07 Aprel 2023 01:03
17670
Oxucu məktubları
A- A+

Yolumuz qısa müddətə təmir olundu

 

İspik kəndinin camaatı işlək insanlardır. Təsərrüfatları da genişdir. Heyvandarlıq, quşçuluq, əkinçilik ispiklilərin əsas məşğuliyyət sahələridir. Təkcə Qubada yox, ətraf rayonlarda da İspik yumurtası, tərəvəzi, südü, qatığı məşhurdur.
Amma çətinliyimiz vardı. Kəndimizin yolu bərbad olduğundan rayon mərkəzinə, qonşu yerlərə gediş-gəlişimiz problemə çevrilmişdi. Hətta təcili tibbi yardım maşını da çox zaman kəndimizə gəlməkdən imtina edirdi. 
Ötən ilin noyabrında  kənddə rayonun rəhbərləri ilə görüş keçirilirdi. Camaatımız yolumuzun bərbad olmasını rayon rəhbərliyinin nəzərinə çatdırdı. İnanmazdıq ki, elə həmin günün səhərisi yolumuzun təmirinə başlanılacaq. Amma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi şübhəmizi alt-üst etdi. Şükürlər olsun ki, yanvar-fevral ayları da, demək olar, yağıntısız keçdiyindən işlər ləngimədi. Nəhayət, martın əvvəllərində yolumuz təmir edilərək istifadəyə verildi. İndi bütün ispiklilər bu işdə əməyi olanlara gecə-gündüz dua edirlər. 

Ağayar ƏKBƏROV,
Əli BƏYBALAYEV,
Quba rayonu İspik kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video