24 Dekabr 2024 08:35
163
SİYASƏT
A- A+
Yeni əsrin Lideri

Yeni əsrin Lideri


Dünyada sülhün, əminamanlığın, təhlükəsizliyin təmin edilməsi, dövlətlərin və xalqların azadlığı, firavanlığı, həyatın mənalandırılması, ömrün xoşbəxtliyi böyük şəxsiyyətlərin amalları, dövlət rəhbərlərinin siyasi baxışları, əməli fəaliyyətləri ilə sıx bağlıdır. Bəşəriyyət tarix boyu belə insanların varlığına, əməllərinə ehtiyac duyub, bu şəxsiyyətlərə arxalanıb və bu gün də xalqlar onların adını əbədiləşdirməklə dünyanı təlatümlərdən, faciələrdən, müharibələrdən qurtarmağa, insanları yaşatmağa çalışan liderlərə böyük ehtiram göstərir, adlarını uca tuturlar.

Türkdilli dövlətlərin tarixinə, uzaq keçmişinə deyil, dünəninə, elə bu gününə nəzər salanda da bunu aydın görər və bir daha qürur hissi keçirərik. Tanrı XX əsrdə Azərbaycan və Türkiyə xalqına dünyada böyük hörmətə, ehtirama sahib olan dahi şəxsiyyətləri, müdrik rəhbərləri Mustafa Kamal Atatürkü, Heydər Əliyevi, yeni əsrdə isə öz sülhsevər, humanist çağırışları, əməlləri, mübarizələri ilə dünyanı heyrətə salan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevi bəxş etməklə onların timsalında insanlığa, ədalətə, haqqa geniş meydan verib.

Atatürk və Heydər Əliyev ölkələrinin ən çətin anlarında hakimiyyətə gəldilər vətənlərinin, xalqlarının azadlığı, gələcəyi üçün mübarizədən çəkinmədilər, həyatları bahasına dövləti parçalanmadan, işğaldan qurtardılar. Dünyaya yeni bir Türkiyə, Azərbaycan bəxş etdilər. Türkçülüyü, azərbaycançılığı - iki dövlət bir millət olmağı, dərdin, kədərin, sevincin-vüsalın vahidliyini, birliyini nəsillərə elan etdilər, Türk dövlətlərinin həmrəyliyinin əsasını qoydular.

Əlbəttə, bu iki dahi insan olmasaydı bu gün Azərbaycanın və qardaş Türkiyənin varlığından, inkişafından, dünyada qazandıqları uğurlardan, bəşəriyyətə bəxş edilən faydalı töhfələrdən danışmaq mümkün olmazdı. Keçilən keşməkeşli mübarizə yolu həm də  ibrət, təcrübə məktəbi idi və bugünkü dövlət rəhbərləri cənab Rəcəb Tayyıb Ərdoğan və cənab İlham Əliyev həmin məktəblərin yetirmələri və həmin yolun sədaqətli davamçılarıdır. İndi iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə qazandıqları uğurlar, iqtisadi inkişaf, sülhə, əməkdaşlığa verdikləri faydalar dünyaya bir nümunə kimi göstərilir və bu, xalqlarımızı qürurlandırır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni əsrin yeni, uzaqgörən lideri kimi Ulu Öndərimiz Heydər Əliyevin ölməz  ideyalarına arxalanaraq ölkəmizi uğurla irəli aparır. O, beynəlxalq aləmdə baş verən hadisələri aydın görür, ətraflı təhlil edir, eləcə də ölkədaxili, geosiyasi və qlobal müstəvidə mövcud reallıqları düzgün qiymətləndirir və bildirdiyi kimi nəyi nə vaxt və necə etməyi yaxşı bacarır. Dövlətin təhlükəsizliyi, suverenliyimizin qorunması, milli maraqlarımızın təmin edilməsi, xalqın rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasıdır və o, bunu ən möhtəbər beynəlxalq təşkilatların tribunasından bəyan edir, insanlarla görüşlərdə dönə-dönə xatırladır və yürütdüyü müstəqil siyasətlə, qlobal böhranlardan çıxış yolu axtarmaqla, xalqlara və dövlətlərə sağlam münasibəti ilə seçilir və sevilir. Ölkənin dinamik inkişafı, demokratik təsisatlara meydan verilməsi, söz, mətbuat azadlıqları, sürətli modernləşmə, dünya ölkələri ilə münasibətlərin günbəgün yaxşılaşdırılması və möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığa üstünlük verilməsi, milli-mənəvi, bəşəri dəyərlərə xidmət edən tədbirlərə evsahibliyi Azərbaycana dünyada böyük şöhrət qazandırmaqla bərabər, həm də rəhbərimizə böyük hörmət və ehtiram doğurmuşdur. Xarici ölkə rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatlar cənab İlham Əliyevin fəaliyyətini təqdir edir, onun öz xalqı, eləcə də bəşəriyyətin rahatlığı və təhlükəsizliyi naminə gördüyü işləri yüksək qiymətləndirirlər.

Cənab İlham Əliyev ölkənin tərəqqisini, təhlükəsizliyinin təmin edilməsini, ordunun gücləndirilməsini və insanların firavan həyatlarını iqtisadi inkişafda görür və prezident seçildiyi ilk gündən iqtisadi məsələləri ön plana çəkir, yeni dövlət proqramlarının hazırlanmasına, layihələrin həyata keçirilməsinə, sahibkarlığın inkişafına böyük önəm verir. Dövlətimizin rəhbəri bildirir ki, "Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır". 

Əlbəttə, bu reallıqdır və son 21 ildə əldə olunan nəticələr bunu deməyə əsas verir. Belə ki, bu dövrdə ölkənin ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox yüksəlib. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5.5 faizə düşüb. Valyuta ehtiyatlarımız 1.6 milyard dollardan 72 milyard dollara yüksəlib. Minimum əməkhaqqı 9 manatdan 345 manata, minimum pensiyalar 20 manatdan 280 manata çatıb. Əmək haqları, sosial müavinətlər və yardımlar dəfələrlə artıb. 

2025-ci ilin Dövlət büdcəsinin gəlirlərinin 38.4 milyard manata, xərclərinin 41.4 milyard manata çatması yürüdülən iqtisadi siyasətin səmərəli olmasının nümunəsidir. Davamlı və dayanıqlı iqtisadiyyata əsaslanan ölkədə bu il ümumi daxili məhsulun 3.5 faiz, qeyri-neft sektoru üzrə 4.9 faiz artımı proqnozlaşdırılır ki, bu sürət qənaətbəxşdir. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin ümumi büdcə xərclərinin 20.6 faizini, sosialyönümlü xərclərin 41 faizini təşkil etməsi dövlətin, ölkə rəhbərinin insanların təhlükəsizliyinə və rifah halının yaxşılaşdırılmasına göstərdiyi qayğının və diqqətin ifadəsidir. Minimum əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə yeni artımlar gələn il 3 milyona yaxın vətəndaşı əhatə edəcəkdir ki, bu da sosial məsələlərə daim önəm verilməsinin əyani göstəricisidir. Növbəti ildə əmək pensiyalarının orta məbləği 535 manata, yaşa görə pensiyaların  orta məbləği 571 manata çatacaqdır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, abadlaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, Böyük qayıdışın təmin edilməsi, işğaldan azad olunmuş ərazilərdə həyatın canlandırılması və iş yerlərinin açılması Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdəndir. 2020-ci ildən bu məqsədlə 18 milyard və gələn il 4 milyard manat, cəmi 22 milyard manat vəsait ayrılmış və həmin ərazilərdə bərpa-təmir, tikinti işləri sürətlə davam etdirilir. Bu günədək 2417 ailə - 9306 nəfər azad olunmuş ərazilərə köçürülmüşdür və məskunlaşdırma tədbirləri mərhələli şəkildə aparılmaqdadır.

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə 1.1 milyard manat və investisiya xərclərindən sosial və infrastruktur təyinatlı layihələrə 540 milyon manat vəsait ayrılmışdır ki, bu da bir çox vacib məsələlərin həll edilməsinə imkan yaradacaqdır. 

Göründüyü kimi, Azərbaycan Prezidentinin iqtisadi siyasət kursu məqsədlidir, davamlıdır və ölkənin inkişafına, xalqın rifahına hesablanmışdır. Bu kursun səmərəliliyi bütün sahələrdə - beynəlxalq münasibətlərdə, qarşılıqlı əməkdaşlıqda, dünya əhəmiyyətli tədbirlərdə özünü göstərir və dövlətimizin rəhbərinin liderliyini möhkəmləndirir, sözünü gücləndirir, imkanlarını daha da şaxələndirir. Cənab İlham Əliyev qeyd edir ki, "ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yürütmək mümkündür. Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır".

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi çətin illərdə - COVID19-un dünyanı təhlükə qarşısında qoyduğu bir vaxtda cənab İlham Əliyev hansı müdrik siyasətə, diplomatik məharətə, praqmatik baxışa, bəşəri dəyərlərə malik olduğunu dünyaya sübut etdi. O, bu hərəkatı Birləşmiş Millətlər Təşkilatı səviyyəsində dünyanın böyük həmrəylik hərəkatı səviyyəsinə yüksəltməklə, humanist amalları, əməlləri reallığa çevirməklə imkansız ölkələrə, xalqlara dəstək verməklə dövlətimizin, həm də özünün beynəlxalq aləmdə nüfuzunu qat-qat yüksəltdi. Qoşulmama Hərəkatı dünyaya yeni formada, yeni baxışda, ən əsası insanlığa, sülhə, azadlığa, xalqların bərabərliyinə xidmət edən hərəkat, birlik kimi təqdim edildi və az müddətdə dünya xalqlarının böyük rəğbətini qazandı.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bu gün ölkəmizin  rəhbəri tərəfindən uğurla həyata keçirilir. Azərbaycan öz təbii sərvətlərinin sahibidir və enerji sahəsində əməkdaşlıq əlaqələrini milli maraqlara uyğun reallaşdırır. Artıq enerji siyasəti ilə bağlı təşəbbüslər, müqavilələr və reallaşan layihələr regional çərçivəni keçərək qlobal miqyas alıb və Azərbaycanı böyük enerji potensialına malik ölkə kimi tanıdıb. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin davamı olan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan TANAP-TAP layihələri cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Azərbaycanın nəhəng iqlim sammitinə - COP29-a evsahibliyi etməsi dövlətimizə göstərilən böyük etimadın ifadəsi idi və bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi cənab İlham Əliyevin  yüksək təşkilatçılıq bacarığına, siyasi iradəyə malik olduğunu sübut etdi. Beynəlxalq əhəmiyyətli tədbirin az müddətdə yüksək səviyyədə təşkili, həm də boykot cəhdlərinin qarşısının alınması və sammitdə istənilən nəticənin əldə edilməsi - iqlim mövzularına illik 300 milyard dolların razılaşdırılması İlham Əliyev siyasətinin  uğuru kimi qiymətləndirilməlidir. Rəhbərimiz bu uğuru müsahibəsində belə dəyərləndirir: "Əlbəttə ki, 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı, həm də bu, boykot cəhdlərinin fonunda oldu. Bu, bir növ ölkələrin təqdimatı idi". Bu, ölkəmizin təqdimatı ilə yanaşı, cənab Prezidentin təqdimatı idi. Bu, möhtəşəm, unudulmaz, daim xatırlanacaq və dövlətimizin başçısına rəğbət yaradan, hörmət qazandıran bir təqdimat idi. Prezidentimizin milli maraqlara söykənən və ölkədə davamlı inkişafı təmin edən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları və 2003-cü ildən başlayaraq bu istiqamətdə görülən tədbirlər nəticəsində rayon və şəhərlərimizdə davamlı yüksəlişə imza atılmış, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmiş, yeni infrastruktur layihələri yerinə yetirilmiş, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, iş yerləri açılmışdır. Ölkədə biznes mühiti daha da yaxşılaşdırılmış, sahibkarlara genış imkanlar yaradılmışdır. 

Aqrar sahənin inkişafı dövlətimizin rəhbərinin daim diqqət mərkəzindədir. 2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinin 1172.0 milyon manat nəzərdə tutulması və həmin vəsaitin 510,7 milyon manatının mövcud olan su ehtiyatlarından səmərəli istifadəsinin təmin olunmasına, müasir texnologiyaların tətbiq edilməsinə, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi, həm də  toxumçuluğun, heyvandarlığın inkişafı üçün əlavə vəsaitlərin ayrılması aqrar sahəyə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. Bu qayğının nəticəsidir ki, bu ilin keçən dövrü ərzində aqrar sənaye məhsullarının ixracının dəyəri xeyli dərəcədə artıb. Kənd təsərrüfatının ümumi məhsullarının faktiki qiymətlərlə dəyəri 12 milyard manata yaxındır. Aqrar sektor ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca rola malik gəlir gətirən sahəyə çevrilməkdədir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün əsaslı tədbirlər görülür. Yüz min hektarlarla torpaq sahəsi artıq minalardan təmizlənmiş, xeyli torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, bu ərazilərdə hazırda taxıl, qarğıdalı və digər kənd təsərrufatı məhsulları yetişdirilməkdədir.

Azərbaycan Prezidentinin fəaliyyəti geniş, çoxsahəli və səmərəlidir. Cənab İlham Əliyevin son 21 ildə daxili və xarici siyasətdə əldə etdiyi uğurları, xalqına və bəşəriyyətə göstərdiyi xidmətləri nəzərə alınmaqla onun 44 günlük müharibədə və 23 saatlıq antiterror tədbirlərində göstərdiyi iradəni, siyasi yetkinliyi, xalqa və torpağa məhəbbətini, sədaqətini göz önünə gətirməklə qürurla deyə bilərik ki, rəhbərimiz, Ali Baş Komandanımız əbədi bir ömrün, qəhrəmanlığın sahibidir. 

O əsrlərlə həllini tapmayan və tapmağı güman edilməyən bir problemi siyasi ustalıqla,  zərgər dəqiqliyi ilə həll etdi, 30 il erməni təcavüzkarlarının işğalı altında olan torpaqlarımızı əsarətdən qurtardı, erməni faşistlərinin ayaqlarını Qarabağ torpaqlarından kəsdi, xalqımızı bütün dünyaya mübariz, qəhrəman xalq, ordumuzu yenilməz, döyüşkən ordu kimi təqdim etdi.  Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası olmaqla bərabər, milli birliyimizin, xalqımızın yenilməzliyinin ifadəsi oldu. Zəfərimiz Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi. Güclü iqtisadiyyat, qüdrətli ordu, daxili sabitlik, xalq-iqtidar birliyi ölkə rəhbərinin söylədiyi kimi, ölkəmizin öz fəaliyyət dairəsini regiondan kənarda da genişləndirmək üçün hər cür imkanlara malik olmasını, Azərbaycan dövlətçiliyinin artan potensialını bir daha təsdiq edir.

Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasət, bu yol liderimizin uğurlarına yeni uğur bəxş etməklə yanaşı, cənab Prezident İlham Əliyevə dünyanın ən uzaqgörən, müdrik rəhbəri adını qazandırmışdır.

Azərbaycanın, xalqın xoşbəxtliyi naminə cənab İlham Əliyevə fəaliyyətində daha böyük müvəffəqiyyətlər arzulayırıq.


Tahir RZAYEV, 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!