29 Yanvar 2026 08:30
957
İQTİSADİYYAT
A- A+
ARDNF ötən ilin hesabatını açıqlayıb

ARDNF ötən ilin hesabatını açıqlayıb


2025-ci ildə fondun aktivləri 22,5 faiz artaraq 73,5 milyard dollardan çox olub


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) keçən il üzrə gəlir və xərclərinə dair məlumat yayıb. Məlumatda bildirilir ki, fondun aktivləri 2025-ci ilin əvvəlinə 60031,4 milyon dollar (102 053,3 milyon manat) təşkil edib. Dekabr ayının 31-nə isə ilin əvvəli ilə müqayisədə 22,5 faiz artaraq 73541,5 milyon dollara (125 020,5 milyon manat) çatıb.

İl ərzində ARDNF-nin ümumi gəlirləri 37 594,4 milyon manat təşkil edib. Büdcə gəlirləri 17 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 434 milyon manat olub. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 627,2 milyon manat təşkil edib.

Öncə fondun büdcə gəlirləri açıqlanıb. Belə ki, keçən il ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 266,3 milyon manat olub. O cümlədən mənfəət neftinin və qazın satışından 9 497 milyon manat, bonus ödənişləri və tranzitdən 765,7 milyon manat, akrhesabı ödənişlərdən 3,6 milyon manat əldə edilib. Bu dövrdə ARDNF-yə "Azəri-Çıraq-Günəşli"yataqlar blokundan 8 292,9 milyon manat, "Şahdəniz"yatağından (qaz və kondensat) 958,8 milyon manat məbləğində vəsait daxil olub.

İnvestisiya gəlirlərinə aid olanlar isə bunlardır: fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6,2 faiz təşkil edib, nəticədə 6 894,1 milyon manat həcmində gəlir əldə edilib.

İllik hesabatın "Büdcə xərcləri" bölməsində büdcəyə transfert haqqında bildirilir ki, hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bu bölmədə layihə və idarəetmə xərclərinə aid faktlar göstərilıb. Belə ki, 2025-ci ilin yanvar-dekabr aylarında icrası davam edən bu layihələrə 105,5 milyon manat yönəldilib - "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 18,6 milyon manat və "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə 86,9 milyon manat, fondun idarə edilməsi ilə bağlı xərcləri isə 40,7 milyon manat təşkil edib.

Bəs maliyyə bazarlarının cari vəziyyəti portfelə necə təsir göstərib? Bildirilir ki, 2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyaların ARDNF-nin aktivlərinə təsiri müsbət olub.

ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirib. Bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə verib. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə edilən yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olub.

 ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərib. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirib.

 Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirib. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin edib. Nəticədə ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə edib.

Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bununla da ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşıb.

Xatırladaq ki, ARDNF 1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanına əsasən təsis edilib. Bir il sonra - 2000-ci il dekabrın 29-da Ulu Öndərin növbəti fərmanı ilə ARDNF-in Əsasnaməsi təsdiq olunub. Bundan yarım il sonra isə daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edilib və qurum əməli fəaliyyətə başlayıb. Ötən 26 il ərzində bu fondun vəsaitləri ölkəmizin və xalqımızın ən zəruri ehtiyaclarına yönəldilib. Bir sözlə, Azərbaycanda neft kapitalı insan kapitalına çevrilib. 

ARDNF şəffaf fəaliyyətinə görə dünyanın ən şəffaf suveren fondları sırasında özünə yer alıb. Təsadüfi deyil ki, bir çox tanınmış şirkətlər və digər qurumlar ARDNF-lə əməkdaşlıq etməkdə maraqlıdırlar. 

Onu da qeyd edək ki, bu yaxınlarda keçirilən Davos Dünya İqtisadi Forumunda bir sıra dünya şöhrətli şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə görüşlərində ARDNF-lə əməkdaşlığı genişləndirmək məqsədlərini bildiriblər. Bunlar "J.P.Morgan", "Global Infrastructure Partners" (GIP), "Brookfield Asset Management" və digər şirkətlərdir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!