25 Yanvar 2024 10:50
31496
Oxucu məktubları
A- A+
Yeni məktəb binasının istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirik

Yeni məktəb binasının istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirik

 

Vəlvələ kəndi Qubanın böyük kəndlərindəndir. Amma son vaxtlaracan kəndin müasir məktəb binası yox idi.  
Köhnə məktəb binasının isə maraqlı tarixi var. Ötən əsrin 40-50-ci illərində tikilən Samur-Dəvəçi kanalının işçiləri üçün yataqxana tipli 16 otaqdan ibarət 2 korpuslu birmərtəbə bina inşa olunmuşdu. 70-ci illərdə Vəlvələ natamam məktəb həmin binaya köçmüş, 1980-ci ildən isə həmin məktəbə tam orta məktəb statusu verilmişdir. 
Son illərədək valideyn və müəllim heyətinin birgə fəaliyyəti nəticəsində şəhid Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbini hər il birtəhər təmir edib dərslərimizi keçirdik. Amma ötən il məktəb tam yararsız hala düşdü. Çürüyən döşəməsi və uçulan tavanı təhlükə mənbəyi idi. 
Həmin dövrdən yeni məktəbin inşasına start verildi. Hazırda tikintisi başa çatmaq üzrə olan yeni məktəb binası dövlətimizin vəlvələlilərə hədiyyəsidir. Bu gün kəndimizdə zirzəmi qatı ilə birlikdə üçmərtəbəli, 50 otaqdan ibarət məktəb binası inşa edilir.  Yeni binada  hər fənnin ayrıca kabineti, laboratoriyası, idman və  akt zalı olacaq. 342 şagirdin təhsil alacağı yeni binada 32 müəllim və 11 nəfər texniki işçi fəaliyyət göstərəcək. Hazırda istilik və havalandırma sistemləri quraşdırılır.
Kənd əhalisi yeni məktəbin istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyir. Məktəbin valideyn komitələri hər dərs həftəsinin sonunda tikintidə çalışanların yanına gəlir, məktəb ərazisinin təmizlənməsinə kömək edirlər. 
Ümumiyyətlə, vəlvələlilər təhsilə önəm verən insanlardır. Köhnə, dağılmış məktəbdən çıxan neçə şagird ali təhsil alıb, onlardan bəziləri hazırda məktəbimizdə  müəllim kimi fəaliyyət göstərir. 

İsmayıl FƏRZƏLİYEV,
Quba rayon Ç.Mursalov adına Vəlvələ kənd tam orta məktəbin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

11:27
05 Oktyabr

ABŞ administrasiyası miqrantlarla bağlı qərarını verdi

10:58
05 Oktyabr

Ötən gün 2 avtomat silahı və 7 tüfəng təhvil götürülüb

10:57
05 Oktyabr

Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb

10:56
05 Oktyabr

Macar parlamentari: AŞPA-nın Azərbaycanla bağlı müvafiq həll yolu tapmasının əsl vaxtıdır

10:55
05 Oktyabr

Birinci mərhələdə Horovluya 1400-ə yaxın sakin köçürüləcək 

10:54
05 Oktyabr

Eka Sepaşvili: AŞPA-da Azərbaycan nümayəndə heyətinin mövqelərini eşitmədən mühakimə yürütmək düz deyil

10:53
05 Oktyabr

Azərbaycanın Baş naziri Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub

10:31
05 Oktyabr

Ötən gün 32 cinayətin üstü açılıb

10:18
05 Oktyabr

Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub

09:53
05 Oktyabr

Uqanda ordusunun komandanı ABŞ səfirini ölkədən çıxarmaqla hədələyib

09:48
05 Oktyabr

Zərdabda narkokuryer saxlanılıb

09:43
05 Oktyabr

Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür

09:42
05 Oktyabr

"Qırmızı mirvari”nin inanılmaz faydaları  

09:39
05 Oktyabr

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar

09:38
05 Oktyabr

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

09:36
05 Oktyabr

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

09:35
05 Oktyabr

Ermənistanda gərginlik artır

09:25
05 Oktyabr

"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub

09:20
05 Oktyabr

Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub 

09:15
05 Oktyabr

Köçəri quşlar Azərbaycandan niyə yan uçur?

09:10
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!