10 Aprel 2025 16:48
646
Mədəniyyət
A- A+
Bakıda IV Uşaq Kitab Festivalına start verilib

Bakıda IV Uşaq Kitab Festivalına start verilib


Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı açılıb. Tədbir aprelin 13-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatçılar Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin sponsoru qismində “Expressbank” çıxış edib.

Festivalın açılış mərasimi ANAİB-nin sədri Şəmil Sadiqin salamlama nitqi ilə başlayıb. O, festivalın uşaq kitab nəşri və ümumilikdə kitab nəşrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb, bu tədbirin 4 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra layihənin direktoru, uşaq yazıçısı Fatimə Alxazlı minnətdarlığını bildirərək festival haqqında ətraflı məlumat verib.

Mərasimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova davam etdirərək belə tədbirlərin əhəmiyyətini vurğulayıb. O, festivalın uşaqları mütaliəyə həvəsləndirdiyini, əməkdaşlığın gücləndirilməsinə və Azərbaycanda kitab nəşrinin inkişafına töhfə verdiyini vurğulayıb.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova festivalı əsl bayram adlandıraraq hər kəsi təbrik edib. O, bu tədbirin hər il keçirilməsinin gözəl ənənəyə çevrildiyini, uşaqları mütaliəyə həvəsləndirdiyini vurğulayıb və təşkilatçılara uğurlar arzulayıb.

Sonra Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxış edərək qeyd edib ki, IV Uşaq Kitab Festivalı mədəniyyətə, ədəbiyyata dəyər verən hər kəs üçün sevindirici hadisədir.

“Expressbank”ın nümayəndəsi Raziyə Axundova təmsil etdiyi bank adından salamlama nitqi ilə çıxış edib. O, təşkilatçılara təşəkkürünü bildirib və festivalın keçirilməsində “Expressbank”ın rolundan danışıb, həmçinin belə tədbirlərdə iştirakın vacib olduğunu qeyd edib.

Daha sonra yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəyli uşaqların təlim-tərbiyəsində, onların mənəvi inkişafında kitabların mühüm rol oynadığını vurğulayıb.

Açılış mərasiminin sonunda Şəmil Sadiq festivala verdiyi dəstəyə görə təşəkkür əlaməti olaraq xatirə mükafatlarını təqdim edib.

Elnarə Akimova AZƏRTAC -ın müxbirinə müsahibəsində mütaliə nəslinin formalaşması üçün festivalların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, belə tədbirlər uşaqların yazıçıları tanımasına, kitaba marağının artmasına kömək edir. Böyüklər üçün onlar ədəbiyyat və təhsilin müzakirə meydanına çevrilirlər: “Orxan Pamukun dediyi kimi: “Bir gün kitab oxudum və bütün həyatım dəyişdi”. Qoy, festivalda alınan kitablar uşaqlar üçün də eyni təsiri göstərsin”, -deyə agentliyin həmsöhbəti əlavə edib.

Qeyd edək ki, festivalda həm ANAİB üzvləri, həm də digər şirkətlər də daxil olmaqla 30-dan çox nəşriyyat evi iştirak edir. Ziyarətçilərə müxtəlif janrlarda kitablar təklif olunur ki, onların çoxunu 90 faizə qədər endirimlə almaq olar.

Tədbir çərçivəsində kitab təqdimatları, yazıçılarla görüşlər, şeir qiraətləri və uşaqlar üçün əyləncə proqramları nəzərdə tutulub. Ustad dərsləri, müsabiqələr, teatrlaşdırılmış səhnəciklər və interaktiv fəaliyyətlər də təşkil olunur.

Festival üç tematik gündən ibarətdir: aprelin 11-i Milli Geyimlər Günü elan edilib - uşaqlara milli dəyərlərin aşılanması və mədəni irsin qorunması məqsədilə Azərbaycanın milli geyimləri ilə tanışlıq imkanı yaradılır.

Uşaqlara peşələri tanıtmaq, onlarda maraq oyatmaq məqsədi daşıyan Peşələr Günü aprelin 12-də qeyd olunacaq.

Aprelin 13-də uşaqların təxəyyülünün inkişafına və onlarda müsbət keyfiyyətlərin formalaşdırılmasına həsr olunmuş Nağıl Qəhrəmanı Günü olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:11
23 Aprel

DSMF-də Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti ilə görüş olub

10:10
23 Aprel

Kənd təsərrüfatı nazirinin müavini Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

10:03
23 Aprel

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

10:02
23 Aprel

Dövlət proqramına uyğun yeni yolun inşası sürətlə davam etdirilir

10:01
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

09:58
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub  

09:54
23 Aprel

BVF-dən xəbərdarlıq: Britaniya iqtisadiyyatı tariflərin təsirinə düşür

09:53
23 Aprel

Nəfəs almaq üçün hava nə qədər təhlükəsizdir? - TƏDQİQAT

09:50
23 Aprel

Ərdoğan: Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir

09:49
23 Aprel

Fransada kriminal gərginlik 

08:50
23 Aprel

Naftalandan iki xəbər

08:45
23 Aprel

Paşinyanın sözləri ilə hərəkətləri üst-üstə düşmür

08:40
23 Aprel

"Xristian klubları"nın bitməyən qərəzi

08:35
23 Aprel

"Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlayır"

08:30
23 Aprel

Saxtakarlıq və yalan sağalmaz erməni xəstəliyidir

08:25
23 Aprel

Qazaxda intellektual yarış keçirilmişdir

08:20
23 Aprel

Ərazilərimizin bütövlüyü günü

08:15
23 Aprel

Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru 

08:10
23 Aprel

Uzaqlar yaxın olur

08:05
23 Aprel

“24 aprel"ə 23 aprel hədiyyəsi

08:00
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!