12 Avqust 2026 13:33
119
Səhiyyə
A- A+
Yuxu pozuntusu Altzheymerin ilk xəbərçisi ola bilər

Yuxu pozuntusu Altzheymerin ilk xəbərçisi ola bilər


Belçikanın Lyej Universitetinin “GIGA Neurosciences” laboratoriyası tərəfindən yuxu ilə bağlı 500-dən çox sağlam insan arasında genişmiqyaslı tədqiqat aparılıb.

Araşdırmalara görə, gecə yuxusu zamanı tez-tez baş verən oyanmalar Altzheymer xəstəliyinə meyilliliyin ilkin göstəricisi ola bilər. Orta yaşlı (50-69 yaş) insanlarda gecə ərzində qısamüddətli oyanmaların tezliyi ilə Altzheymer xəstəliyinin genetik riski arasında əlaqə aşkar edilib. Gənc yaşlı iştirakçılarda (18-31 yaş) isə bu əlaqə müşahidə olunmayıb.

Alimlər diqqəti beynin kötük hissəsində yerləşən, düyü boyda olan və yuxu rejimini idarə edən “göyümtül ləkə” adlı kiçik nahiyəyə yönəldiblər. Məlum olub ki, xəstəliyə yol açan zərərli zülallar gənclik yaşlarından etibarən ilk olaraq məhz burada toplanmağa başlayır. Müasir MRT müayinəsi bu bölmənin fəaliyyətinin yaddaşa təsir edən tez yuxu mərhələsindən asılı olduğunu ortaya qoyub.

Tədqiqatçı Puneet Talvar bildirib ki, gecə baş verən qısamüddətli oyanmalar əhəmiyyətsiz qaəbul edilməməlidir. Çünki beynin işindəki bu pozuntular Altzheymerə səbəb olan zülalların toplanmasına və orqanizmin xəstəliyə qarşı immunitetinin zəifləməsinə şərait yaradır. Tədqiqatın həmrəhbəri Jil Vandevalın sözlərinə görə isə yuxunun analizi gələcəkdə xəstəlik əlamətləri üzə çıxmazdan əvvəl risk altında olan insanları müəyyənləşdirmək üçün göstəriciyə çevrilə bilər. Qeyd edilib ki, genetik meyilliliyi olan şəxslərdə yuxu keyfiyyətini yaxşılaşdırmaqla Altzheymerin inkişafını ləngitmək və ya onun qarşısını almaq mümkündür.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədim Naxçıvanın turizm imkanları

14:27
12 Avqust

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

14:25
12 Avqust

Naxçıvandan keçən qlobal zəfər yolu 

14:22
12 Avqust

Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  

14:20
12 Avqust

“BakuBus” Naxçıvanda - yeni park, yeni marşrutlar və nağdsız ödəniş imkanları

14:14
12 Avqust

Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 

14:05
12 Avqust

Türk professor: Temperaturun yüksəlməsi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər

14:00
12 Avqust

Fransadakı AES-də üç reaktor bağlanıb

13:56
12 Avqust

Banklararası təminatsız bazarın həcmi 35 faiz artıb

13:52
12 Avqust

Süni intellektdən gəlir əldə etmək niyə çətindir?

13:48
12 Avqust

Fillərin sayı sürətlə azalır

13:46
12 Avqust

Yeniyetmə voleybolçular dopinq barədə maarifləndiriliblər

13:44
12 Avqust

Tuna çayında suyun səviyyəsinin enməsi Rumıniyanın atom stansiyasını təhlükəyə salıb

13:42
12 Avqust

Barmaqları şıqqıldatmaq zərərlidirmi?

13:40
12 Avqust

İnsanların nə qədər günəş işığına ehtiyacı var?

13:38
12 Avqust

Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur

13:36
12 Avqust

Süni intellekt işi yüngülləşdirirmi? 

13:34
12 Avqust

Yuxu pozuntusu Altzheymerin ilk xəbərçisi ola bilər

13:33
12 Avqust

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

13:28
12 Avqust

Naxçıvan Türk dünyasının birləşdirici məkanına çevriləcək

13:22
12 Avqust

“Çelsi” ispaniyalı futbolçunun transferini elan edib

13:20
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!