalanı tutduqdan sonra dərhal qala üzərinə hücuma keçir. Məğlubiyyətə uğrayan qoşun hissələri qala divarları arxasında müdafiə olunaraq kömək üçün yeni qüvvələr gözləyirdilər. Qalanı hücumla ala bilməyəcəyini görən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik çar qoşunu mühasirədə qalanların köməyinə gəlir. Böyük üstünlüyə malik olan çar qüvvələri üsyanı amansızcasına yatırır. Artıq çar Rusiyası Dağıstanı cənubdan işğal etmək üçün Zaqatala qalasından platsdarm kimi istifadə edirdi. Şeyx Şamillə aparılan müharibə zamanı (1834-1859) Zaqatala qalası ordunun əsas düşərgəsi və başlıca hərbi məntəqəsi idi. 1859-cu ildə Şeyx Şamil 15 minlik qoşunla qala üzərinə hücuma keçir. Onun məqsədi qalanı tutub vilayətdəki rus qoşunlarını tamamilə məhv etmək idi. Amma qalanı tutmaq bu məşhur, qorxmaz, əvəzolunmaz sərkərdəyə nəsib olmur.
1864-cü ildə Rusiya Qafqazı bütövlükdə işğal etdikdən sonra Zaqatala qalası əvvəlki hərbi əhəmiyyətini itirir. Lakin strateji əhəmiyyətli belə bir qalanı imperiya yaddan çıxarmırdı. 1905-1907-ci illər inqilabından sonra II Nikolay inqilab ruhunu Rusiyanın mərkəzindən ucqarlara uzaqlaşdırmaq üçün bu qalanı əsgər və matrosların sürgün yeri üçün münasib bilir. İnqilabçı matrosların buraya sürgün edilməsi faktı qalanın adını bir daha tarixin pozulmaz səhifələrinə yazır. Bu illərdə qalada komandiri podpolkovnik Dobrovolski olan 201-ci alayın 2-ci taboru yerləşdirilmişdi. Tabor Xarkov şəhərində təşkil edilmişdi. Qalaya sürgün edilənləri daimi nəzarət altında saxlayırdılar. Buna baxmayaraq, taborda inqilabi əhvali-ruhiyyə hökm sürürdü.
Böyük Oktyabr inqilabından sonra çar qoşunları Zaqatala qalasını tərk edib Rusiyaya qayıtdılar. Sovet hakimiyyətinin ilk günlərində Qəza İnqilab Komitəsi qalada özünə yer eləmişdi. Sonralar tütün kombinatı və rayon xəstəxanası da burada yerləşdirilmişdi. "Yenilməz batalyon" bədii filmi də bu qalada çəkilib.
Azərbaycan SSR Nazirlər Sovetinin 7 may 1984-cü il tarixli qərarı ilə Zaqatala qalasının ərazisi Tarix-mədəniyyət qoruğu elan edilib. Hazırda qala rayona gələn qonaqların və turistlərin ən çox baş çəkdikləri yerlərdəndir. İllər keçsə də, qala tarixiliyi və möhtəşəmliyi ilə gələnlərin diqqətini özünə çəkir.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb
Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib
ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib
Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib
COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir
Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub
ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır
Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
Bilmək istəyirəm
Ulduzlardan süzülən gözəllik
Fırçası ilə səhnəni həyata çevirirdi
"Çətin yollar boyunca..."
Gənc muğam ifaçısı
"Kimyaçı olmağımla fəxr edirəm"
Bir "yaşıl enerji" dəhlizi isə başlanğıcını Naxçıvandan götürəcək
İkinci həyat
Bakıda I Gənc Kardioloqlar Forumu olub
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!