17 İyun 2022 01:42
2030
İQTİSADİYYAT
A- A+
"Yer"imiz quruyur

"Yer"imiz quruyur

 

İqlim dəyişikliyinin yaratdığı qlobal səhralaşma problemi Azərbaycandan yan keçmir

 

İqlim dəyişikliyinin ortaya çıxardığı əsas problemlərdən olan səhralaşma hazırkı dövrdə planetin böyük ərazilərini əhatə etməkdədir. Təbii ki, dünyanın bir parçası olan Azərbaycanda da bu problem mövcuddur və hətta son zamanlarda genişlənməkdə davam edir.

Mütəxəssislər qeyd edirlər ki, yeni meşə sahələrinin salınması, ağacların mümkün qədər yaşayış məntəqələrinə yaxın yerlərdə əkilməsi, qırılmış meşələrin bərpası ilə səhralaşmanın qarşısını  müəyyən qədər almaq olar. Amma iqlim dəyişikliyi nəticəsində yaranan quraqlıq qarşısıalınmaz proses hesab edilir. Son 10-12 ildə Azərbaycanda müşahidə olunan quraqlıq kənd təsərrüfatına, ətraf mühitə böyük ziyan vurur.

 

Yer kürəsində 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalıb

 

İqlim dəyişiklikləri fonunda  planetimizdə gedən dəyişiklikləri nəzərə alaraq BMT-nin Baş Assambleyası tərəfindən 1994-cü ildə "Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü" təsis olunub. Elə həmin ildə 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya  qəbul edilib. Azərbaycan bu konvensiyaya 1998-ci ildə qoşulub. Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi qeyd edilir, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi aktualdır.  Səhralaşma torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, torpaqlar şoranlaşır. BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji vəziyyətin pisləşməsi kimi qiymətləndirir və qeyd edirlər ki, bu proses nəticəsində yarımquraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir.  Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 milyon hektara çatır. Yer kürəsində 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalıb. Səhralaşma əsasən dünyanın 110 ölkəsində mövcuddur. Qeyd edək ki, quraqlıq da səhralaşma prosesində mühüm rol oynayır.

 

Azərbaycan səhralaşma üçün yüksək risk daşıyan ərazilərdəndir

 

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, dünyada olduğu kimi, Azərbaycanda  da səhralaşma ciddi problemlərdən biri olaraq qalır. Onun sözlərinə görə, bu problem keçən əsrin 70-80-ci illərindən başlayaraq özünü qabarıq şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra beynəlxalq tədbirlərdə bu məsələ müzakirə olunub, lakin hazırda  problem davam edir.

Səhralaşma ən çox arid, yarımarid, yəni quru və yarımquraq ərazilər üçün səciyyəvi haldır. Azərbaycanda da təxminən 60 faiz ərazi arid, yarımarid landşaftlardır. Belə landşaftlarda səhralaşma daha intensiv gedir, insanın plansız, düşünülməmiş şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində daha çox müşahidə edilir.

Mirnuh İsmayılov qeyd edir ki, səhralaşmanın fəsadları sırasına həm təbii , həm də insan fəaliyyəti ilə bağlı olan səbəblər daxildir. Təbii səbəblərə iqlim şəraiti, süxurlar, relyeflə bağlı proseslər aiddir. Azərbaycanda əlavə olaraq Xəzər dənizinin səviyyəsinin enməsi və qalxması da buna aiddir. Antropogen amillər isə say etibarilə həddən artıq çoxdur. Səhralaşma səbəbləri sırasında təqribən 20 faiz təbii amil, 80 faiz isə antropogen amillər yer alır. Səhralaşmanın yaranmasında əsas amil respublikamızda da əsasən antropogendir. Bu, torpağın, landşaftın, geosistemin, geokompleksin öz məhsuldarlığını itirməsi, biomüxtəlifliyin, bitki örtüyünün azalması, üzvi aləmin məhv olması ilə nəticələnir. Cüzi miqdarda üzvi aləm qalır və bu ərazilər səhralaşma kimi qəbul edilir. Bəzən səhralaşma yüksək dağlıq ərazilərə qədər qalxa bilir. Məsələn, son zamanlar dağ otlaqlarında aparılan intensiv otarma bəzi sahələrin çılpaqlaşmasına, eroziyaya məruz qalmasına, bulaqların qurumasına səbəb olur. Bunlar da səhralaşma əlamətidir. Azərbaycan səhralaşma üçün yüksək risk daşıyan ərazilərdəndir.

 

Səhralaşma riski yüksək olan regionlarımız

 

İstənilən antropogen təsir təbiətdə müəyyən dəyişməyə səbəb olur. Bəzən bu dəyişiklik müsbət, bəzən də mənfi tendensiyalı olur. Məsələn, meşə zolaqlarının salınması, bu sahələrin genişləndirilməsi, parkların salınması, suvarma tədbirlərinin həyata keçirilməsi müsbət tendensiyadır. Hər il dövlət tərəfindən səhralaşmaya qarşı mübarizə ilə bağlı milyardlarla manat  pul xərclənir.

Alim səhralaşma riski yüksək olan regionlarımız haqqında da danışaraq deyir ki, Naxçıvan Muxtar Respublikası ərazisi, Kür-Araz ovalığı, Ceyrançöl-Acınohur, Qobustan və Abşeron ərazisi yüksək səhralaşma zonalarıdır. Son zamanlar Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar iqlimdə kontinentallıq artıb, səhralaşmış landaşftlar daha da genişlənib. Səhralaşma riski cənub-şərqi Şirvanda, Salyan düzündə, Samur-Dəvəçi ovalığında daha çox yayılıb. Böyük Qafqazın cənub yamacı, Cənub dağlarının cənub tərəfi istisna olmaqla, Azərbaycanın alçaq dağlıq və düzənlik rayonlarında səhralaşma riskləri olduqca yüksəkdir. Səhralaşmaya qarşı  mübarizə tədbirləri sırasında ilk növbədə meşəsalma tədbirləri genişləndirilməlidir. Azərbaycan ərazisinin 11-12 faizi meşə ilə örtülüdür. Ölkəmiz yaxın gələcəkdə meşə sahəsinin 16-17 faizə qaldırılması haqqında öhdəlik götürüb, amma bu göstərici 30 faiz həcmində olarsa,  səhralaşmaya qarşı  mübarizə  daha uğurlu aparıla bilər. Səhralaşmaya qarşı digər tədbirlərdən biri yeraltı suların bəzi regionlarda doğru tənzimlənməməsidir. Bəzi regionlarda yeraltı suların səviyyəsi kəskin şəkildə aşağı düşür, bu, səhralaşma əlamətidir. Məsələn, Goran düzündə, Cəlilabad, Biləsuvar, Qanıx-Əyriçay vadisində yerləşən rayonlarda  bu problemi müşahidə etmək mümkündür. Həmin ərazilərdə ağaclar quruyur, bitki örtüyü məhv olur və bu proses sürətlənir.

Akademik deyir ki, son dövrlərdə iqlim dəyişiklikləri ilə bağlı quraqlıq səhralaşma riskini artıran amillər sırasındadır. Onun sözlərinə görə, quraqlıqların  baş vermə intensivliyi artıb. Həddən artıq quraq və rütubətli illər olur ki, bu da iqlim dəyişmələrinin nəticəsidir. Bəzən fəsillər üzrə də bunu müşahidə edirik. Məsələn,  hansı fəsildə yağıntı olmalıdırsa, onda quraqlıq daha çox olur. Quraqlıqların həm zaman, həm də məkan strukturunda müəyyən dəyişmələr var.

Cənub dağlarının şimal-qərb, şimal tərəflərində, Böyük Qafqazın cənub-şərq yamacında, Kiçik Qafqazın alçaq dağlıq şimal-şərq yamacı zonasında quraqlıqların intensivləşməsi tendensiyası müşahidə olunur. Bəzi regionlarda isə yağıntının çox düşməsi də səhralaşma üçün müəyyən  imkan yaradır. Yəni sel, sürüşmə hadisələri intensivləşir, təbii landşaft əvvəlki strukturunu pozur və bitki örtüyü, biomüxtəliflik tədricən sıradan çıxır.

 

Ölkəmizin su resursları azalıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini  Rafiq Verdiyev qəzetimizə açıqlamasında deyib ki, iqlim dəyişmələri son 30 ildə özünü ciddi şəkildə göstərir. Hazırda dünyada həllini gözləyən başlıca ekoloji problemlərdən biri də səhralaşmadır. Quru iqlimə malik Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməzsə, ölkəmizdə səhralaşma prosesi sürətlənə bilər.

Onun sözlərinə görə, havanın temperaturunun 1,4 dərəcəyədək artması, buxarlanmanın artması nəticəsində su resurslarımız 10-15  faiz azalıb. Suyun bu qədər azalması həm ölkə sularının 70 faizini özündə cəmləşdirən Kür, Araz, Qanıx, həm də yerli çaylarda müşahidə edilir. Nəticə etibarilə su resurlarımız ötən əsrin 90-cı illərində 30 milyard kubmetr idisə, indi 24-25 milyard kubmetrə düşüb. Bunun da üçdəikisi transsərhəd çaylarla ölkəmizə daxil olur.

Rafiq Verdiyev bildirir ki, havaların  quraq keçməsi son 4-5 ildə yağıntının daha da azaldığını, temperaturun isə yüksəldiyini göstərir. Quraqlıq isə səhralaşma üçün böyük imkan yaradır. Azərbaycanda böyük ərazilər səhralaşmaya meyillidir. Burada iqlim dəyişiklikləri ilə yanaşı, insan amili də rol oynayır. Meliorasiya tələblərinə tam əməl edilməməsi, torpaq eroziyasının genişlənməsi, quraqlıq, iqlim dəyişiklikləri səhralaşmanı sürətləndirib və ekosistemə ciddi təsir göstərib.  Qlobal istiləşmə, eyni zamanda ekstensiv kənd təsərrüfatı fəaliyyəti, heyvandarlığın köçəri və yarım köçəri üsullarından istifadə, həddindən artıq otarılma, qeyri rasional suvarma, müasir kənd təsərrüfatı texnologiyasının zəif tətbiqi eroziya proseslərinə, təkrar şoranlaşmaya və torpaq deqradasiyasına səbəb olur. Aparılan qiymətləndirmələrə görə, ölkəmizdə aşınan torpaqların ümumi sahəsi 3,7 milyon hektardır. Səhralaşmaya qarşı mübarizə tədbirləri çərçivəsində son bir ildə bir milyondan çox ağac əkilib, yaşıllaşdırma tədbirləri görülüb.

O, deyir ki, bu gün cəmiyyətdə vacib ekoloji problemin qarşısının alınmasına, su çatışmazlığına məruz qalan ərazilərdə fəaliyyətlərin gücləndirilməsinə diqqəti yönəltməli və ilk növbədə suvarma sistemlərinin qənaətcil əsasda qurulmasına, səhralaşmaya məruz qalan və bu təhlükədə olan ərazilərə suvarma suyunun çatdırılmasına nail olmalıyıq.

 

Qarabağdakı düzən ərazilərdə səhralaşmaya meyillilik var

 

Rafiq Verdiyev işğaldan azad edilmiş Qarabağın vəziyyətindən də söz açıb. O, qeyd edir ki, Ermənistan tərəfindən işğal zamanı Qarabağda meşələrin qırılması, eyni zamanda aşağı ərazilərə suyun verilməməsi düzən hissələrdə su çatışmazlığı ilə bağlı quraqlıq yaradıb, səhralaşmaya meyilliliyi artırıb.

İşğaldan azad olunmuş ərazilərimizdə su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının suyunun qəsdən yay mövsümündə qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaradıb ki, bu da Aşağı Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmaya səbəb olub. Bu ərazilərə nəzarət imkanının olmaması beynəlxalq konvensiyalar üzrə götürülən öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaradıb. Amma Qarabağın işğaldan azad edilməsi hazırda bu ərazilərin monitorinqinə və ekosistemin  bərpasına başlamağa imkan yaradıb. Bon Çağırışı üzrə 2030-cu ilədək 170 min hektar deqradasiyaya məruz qalmış torpaqların bərpası yönündə tədbirlər işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirilir.

Belə qənaətə gəlmək olar ki, səhralaşma prosesinin qarşısının alınması üçün ayrı-ayrı dövlətlər səviyyəsində tədbirlər görülsə də, problem qalmaqda davam edir. Burada iqlim dəyişiklikləri rol oynasa da, ən çox təsirin insan amili olduğu göz qabağındadır.

Su çatışmazlığı isə bu məsələni dərinləşdirən əsas səbəblərdəndir. Ona görə insanlar suya qənaət etməli, ondan hər istifadə zamanı susuzluqdan əziyyət çəkən insanları düşünməli, planetimizin gələcəyinin bizim əlimizdə olduğunu hər bir şəxs dərk etməli və bunun üçün məsuliyyət daşımalıdır.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub YENİLƏNƏCƏK  

11:45
17 Dekabr

Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ TƏHLİL 

11:43
17 Dekabr

Cozef Bayden: Əgər ABŞ dünya lideri olmasa, onun yerini Rusiya və ya Çin tutacaq  

11:10
17 Dekabr

SOCAR “ENOC Group” ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığı müzakirə edib  

11:08
17 Dekabr

Muxtar Babayev: COP29-un uğuru Azərbaycanın iqlim diplomatiyasına gətirdiyi vizyonla bağlıdır  

11:07
17 Dekabr

Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı ilə bağlı tədbir keçirilib  

10:39
17 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!