01 Sentyabr 2024 14:03
76
SİYASƏT
A- A+

Aleksandr Jukov: Seçkilərlə bağlı heç bir qanun pozuntusu müşahidə etmədim

 

Sentyabrın 1-də Milli Məclisə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səhər saatlarından müşahidə olunan seçici fəallığı davam edir.

AZƏRTAC xəbər verir ki, məntəqəyə gələn seçicilər öz namizədlərinə sərbəst şəkildə səs verirlər.

Məntəqə seçki komissiyasının sədri Mətanət Cabbarlı bildirib ki, məntəqə üzrə 1261 seçici var. Seçki məntəqəsinin üzvləri seçkilərlə bağlı zəruri təlimatları alıblar.

MDB Seçki Müşahidə Şurasının üzvü, beynəlxalq müşahidəçi Aleksandr Jukov AZƏRTAC- a müsahibəsində deyib ki, seçki prosesi normal keçir. Vətəndaşlar sərbəst istədikləri namizədə səs verirlər. Heç bir qanun pozuntusu müşahidə etmədim. Seçki çox yaxşı təşkil edilib. Komissiya üzvləri öz işlərinə böyük məsuliyyətlə yanaşırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video