11 Dekabr 2024 17:46
301
DÜNYA
A- A+
Yeni insan növünə aid kəllə sümüyü tapılıb

Yeni insan növünə aid kəllə sümüyü tapılıb

Tədqiqatçılar Çinin bir bölgəsində rast gəldikləri çox böyük kəllə sümüyü əsasında, “böyük baş” mənasını verən və “Homo juluensis” adlandırdıqları yeni bir qədim insan növünü müəyyən ediblər. Bu fosillər müasir insanlara və Denisovalılara xas olan xüsusiyyətlərlə yanaşı, Neandertal tipli qalın və geniş kəllə sümüklərinə malikdirlər.

“Nature Communications” jurnalında yayımlanan bir məqalədə antropoloq Christopher Bae və paleoantropoloq Xiujie Wu bu fosillərin öyrənilməsi üçün yeni terminologiyanın lazım olduğunu bildiriblər. Bu növlərə “Homo floresiensis”, “Homo luzonensis”, “Homo longi” və yeni adlandırılan “Homo juluensis” daxildir. Əslində “Homo juluensislər” təxminən 220.000–100.000 il əvvələ aid fosillərdir.

Xujiayao bölgəsində 10.000-dən çox daş alət və 10 fərdi təmsil etdiyi düşünüldüyü 21 hominin fosil parçası tapılıb. Bu insanların kəllələri böyük beyin həcminə və qalın sümük quruluşuna malikdir.

Arxeoloqlar araşdırmalarını davam etdirərək yeni növləri və onların qeyri-adi xüsusiyyətlərini kəşf etməyə davam edirlər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

11:54
17 Yanvar

“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək

11:41
17 Yanvar

“YAŞAT” Fondu şəhid Cavidan Ağayevin anasının əməliyyat xərclərini ödəyib

11:17
17 Yanvar

Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  

11:15
17 Yanvar

MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb  

10:56
17 Yanvar

Çində əhalinin sayında azalma ardıcıl üçüncü ildir davam edir  

10:53
17 Yanvar

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

10:48
17 Yanvar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

10:42
17 Yanvar

“Azeri Light” markalı neft ucuzlaşıb

10:24
17 Yanvar

DİN: Ötən gün 71 cinayətin üstünün açılması təmin olunub

10:22
17 Yanvar

Roma Papası yıxılaraq qolundan zədələnib

10:06
17 Yanvar

Ruben Vardanyanın məhkəməsi başlayır

09:41
17 Yanvar

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır

09:35
17 Yanvar

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

09:31
17 Yanvar

Xankəndidə 20 Yanvar faciəsi qurbanları anılıb

09:19
17 Yanvar

Mifopoetik ənənələrdə çillələr

09:15
17 Yanvar

Paytaxtda müasir nəqliyyat sisteminin qurulması davam edir

09:10
17 Yanvar

Bakı Limanı Xəzər regionunda əsas logistika qovşağı kimi fəaliyyətini genişləndirib

09:05
17 Yanvar

Cəbrayıl daha 153 sakinini qarşıladı

09:00
17 Yanvar

Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu

08:55
17 Yanvar

Paşinyan hakimiyyətini çətin günlər gözləyir

08:50
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!