01 Sentyabr 2024 14:04
102
SİYASƏT
A- A+

Monteneqro Mərkəzi Seçki Komissiyasının sədri ilə görüş

 

Sentyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Monteneqro Mərkəzi Seçki Komissiyasının sədri Nikola Muqosa ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK sədri M.Pənahov Monteneqro Mərkəzi Seçki Komissiyasının müşahidə missiyasının parlament seçkilərini izləməsindən məmnunluğunu ifadə edib.

Seçki prosesi barədə qonağı məlumatlandıran MSK sədri diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir. M.Pənahov ölkədə medianın azad şəkildə fəaliyyət göstərdiyini və sərbəst şəkildə seçki prosesini izlədiyini qeyd edib.

O, seçkilərlə əlaqədar "exit-poll" keçirmək üçün üç təşkilatın MSK-ya müraciət etdiyini vurğulayıb.

M.Pənahov fiziki məhdudiyyətli şəxslər üçün 2471 məntəqədə pandusların quraşdırıldığını və bütün məntəqələrdə gözdən əlillər üçün trafaretlərin hazırlandığını qeyd edib.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını söyləyən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib.

Milli Məclisə növbədənkənar seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirib.

Monteneqro MSK-nın sədri Nikola Muqosa öz növbəsində Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu qeyd edərək, prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb. Qonaq ölkəmizə seçkilərin şəffaf və ədalətli keçirilməsi işində uğurlar arzulayıb.

Seçki prosesinin ölkələr üçün vacib məsələ olduğunu qeyd edən qonaq, prosesin demokratik və şəffaf şəkildə keçirilməsinin əhəmiyyətindən danışıb.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video