22 Oktyabr 2024 09:00
166
CƏMİYYƏT
A- A+
Yurda keşik çəkən ərik ağacı...

Yurda keşik çəkən ərik ağacı...


İşğaldan azad edilmiş ərazilərə gedəndə, ermənilərin uçurub dağıtdıqları kəndlərdə olanda illər uzunu susuzluqdan qurumayıb yaşıl qalan meyvə ağaclarından daha çox tut, əncir və nar ağaclarını görürük. Bəzi yerlərdə isə üzüm tənəklərinin də qurumadığının şahidi oluruq. 

Nə yaxşı ki heç olmasa yurd yerlərində bu ağaclar qalmışdı. Sanki bu ağaclar ermənilərin uçurub dağıtdıqları evlərə keşik çəkir, yurd yerlərinin ağrı-acılarına məlhəm qoyur. Onlara tez-tez "bir az da dözün, doğma sakinlərimiz yaxın günlərdə qayıdacaqlar"  deyir.

Amma sən demə, təkcə tut, əncir, nar ağacları və üzüm tənəkləri deyil, ərik ağacı da illərin susuzluğuna dözə bilirmiş. Bu bəlkə də ilk baxışda inandırıcı səslənməz. Amma ortalıqda fakt olanda buna inanmaya bilmirsən. Unutmayaq ki, sirli-sehirli təbiət möcüzələri çoxdur. Onlar başqa ağaclar kimi əriyi də uzun illər ovcunun içində susuz saxlaya bilər. Necə ki saxlayıb.  

 Bu günlərdə dediklərimizin canlı şahidi olduq. Sentyabrın əvvəllərində iş yoldaşlarımla kəndimizə - Zəngilan rayonunun Babaylı kəndinə getmişdik. Həyatımızda əlamətdar, yaddaqalan günlərimiz çox olur. Həmin günü heç vaxt unutmur, tez-tez xatırlayırıq. Bizim üçün də əlamətdar günlərdən biri 21 oktyabr 2020-ci ildir. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa növbəti müraciətində doğma kəndimiz Babaylının da erməni işğalçılarından azad edilməsi müjdəsini vermişdi. Ali Baş Komandanın dilindən bu sözləri eşidəndə sevincdən göz yaşlarımızı saxlaya bilməmişdik. Həmin günü, həmin anı heç vaxt unutmayacağıq. Artıq qoynunda dünyaya göz açdığımız doğma kəndimiz azad idi. Günlərin birində ayağımız ata-baba yurduna dəyəcəkdi.   

İndi budur, həmin gün gəlib çatmışdı. Uzun illərin ayrılığından sonra doğma kəndimizə gəlmişdik. Həsrət, intizar dolu günlər ötüb arxada qalmışdı. Erməni işğalçıları, başqa yaşayış məntəqələri kimi, bizim kəndimizi də yerlə yeksan etmişdilər. Çox üzücü, dəhşətli mənzərələr idi. Kənddə bir ev belə salamat qalmamışdı. Göz yaşları içində ötən xoşbəxt günləri xatırlaya-xatırlaya evimizin uçurulub dağıdılmış divarlarına baxandan sonra əzizlərimizin məzarlarını ziyarət etmək üçün qəbiristanlığa getdik. 

Bizə uzaq qohumluğu çatan Şahbudaq dayının evinin qarşısından keçib əzizlərimizin uyuduqları müqəddəs məkana çıxmaq istəyəndə onun həyətində illərdən bəri qurumayıb yaşıl qalmış ərik ağacını gördük... 

Əvvəlcə gördüyümüzə inanmadıq, çaşıb qaldıq. Fikirləşdik ki, bəlkə yanılmışıq, gördüyümüz ərik ağacı deyil. Axı arxada qalan bu illər uzunu ərik ağacı susuz qala bilməzdi. 

Bəs necə olub ki, ağac indiyə qədər qurumayıb? Hələ də çiçək açmağında, bar gətirməyindədi. Diqqətlə baxanda gördük ki, yox, yanılmamışıq, qarşımızda illərdən bəri qurumayan ərik ağacının özüdür ki, durub... 

Doğrudan da, bu, təbiətin bir möcüzəsi idi. Az-çox əkin-biçindən, bağ-bağat işlərindən başı çıxanlar bilirlər ki, ərik çox zərif, incə bir ağacdır. Gərək onun dibindən suyunu əskik eləməyəsən, daim nazını çəkəsən, qayğı göstərəsən. Üç-dörd  həftə su verməsən, susuzluğa dözməyib quruyacaq.   

Ərik ağacının indiyə qədər qurumadığının bir möcüzəli tərəfi də onda idi ki, o, sulu yerdə deyil, dəmyə olan sahədə, dərənin üstündə tikilmiş evin həyətində əkilmişdi. Ağacın yaxınlığından nə arx axırdı, nə çay keçirdi, nə də bulaq var idi. Ötən illər ərzində də kimsə gətirib onun dibinə su tökməmişdi. Ağac yalnız yağışın, qarın suyu ilə qidalanmışdı. 

Həyətdəki ağacların çoxu qurumuşdu. Yaşıl qalan nar ağacı və bir də bizi heyrətləndirən ərik ağacı idi. Onun ətrafındakı otlar da istiyə, susuzluğa dözməyib saralıb-solmuşdu. Bəs görəsən, necə olmuşdu ki, ərik ağacı indiyə qədər qurumamışdı. Bunun sirri, sehri nə idi? Burada yenə də ağlımıza təbiətin möcüzəsindən başqa bir şey gəlmir. 

Kim bilir, bəlkə də ərik ağacının qurumamasının səbəbi torpağa, yurda olan sevgisidir. Ağac bu sevgidən "su" içərək yerə-göyə meydan oxuya-oxuya qurumur. Yaxın zamanlarda yurduna qayıdıb gələcək, bir vaxtlar onu sevə-sevə torpağa basdırmış əbədi-əzəli sahiblərini gözləyir. 

Gözləyir ki, geri dönəndə ermənilərin həyətdə, kənddə törətdikləri vəhşilikləri onlara çatdırsın... Amma onu da deyək ki, bir vaxtlar həmin ağacı bu gözəl torpaqda əkən insanlar yurd həsrətinin ağrılarına dözməyərək dünyalarını dəyişiblər. Ağac bunu bilməsə yaxşıdır. Birdən bu acı xəbərdən sarsılar, saralıb-solar. 

İstərdik ki, ərik ağacı heç vaxt solmasın, köçkünlər geri dönənəcən yurdumuza keşik çəksin. Ondan sonra bir az da qol-budaq atıb pərvazlansın.

İndi payızın ilıq günləridir. Ərik ağacının yarpaqları hələ də yaşıldır. Bir azdan payızın soyuğunu hiss edən kimi onun da yarpaqları saralıb töküləcək, xəzana dönəcək. 

Yavaş-yavaş ağac qış yuxusuna gedəcək. Yaxşıca "yatıb" dincələcək, yaz gələndə isə oyanıb ağappaq çiçəklərə bürünəcək. Yenə də dadlı-dadlı meyvələr gətirəcək. 

Yurda qayıdacaq doğma insanları gülərüzlə qarşılayacaq. Sevincdən, fərəhdən yeni qol-budaqlar atacaq,  daha çox bar gətirəcək. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"


Bakı-Zəngilan-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!