01 Sentyabr 2024 13:50
81
SİYASƏT
A- A+

84 yaşlı seçici: Qarabağ Zəfərinə şahidlik etdim, ömür vəfa etsə, Qərbi Azərbaycana da qayıdışı görəcəyəm

 

Növbədənkənar Prezident seçkilərində özüm məntəqəyə gedib səs verdim. Milli Məclisə növbədənkənar seçkilərdə də özüm gəlib səs vermək istədim. Heç birində daşınan qutu istəmədim. Bu, mənim doğma vətənimə, xüsusilə də ölkə başçısına olan sevgimdən irəli gəlir.

Bunu AZƏRTAC-a müsahibəsində 35 saylı Xətai üçüncü seçki dairəsinin 55 nömrəli tam orta məktəbdə yerləşən 9 saylı məntəqəsində səs verən 84 yaşlı seçici Ülkər Hüseynova deyib.

"Əslən Qərbi Azərbaycandanam. Allah mənə Qarabağ Zəfərini görməyi nəsib elədi. Ömür vəfa etsə, Qərbi Azərbaycanda öz dədə-baba yurdumu da görmək istəyərəm. Əminəm ki, vaxt gələcək ölkə başçısı mənim kimi yurd-yuvalarından didərgin düşən Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdışına nail olacaq. Allah Prezident İlham Əliyevə uzun ömür versin. Əsgərlərimizi, zabitlərimizi qorusun. Şəhidlərimizə də Allahdan rəhmət diləyirəm”, - deyə Ülkər Hüseynova bildirib.

Məntəqə sədri Afət Əkbərova isə siyahıda 1475 seçici olduğunu, onlardan 150-yə yaxınının artıq səsvermədə iştirak etdiyini bildirib: “Qeydiyyatdan çıxmaq və daşınan qutu üçün müraciətlər olmayıb. İlk dəfə səs verənlərin sayı 10 nəfər, 70 yaşdan yuxarı seçicilərin sayı isə 18 nəfərdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video