01 Sentyabr 2024 14:09
157
Elm və texnika
A- A+

Gənc alimlərimiz Türkiyədə Beynəlxalq konfransda iştirak ediblər


 
Avqustun 28-30 tarixlərində Türkiyənin Tokat şəhərində III Beynəlxalq elmi tədqiqatlar konfransı keçirilib. Tədbirdə ölkəmizi Bakı Dövlət Universitetindən tarix üzrə fəlsəfə doktorları  Nigar Qaybalıyeva, Ülkər Məmmədzadə və Könül Hüseynova təmsil ediblər. Gənc alimlərimiz öz məruzələrində  dərin tarixi kökləri olan Azərbaycan -Türkiyə dostluğu və qardaşlığından, İki qardaş dövlətin birliyi və müttəfiqliyinin tarix boyu hər bir dövrdə, bütün məsələlərdə hiss olunmasından, habelə II Qarabağ müharibəsində Türkiyənin göstərmiş olduğu dəstəkdən danışıblar. 
Beynəlxalq konfrans interaktiv müzakirələr, fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb. Tədbirdə fəal iştirak edən Azərbaycan nümayəndələrinə sertifikatlar verilib.
Azərbaycanlı  alimlər konfrans iştirakçılarına monoqrafiyalarını təqdim ediblər.

 
«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video