27 Dekabr 2025 02:47
106
Qanunlar
A- A+
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddənin birinci hissəsi üzrə:

1.1.1. 5-ci bəndə "motosikletlərin" sözündən sonra "və mopedlərin" sözləri əlavə edilsin;

1.1.2. 17-ci bənddən "(nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür)" sözləri çıxarılsın;

1.1.3. 27-ci bəndə "iş" sözündən əvvəl "kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya" sözləri, "asma" sözündən əvvəl "bu Qanunun 27-ci, 29-cu, 33-cü, 34-cü və 37-ci maddələrinin tələbləri istisna olmaqla" sözləri əlavə edilsin;

1.2.  27-ci maddə üzrə:

1.2.1. I hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu Qanunla və bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar."; 

1.2.2. II hissə üzrə:

1.2.2.1. birinci abzasa "vasitələrinin" sözündən sonra "və mopedlərin" sözləri əlavə edilsin;

1.2.2.2. 1-ci bəndə "yarımqoşqularının" sözündən sonra ", habelə mopedlərin" sözləri əlavə edilsin; 

1.2.3. IV hissənin 4-cü bəndinə "vasitəsini" sözündən sonra "və mopedi" sözləri əlavə edilsin;

1.3. 29-cu maddənin I hissəsinin birinci cümləsinə "motosikletlərdə," sözündən sonra "mopedlərdə," sözü əlavə edilsin;

1.4. 33-cü maddə üzrə: 

1.4.1. II hissənin 2-ci bəndindən ", mopedi" sözü çıxarılsın;

1.4.2. IV hissədə ", asma mühərrikli velosiped və moped" sözləri "və asma mühərrikli velosiped" sözləri ilə əvəz edilsin;

1.5. 34-cü maddə üzrə:

1.5.1. II hissə üzrə:

1.5.1.1. birinci abzasda "Mexaniki nəqliyyat" sözləri "Nəqliyyat" sözü ilə əvəz edilsin;

1.5.1.2. 1-ci bəndə "motosikletləri," sözündən sonra "mopedləri," sözü əlavə edilsin; 

1.5.2. IV hissənin 1-ci bəndinə birinci halda "mühərrikinin" sözündən əvvəl "mopedləri, habelə elektrik mühərriki olan və ya" sözləri əlavə edilsin;

1.6. 37-ci maddənin I hissəsinin 6-cı bəndində hər iki halda "motoşlemi" sözü "motodəbilqəni" sözü ilə əvəz edilsin;

1.7. 41-ci maddənin birinci hissəsinin 3-cü bəndində "isə motoşlem" sözləri "və mopeddə motodəbilqə" sözləri ilə əvəz edilsin;

1.8. 46-cı maddə üzrə:

1.8.1. I hissənin birinci cümləsində "və mopedlər" sözləri  ", asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

1.8.2. II hissə üzrə:

1.8.2.1. birinci abzasda "və moped" sözləri ", asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi (moped istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

1.8.2.2. 2-ci bənddə "velosipedin və mopedin" sözləri "nəqliyyat vasitəsinin" sözləri ilə, "velosipedi, mopedi" sözləri "nəqliyyat vasitəsini" sözləri ilə əvəz edilsin;

1.8.2.3. 6-cı bənddə "velosipeddən" sözü "nəqliyyat vasitəsindən" sözləri ilə əvəz edilsin;

1.8.2.4. 7-ci bənddə "və ya mopedlə" sözləri ", asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) ilə" sözləri ilə, "və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə" sözləri ", asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla), eləcə də həmin nəqliyyat vasitələri ilə" sözləri ilə əvəz edilsin;

1.8.3. III hissədən "və moped" sözləri çıxarılsın;

1.8.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

"IV. Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Bu Qanunun 37-ci maddəsinin I və IV hissələrində, V hissəsinin 2-4-cü bəndlərində,  VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil edilir.";

1.9. 55-ci maddənin VI hissəsinin 3-cü bəndinə "motosikletlərlə" sözündən sonra ", mopedlərlə" sözü əlavə edilsin;

1.10. 56-cı maddənin IX hissəsi üzrə: 

1.10.1. 1-ci bənddə "və motosikletin" sözləri ", motosikletin və mopedin" sözləri ilə əvəz edilsin;

1.10.2. 2-ci bəndə "motosikletin" sözündən sonra "və mopedin" sözləri əlavə edilsin;

1.11. 57-ci maddəyə aşağıdakı məzmunda V-I hissə əlavə edilsin:

"V-I. Motosikletin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağandır.";

1.12. 65-ci maddənin V hissəsinin üçüncü cümləsinə "motosikletlərin" sözündən sonra ", mopedlərin" sözü əlavə edilsin;

1.13. 73-cü maddənin VII hissəsinin "Qeyd"inin 3-cü bəndinə "motosikletlər" sözündən sonra "və mopedlər" sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 fevral tarixli 324 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:49
27 Dekabr

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

02:48
27 Dekabr

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:47
27 Dekabr

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:46
27 Dekabr

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:44
27 Dekabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin yaradılması haqqında” 2025-ci il 30 iyun tarixli 425 nömrəli və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2025-ci il 29 avqust tarixli 491 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:42
27 Dekabr

BİLDİRİŞ

02:40
27 Dekabr

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər  

21:48
26 Dekabr

Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib  

20:51
26 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb  

20:44
26 Dekabr

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub  

20:42
26 Dekabr

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

20:19
26 Dekabr

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib  

19:53
26 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub  

19:41
26 Dekabr

Bakıda "Sülh Qalxanı - 2026" təliminin planlama konfransı keçirilib  

19:23
26 Dekabr

DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA birgə məlumat yayıb  

19:09
26 Dekabr

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB

18:46
26 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən  

18:43
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Son 30 il ərzində “qara siyahı”ya təxminən 2 mindən çox şəxs daxil edilib

18:43
26 Dekabr

Ağstafada Keşikçidağ qoruğu ilə bağlı tədbir keçirilib  

18:42
26 Dekabr

Fransada fəaliyyət göstərən “Avey dueti” musiqi qrupunun yaradıcıları Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadədən  

18:42
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!