09 İyul 2026 12:33
313
İQTİSADİYYAT
A- A+
Yeni Dövlət Proqramı qadın və gənc fermerlər üçün geniş imkanlar yaradır

Yeni Dövlət Proqramı qadın və gənc fermerlər üçün geniş imkanlar yaradır

Fermerlər hesab edirlər ki, nəzərdə tutulan dəstək mexanizmləri təsərrüfatların inkişafına və məhsuldarlığın artırılmasına stimul verəcək


Kənd təsərrüfatı sahəsində qadın və gənc fermerlərin fəaliyyətinin genişləndirilməsi və onların dəstəklənməsi yeni Dövlət Proqramının əsas prioritet istiqamətlərindəndir. Sənəddə bu kateqoriyadan olan fermerlər üçün xüsusi dəstək mexanizmlərinin formalaşdırılması ilə yanaşı, taxıl və pambıqçılıqda məhsuldarlığın artırılmasına yönəlmiş tədbirlər də nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ bölgəsində fəaliyyət göstərən qadın və gənc fermerlər bu istiqamətdə müəyyənləşdirilən hədəflərin aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini bildirirlər.

Ağdam rayonunun Əhmədağalı kəndindən olan gənc fermer Taleh Əliyev 2017-ci ildən pambıqçılıqla məşğuldur. O, fəaliyyətə cəmi 71 sot əkin sahəsi ilə başlayıb. İllər keçdikcə həm əkin sahəsini, həm də məhsuldarlığı artıran gənc fermer ötən il 5 hektar pambıq sahəsinin hər hektarından orta hesabla 58 sentner məhsul əldə edib. Bu uğurlu nəticə onu builki mövsümdə əkin sahəsini iki dəfə artıraraq 10 hektara çatdırmağa sövq edib. Hazırda sahələrdə kultivasiya və digər aqrotexniki qulluq işləri davam etdirilir.

Taleh Əliyev bildirib ki, yeni Dövlət Proqramında pambıqçılığın inkişafı və gənc fermerlərə dəstək mexanizmlərinin nəzərdə tutulması gələcək fəaliyyətini genişləndirmək üçün əlavə stimul yaradır. Onun sözlərinə görə, proqram çərçivəsində yaradılacaq imkanlardan yararlanaraq həm əkin sahəsini genişləndirməyi, həm də müasir kənd təsərrüfatı texnikaları əldə etməyi qarşısına məqsəd qoyub.

Dövlət Proqramında qadın fermerlərin dəstəklənməsi də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ağcabədi rayon Kəhrizli kənd sakini İntizar Nəcəfova 34 ildir pambıqçılıqla məşğuldur. Bu il 38 hektarda pambıq becərən fermer, eyni zamanda, arpa və buğda əkinləri də aparır. O, artıq 2,5 hektar arpa sahəsində biçini başa çatdıraraq hər hektardan 40 sentner məhsul götürüb. Hazırda isə 2 hektarlıq buğda sahəsində biçin davam edir və fermer burada da hər hektardan 40 sentner məhsul gözləyir.

İntizar Nəcəfovanın sözlərinə görə, Dövlət Proqramı ilə bağlı Ağcabədidə keçirilən müşavirədə iştirak edib və sənəddə qadın fermerlərə dəstək mexanizmlərinin nəzərdə tutulduğunu öyrənib. O hesab edir ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər qadınların kənd təsərrüfatında fəaliyyət imkanlarını daha da genişləndirəcək və təsərrüfatların inkişafına əlavə töhfə verəcək.

Qeyd edək ki, Dövlət Proqramında pambıq və taxıl istehsalının artırılması məqsədilə subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, toxumçuluğun inkişafının dəstəklənməsi, ixtisaslaşmış rayonlarda orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması və istehsal həcminin artırılması nəzərdə tutulur. Bununla yanaşı, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qadın və gənc fermerlər üçün xüsusi dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi də sənədin əsas hədəfləri sırasındadır. Bu tədbirlərin aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, məşğulluğun genişlənməsinə və dayanıqlı kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!