29 Yanvar 2026 13:39
186
İQTİSADİYYAT
A- A+
Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  


Yeni beynəlxalq audit standartlarının (BAS) ölkədə tətbiqi hansı çətinliklər yaradır və auditorların bu standartlara uyğunlaşması üçün hansı dəstək proqramları var?

Auditorlar Palatasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, beynəlxalq audit standartları Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) əqli mülkiyyətidir.

Ölkədə standartların tətbiqindən danışılarkən təkcə yeni qəbul olunmuş standartlardan yox, həm də əlavə və dəyişikliklər edilmiş standartları da diqqət mərkəzində saxlamaq lazımdır. Bu standartların tətbiqi üçün bir sıra beynəlxalq hüquq prosedurlarının aparılması zəruridir. Bu prosedurlar İFAC-ın “Tərcümə Strategiyası”na müvafiq olaraq həmin qurumdan sənədin tərcümə və nəşri üçün icazə (müəlliflik hüququ) alınmasından, peşəkar tərcüməçi tərəfindən mətnin tərcüməsindən, peşə redaktəsindən və korrektə işlərindən ibarətdir. Bu sahədə palata tərəfindən müntəzəm işlər görülür. Təkcə son 2 il ərzində 5 yenilənmiş BAS-ın və 2 yeni qəbul olunmuş standartın tərcüməsinə palata tərəfindən xüsusi hüquq alınıb. Həmin standartlar BAS-ın prosedurlarına uyğun olaraq tam həcmdə tərcümə və nəşr etdirilib, onlara dair şərhlər hazırlanıb, auditorlara, maraqlı tərəflərə və ictimaiyyətə təqdim edilib.

“Yeni standartlara gəldikdə isə qeyd etməliyik ki, son 5 ildə 2 standart qəbul edilib. Bu standartlardan birincisi “Az mürəkkəb müəssisələrin maliyyə hesabatlarının auditi üzrə Beynəlxalq Audit Standartı”dır. Həmin standart bu il dekabrın 15 dən sonrakı dövrlər üçün hazırlanan maliyyə hesabatlarının auditi zamanı tətbiq ediləcəkdir. Digər standart isə “Dayanıqlı inkişaf hesabatlarının auditi üzrə” 5000 (İSSA 5000) standartıdır. Həmin standart 2026-cı ilin dekabr ayından tətbiq olunacaqdır”, - deyə palatadan bildirilib.

Bu standartların tətbiqi üzrə çətinliklər nədən ibarətdir?

Az mürəkkəb müəssisələr üçün tətbiqi nəzərdə tutulan standartın tətbiqində heç bir çətinlik gözlənilmir. Ona görə ki, bu auditorlar üçün hətta müəyyən rahat bir şərait yaradır. İndiyə kimi az və ya çox mürəkkəb müəssisə parametri auditdə tətbiq olunmadığı üçün mikro, kiçik və hətta sənəd dövriyyəsi, əməliyyat sayı az olan, lakin məbləğ ifadəsində böyük dövriyyəsi olan müəssisələrin maliyyə hesabatlarının auditləri ilə iri və mürəkkəb müəssisələr üçün tələb eyni olub. Bu yeni standartın tətbiqi auditorlar üçün heç bir çətinlik yaratmır. Yeni qəbul olunmuş 2-ci standart isə “Dayanıqlı inkişaf hesabatlarının auditi üzrə” 5000 (İSSA 5000) həm mühasiblər, həm də auditlər üçün çox ciddi çətinliklər yarada bilər. Məlum olduğu kimi, bu standart qeyri-maliyyə hesabatına tətbiq olunacaq və bunun tərkibindəki ətraf mühit, sosial və korporativ idarəetmə bölmə məsələləri maliyyə hesabatlığı və mühasibat uçotu baxımından, eyni zamanda, audit nöqteyi- nəzərindən tam fərqli bir çərçivədir: “Bu standartın tətbiqi ilə bağlı çətinlik ilk növbədə kadr hazırlığı və yenidən hazırlanması sahəsində gözlənilir. Auditorlar Palatası öz funksiyaları və səlahiyyətləri çərçivəsində bu standartın tətbiqi ilə bağlı kompleks tədbirlər keçirməkdədir. Ötən ildən başlayaraq yuxarıda qeyd etdiyimiz kimi bu standartın tərcümə və nəşri ilə bağlı prosedurlar başa çatdırılıb, auditorların maarifləndirilməsi üzrə bir neçə seminar keçirilib və standartın tətbiqinə dair şərh hazırlanıb. Ümidvarıq ki, bu standartın tətbiqi ilə bağlı qarşıya çıxa bilən digər maneələr də tərəfimizdən uğurla dəf olunacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə Rusiya arasında həlak olanların cəsədlərinin növbəti mübadiləsi edilib  

15:51
29 Yanvar

Nikol Paşinyan: "Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır  

15:48
29 Yanvar

İşğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işləri davam etdirilir  

15:31
29 Yanvar

Ər-Riyadda keçirilən beynəlxalq konfransda su və tullantıların idarə olunması məsələləri müzakirə edilib  

15:17
29 Yanvar

Azərbaycan və Gürcüstan dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib  

15:09
29 Yanvar

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb  

14:43
29 Yanvar

Nigeriya yenidoğulmuşların sayına görə Avropa və Rusiyanı geridə qoyub  

14:31
29 Yanvar

İspaniya yarım milyona qədər miqrantı leqallaşdırmağı planlaşdırır  

14:23
29 Yanvar

Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!  

14:16
29 Yanvar

Məmmədbəyli kəndində daha 26 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:13
29 Yanvar

Ötən il Naxçıvanda sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi 13,4 milyon manata çatıb  

14:02
29 Yanvar

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

13:53
29 Yanvar

ABŞ-da qar fırtınası azı 73 nəfərin həyatına son qoyub  

13:41
29 Yanvar

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

13:39
29 Yanvar

Fransa Avropa İttifaqının Tehrana qarşı sanksiyalarını dəstəkləyəcək  

13:34
29 Yanvar

Bakı və ətraf rayonlarda daşınmaz əmlakın inventarlaşdırılması rəqəmsallaşdırılıb

13:23
29 Yanvar

İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib  

13:15
29 Yanvar

Media: Böyük Britaniyada avtomobil istehsalı 1952-ci il səviyyəsinə enib  

13:00
29 Yanvar

Azərbaycan və Aİ Naxçıvan dəmir yolu layihəsi üzrə əməkdaşlığa başlayır

12:46
29 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

12:39
29 Yanvar

Siyasi ekspert: Cənubi Qafqaz yeni geosiyasi mərhələyə daxil olur  

12:26
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!