17 Fevral 2026 18:46
451
SİYASƏT
A- A+
“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir  

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir  


Fevralın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Sadiq Qurbanov gündəliyə bir məsələnin - “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini diqqətə çatdırıb.

Komitə sədri, əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan söz açıb. O qeyd edib ki, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Bildirilib ki, həyata keçirilən uğurlu diplomatik fəaliyyət nəticəsində beynəlxalq arenada mövqeyimiz daha da möhkəmlənib, bir sıra mühüm strateji tərəfdaşlıqlar qurulub. Komitə sədri bu nailiyyətlərin ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, investisiya mühitinin daha da güclənməsinə müsbət təsirlərini vurğulayıb.

İclasda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir İdayətov layihə ilə bağlı ətraflı məlumat verib. O, layihənin “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən hazırlandığını deyib. Agentliyin sədri layihədə təklif olunan dəyişikliklərin əsas istiqamətlərindən bəhs edib. Bildirilib ki, sənəddə su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin, habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil edilir. Digər istiqamət yer təkindən istifadə sahəsində bir sıra qaydaların hüquqi əsasının yaradılması ilə bağlıdır. Qeyd olunub ki, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar qəbul ediləcək.

Eyni zamanda, layihədə yer təki istifadəçiləri tərəfindən istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması və dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə qaydalarının müəyyən edilməsi təsbit olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində deputatlar çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Samir İdayətov deputatların suallarını cavablandırandan sonra qanun layihəsi baxılmaq üçün birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!