26 Dekabr 2025 21:48
191
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər  

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər  


Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə festival barədə məlumat verilib. Bildirilib ki, 2023-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir.

Uşaq İncəsənət Festivalı təkcə müsabiqə formatı ilə deyil, həm də uşaqların inkişafına yönəlmiş geniş yaradıcılıq platforması kimi çıxış edərək, onların komanda işi, səhnə mədəniyyəti, yaradıcı yanaşma və özünüifadə bacarıqlarının formalaşmasına töhfə verir. Bu platforma Uşaq İncəsənət Festivalını artıq müsabiqə formatından çıxararaq, ölkə üzrə istedad bankının formalaşdırılmasına xidmət edən bir mədəniyyət mexanizminə çevirib. Belə ki, Azərbaycanın bütün bölgələrindən olan 6–17 yaş aralığındakı uşaqları bir araya gətirən festival ötən müddətdə peşəkar və həvəskar kateqoriyalar üzrə yaradıcılıq mübadiləsi üçün geniş imkanlar yaradıb.

2025-ci ilin mart ayından start götürən builki festivala 27 mindən çox iştirakçı müraciət edib və bu göstərici layihənin geniş miqyasını, uşaqların incəsənətə artan marağını bir daha təsdiqləyir.

Seçim mərhələlərinin nəticələrinə əsasən 19 fərdi və 5 kollektiv nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Beləliklə, festival üzrə ümumi qalib sayı 512 nəfər olub.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinin gənc kadrların, gənc istedadların üzə çıxarılmasına dövlət dəstəyinin göstərilməsi olduğunu bildirib. Nazirin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən gənc istedadların müəyyən edilməsi, onların təhsilinin, eyni zamanda, fərdi inkişafının dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilməkdədir.

“Bu illər ərzində bizim bir çox gənc istedadlarımız Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xaricdə təhsil proqramlarına cəlb olunublar, onların fərdi inkişafı istiqamətində müxtəlif addımlar atılıb. Uşaq İncəsənət Festivalı isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və ideyası ilə keçirilir. Qarşıya qoyulan tapşırıqlardan biri də o idi ki, bütün ölkə ərazisində yaradıcı təfəkkürə malik gənc istedadların, xüsusi fitri istedada sahib olan uşaqların müəyyən edilməsi, onların üzə çıxarılması, onlarla fərdi inkişaf işinin aparılması istiqamətində bir mexanizm qurulsun. Bu layihə də məhz həmin ideya əsasında ərsəyə gəldi. Məzmununa və ideyasına görə çox mühüm bir layihə olan və ikinci dəfədir keçirilən Uşaq İncəsənət Festivalı, sadəcə, bir tədbir deyil. Festivala paytaxtın rayonları da daxil olmaqla ümumilikdə 86 şəhər və rayondan uşaqlar və gənclər müraciət etdilər. Üçmərhələli seçim əsasında 24 nominasiya üzrə qaliblər müəyyənləşib. Bu, yaradıcı şəxslərin üzə çıxarılması üzrə əhatəli bir platformadır. Burada gənc istedadların kadr bankı formalaşmış olur. Yaradılan elektron analitik platforma əsasında hər bir bölgədə hansı istedadların olduğunu, incəsənətin müxtəlif növlərinə daha çox meyli olan bölgələri müəyyən edirik. Bilirik ki, hansı bölgədə hansı istedadlar mövcuddur. Bu, həm gələcəkdə mədəniyyət sahəsi üzrə data əsaslı idarəetməyə imkan verir, həm də peşəkar heyətin formalaşdırılması üçün ilkin mərhələdə onların müəyyən edilməsini və peşəkar təhsilə, sonra da peşəkar mədəniyyət sahəsində idarəetməyə gətirilməsi üçün geniş imkanlar yaradır”, - deyə mədəniyyət naziri vurğulayıb.

Sonra festivalın qaliblərinin mükafatlandırılması mərasimi olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra isə qaliblərin ifasında konsert proqramı təqdim olunub. Proqram çərçivəsində qaliblər solo çıxışlarla yanaşı, tanınmış incəsənət xadimləri ilə duet nömrələri və xüsusi hazırlanmış musiqi-səhnə kompozisiyaları ilə çıxış ediblər.


Festivalın rəsm nominasiyası üzrə qalib olan 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü on yaşlı Melissa Quliyeva AZƏRTAC-a müsahibəsində qədim bazarlarımızı təsvir etdiyi əsərinin qalib seçildiyini bildirib: "Qaliblər arasında olduğum üçün çox sevincliyəm. Bundan sonra da üzərimdə çalışacağam və daha gözəl işlər ərsəyə gətirəcəyəm".

Akademik vokal üzrə birinci yer tutan on iki yaşlı Raul Hüseynov bəstəkar Fikrət Əmirovun əsərlərindən olan "Gülərəm, gülsən" mahnısı ilə qalib olub. O, rəqiblərinin kifayət qədər güclü olduğunu, lakin qələbə qazanmaqda çətinlik çəkmədiyini deyib. Raul üç ildir musiqi ilə məşğul olduğunu və ilk dəfə birinci yeri tutduğunu qeyd edib. R.Hüseynov gələcəkdə bu istiqamətdə fəaliyyətinə davam etməyi və Azərbaycanı beynəlxalq arenalarda təmsil etməyi düşünür.

Qeyd edək ki, Uşaq İncəsənət Festivalı inklüzivlik prinsiplərinə əsaslanaraq hər bir uşağın bərabər iştirakını təmin edir. Festival çərçivəsində qarmon ifaçılığı, dekorativ-tətbiqi sənət və rəssamlıq nominasiyaları üzrə sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak edib və qalib olublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış əlçatan mühit onların istedadlarını sərbəst nümayiş etdirməsinə imkan verib. Festival mədəniyyət sahəsində bərabər imkanların və sosial inteqrasiyanın təşviqinə xidmət edir.

Layihənin növbəti illərdə daha geniş proqramla davam etdirilməsi və minlərlə uşağın yaradıcılıq yoluna dəstək olması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər  

21:48
26 Dekabr

Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib  

20:51
26 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb  

20:44
26 Dekabr

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub  

20:42
26 Dekabr

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

20:19
26 Dekabr

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib  

19:53
26 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub  

19:41
26 Dekabr

Bakıda "Sülh Qalxanı - 2026" təliminin planlama konfransı keçirilib  

19:23
26 Dekabr

DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA birgə məlumat yayıb  

19:09
26 Dekabr

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB

18:46
26 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən  

18:43
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Son 30 il ərzində “qara siyahı”ya təxminən 2 mindən çox şəxs daxil edilib

18:43
26 Dekabr

Ağstafada Keşikçidağ qoruğu ilə bağlı tədbir keçirilib  

18:42
26 Dekabr

Fransada fəaliyyət göstərən “Avey dueti” musiqi qrupunun yaradıcıları Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadədən  

18:42
26 Dekabr

Nazir: Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır  

18:41
26 Dekabr

Gəncədə “Həmrəyliyin rəngləri” adlı sərginin açılışı olub  

18:40
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var

18:39
26 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:28
26 Dekabr

Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb  

18:27
26 Dekabr

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən  

18:25
26 Dekabr

Gürcüstanda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənovdan  

18:24
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!