17 Dekabr 2023 09:40
942
İQTİSADİYYAT
A- A+
Yolumuz abad, işimiz avand 

Yolumuz abad, işimiz avand 

 

Azərbaycanda yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində işlər davamlı xarakter daşıyır

 

Hər hansı bir kəndin, yaxud şəhərin abadlığı ilk növbədə yolundan bəlli olur. Bu deyimdəki həqiqəti son 20 ildə genişmiqyaslı yol tikintisi aparan ölkəmizin hər böyük və kiçik yaşayış məntəqəsinin simasında, eləcə də hərtərəfli inkişafında aydın görmək mümkündür. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycanın magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Eləcə də yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib.
Bu dövrdə təkcə Bakı şəhərində 2 000 kilometrdən çox yol çəkilib, yenidən qurulub və təmir edilib. Əlbəttə ki, bölgələr də unudulmayıb. Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində minlərlə kilometr şəhər və kəndarası yollar çəkilib, yaxud əsaslı təmir olunub. Azərbaycanı qonşu ölkələrlə birləşdirən ən müasir yollar tikilib. Üç ildir bu işlər daha geniş miqyas alıb. Azərbaycan düşmən tapdağından azad etdiyi torpaqlarında yeni yollar çəkir. Həmin yerlərdə tikinti-quruculuq və bərpa işlərinə də məhz yollardan başlanıb.
İşğaldan azad olunmuş ərazilərdə ilkin mərhələdə 2 453,9 kilometr avtomobil yolunun bərpası və yenidən qurulması nəzərdə tutulub. Bunun 185,5 kilometrində işlər artıq başa çatıb. Bu işlər Prezidentin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilib.
Qarabağda və Şərqi Zəngəzurda yol tikintisi uğurla davam edir. Bu istiqamətdə son aylarda görülən işlərdən bəzilərini xatırladaq. Cari il avqustun 25-də Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış oldu. İnşası sürətlə davam etdirilən 75,8 kilometr uzunluğunda yeni yol mövcud yoldan 32 kilometr qısa olacaq. Yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
Bütün ölkədə olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda da yolların şəbəkəsi getdikcə genişlənir. Elə cari ay ərzində dövlət başçısı bununla bağlı yeni sərəncamlar imzalayıb. Dekabrın 4-də Prezident Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam verib. 80 kilometr uzunluğu olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 17 milyon manat vəsait ayrılıb.
Dekabrın 5-də isə Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam verilib. Sərəncama əsasən, 41 kilometr uzunluğu olan Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə 6 milyon manatın ayrılması nəzərdə tutulub.
Yeri gəlmişkən, qeyd edək ki, bunlardan əlavə, cari ayın birinci yarısında Prezident İlham Əliyev ölkədə yol tikintisinin və təmirinin davam etdirilməsi ilə bağlı daha beş sərəncam imzalayıb. Bu sərəncamlardan biri Gədəbəy rayonunun Kiçik Qaramurad-Cəfərli-Əyrivəng-Alnabat-Kərimli-İnəkboğan-Göyəmli-Şınıx-Göyəlli-Çobankənd-Şahdağ-Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlıdır. Bu yol 17 min nəfər əhalisi olan 19 yaşayış məntəqəsini birləşdirir. 
Daha bir sərəncam isə Yardımlı rayonunun Masallı-Yardımlı (44 km)-Sırıq-Əfçədulan-Horavar-Əngövül-Zəngələ-Vərov-Keçələkəran avtomobil yolunun əsaslı təmirinə aiddir. 7 yaşayış məntəqəsini birləşdirən bu yol 5 min sakinin rahatlığını təmin edəcək.
Digər üç sərəncam paytaxtın Pirallahı, Qaradağ və Nərimanov rayonları ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqındadır.Bu sərəncamlarla əlaqədar AAYDA-ya müvafiq olaraq 300 min, 400 min və 600 min manat vəsait ayrılacaq.  Son iki onillikdə isə paytaxtda 83 yol ötürücüsü, 99 yeraltı və yerüstü piyada keçidi inşa olunub. Yeri gəlmişkən, respublikada 2003-cü ildən indiyədək 6,2 milyon nəfər əhalisi olan 2 210 yaşayış məntəqəsini birləşdirən 5 100 km uzunluğunda kəndlərarası avtomobil yolu tikilib, yenidən qurulub və təmir edilib. 20 il ərzində tikilən, yenidən qurulan və təmir olunan avtomobil yollarının, prospekt və küçələrin ümumi uzunluğu 21 min kilometrə çatıb.
Bu dövrdə həmçinin 499 körpü və yol ötürücüsü, 114 yeraltı və yerüstü piyada keçidi inşa edilib. Əgər birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə respublikada 115 kilometr təşkil edirdisə, hazırda 1025 kilometrdir.
Cari ildə istifadəyə verilən yeni yollardan bir neçəsini misal göstərək. Prezident İlham Əliyev avqustun 7-də "Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak etdi. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən yenidən qurulan 1b texniki dərəcəli yol dörd hərəkət zolağından ibarətdir. Yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb.
Qeyd edək ki, Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə "Böyük İpək yolu"nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasına önəmli töhfə verəcək.
Digər bir mühüm layihə də Prezident İlham Əliyevin oktyabrın 20-də açılışında iştirak etdiyi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yoludur. Yolun təməli dövlətimizin başçısı tərəfindən 2017-ci ilin dekabrında qoyulmuşdu. Həmin vaxtdan Prezident inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanmış, tikinti işlərinin ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını vermişdir.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib. Bu magistral yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Yeni yol mövcud yoldan 13 kilometr qısadır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun istifadəyə verilməsi beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Bundan başqa, yeni avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.
Bu yolların inşası bir daha göstərir ki, ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlər davamlı xarakter daşıyır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!