01 Sentyabr 2024 11:51
108
SİYASƏT
A- A+

Yerli müşahidəçilər Ağalı kəndində seçki prosesini izləyiblər 

 

Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər yerli müşahidəçilər tərəfindən də izlənilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli müşahidəçilər, o cümlədən Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqəsində olublar.

“Azərbaycan Tələbə Gənclər Təşkilatı” QHT-nin nümayəndəsi Jalə Quliyeva bildirib ki, seçicilər səsvermədə böyük coşqu ilə iştirak edirlər. “Apardığımız müşahidələr zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər məntəqələrə böyük coşqu, sevinc və Vətən müharibəsində qazanılan Zəfərin onlara bəxş etdiyi qürur hissi ilə yaxınlaşaraq səsvermə hüququndan istifadə edirlər. Bu, tarixi hadisədir ki, parlament seçkiləri ilk dəfədir qalib və bütöv Azərbaycanda keçirilir. Biz ilk olaraq müşahidələrimizi Laçın rayonundan başladıq, sonra Ağalı kəndindəki seçki məntəqəsinə gəldik. Sakinlərin məntəqələrdə səsvermə hüququndan demokratik və şəffaf şəkildə istifadəsi üçün bütün şərait yaradılıb”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video